Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə45/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   41   42   43   44   45   46   47   48   ...   140

M ə ş ə d i   S ə f d ə r q u l u .   O barədə  arxaym ol.

Ş ö v k ət  ilə  P ə rica h an  daxil  olurlar.

K ə r b ə l a y ı   N ə b i .   Qızım,  Şövkət,  bizim  şəriətimizdə  arvad  tayfası 

naməhrəm  kişilərə  üzü  açıq  görükə  bilməz.  M ən  sənə  naməhrəməm,  belə  açıq 

mənim  yanıma  girib  çıxanda  həm  sən,  həm  də  mən  günah  edirik.  İndi  gərək  bu 

molla bizə  siğə oxuya ki, biz bir-birimizə məhrəm olaq.

Ş ö v k ə t.  Siğə nədir?

K ə r b ə l a y ı   N ə b i .   Siğə  bir  duadır  ki,  bu  molla  oxuyacaq,  onda  biz  bir- 

birimizə ər-arvad kimi olacağıq.

Ş ö v k ə t.  Ər-arvad?  Yox, mən onu istəmirəm.

M   o  1  1  a  R  ə  h  i  m.  Qız,  kərbəlayı  səhv  dedi,  yəni  sən  ər-arvad  kimi 

kərbəlaymm yanm a üzü açıq girib-çıxa bilərsən.

Ş ö v k ə t.  Pəricahan,  sənə də belə dua oxuyublar.

P ə r i c a h a n .   Bəli.

Ş ö v k ə t.  Onda mən də razıyam.

K ə r b ə l a y ı   N ə b i .   Ay  sağ  ol,  mənim  gül  balam,  bülbül  balam.  A  kişilər 

bilirsinizmi,  necə bu mənim  məzəlim,  gözəlimdir.  İndi  get,  Pericahan  sənə  aldığım 

paltan və  qeyri  şeyləri  göstərsin.

G edirlər.

M  o  11  a  R ə h i m.  İndi vəkillər və  şahidlər lazımdır.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Onlarm hamısmı mən bu gecə hazır edərəm.

K ə r b ə l a y ı   N ə b i .   A kişi,  sən nə yaxşı  adamsan.  Ala bu pulu  cibinə  qoy. 



(.Pul  verir.)  Ədə  birdən,  evi  bərbad  oğlu,  gedib  içib  m əst  olarsan,  işləri  xarab 

edərsən.


M ə ş ə d i   S ə f d ə r q u l u .   Xeyr,  arxaym ol,  içməyin də vaxtı var.

M  o  11  a  R ə h i m.  İndi mürəxxəs olaq!

K ə r b ə l a y ı   N ə b i .   Buyurun,  işinizdə  olun.  Bu  axşam məxsusi  burada bir 

balaca kef çəkərik.

M e ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  sənin  bu  gecəki  kefin  kaş  məndə 

olaydı.  Xudahafiz.

K ə r b ə l a y ı   N ə b i .   Adə, bu Ərdəbil lotusu nə deyir?

M ə ş ə d i   S ə f d ə r q u l u .   O  söz.

G edirlər.



K ə r b ə l a y ı   N ə b i .   Adə nə əcəb  ih oldu.  (Çırtıq vura-vura oynayır.)

Məzəlim,  ay məzəlim,

Gözəlim,  ay  gözəlim.

Gözəlim,  ay  gözəlim.

Səni mən çox sevirəm.

Pərdə

İKİNCİ  ŞƏKİL

H əm in   o taq d a gecə.  P ə ricah an   süfrə  salıb  m asay a b o sq ab   d ü zü r, y an ın d a  Şövkət.

P ə r i c a h a n .   M ən stolu hazır edirəm,  sən də o  şamları yandırıb düz.

Ş ö v k ə t.  Lap toya oxşayır.

P ə r i c a h a n .   Toy  deyil, bəs nədir?

Ş ö v k ə t.  Bu kimin toyudur?

P ə r i c a h a n .   Sənin.

Ş ö v k ə t.  A qız nə danışırsan?  Məni kimə verirlər?

P ə r i c a h a n .   Ağaya,  özün mollanm yanm da razı olmadmmı?

Ş ö v k ə t.  M ən dua oxumağa razı oldum,  o  duanm  adı nə idi?

P ə r i c a h a n .   Siğə.

Ş ö v k ə t.  Hə,  siğə.

P ə r i c a h a n .   Nə təfavütü var?  O da o birisinin tayıdır.

Ş ö v k ə t.  Sən allah doğru deyirsən?

P ə r i c a h a n  (gülür.)  Yox, zarafat edirəm.

Ş ö v k ə t.  Sənə də  siğə oxunanda belə  qonaqlıq oldu?

P ə r i c a h a n .   Əlbəttə,  hətta oxuyan,  çalan da vardı.  M ən də  o  qədər oynadım 

ki,  ayaq üstə durmağa taqətim  qalmadı.

Ş ö v k ə t.  Ah,  oynamağı mən çox  sevirəm.

P ə r i c a h a n .   Sən də  ağaya de,  M əşədi  Səfdərqulu  qonşusu  Şirəlini çağırsm, 

o çalsm,  sən də belə nə  qədər kefin istəyir oyna.

Ş ö v k ə t.  Pəricahan,  sən allah doğru deyirsən?  Yəni  ağaya desəm,  gətirdər? 

P ə r i c a h a n .   Əlbəttə,  gətirdər.

Ş ö v k ə t.  Yaxşı,  sən de oynayacaqsanmı?



P ə r i c a h a n .   Əlbəttə,  oynayacağam.  İndi  gəl  gedək səni  geyindirim.

G edirlər,  so n ra K ərb əlay ı  N ə b i, M əşəd i  S əfd ərq u lu  daxil  olurlar.

K ə r b ə l a y ı   N ə b i .   Sənə  dedimki,  bu  zəhriman  içmə,  yoxsa  işləri  xarab 

edərsən.  Genə  qulaq asmadm.  İndi bu gecə iç nə  qədər qam m  tutur.

M ə ş ə d i   S ə f d ə r q u l u   (yarımməst).  Kərbəlayı  biyol  bunu  bil  ki, 

müsəlman arvadı döyülməyə yaranıbdır.  Başı yarılmağa,  qabırğaları  smmağa.

K ə r b ə l a y ı   N ə b i .   Elə  gərək mənim xeyir işimdə bunu edəydin?

M ə ş ə d i   S ə f d ə r q u l u .   Axı,  a kişi, mən nə  edim?  Sən verdiyin pula bir az 

zəhrimar alıb evdə içirdim.  Arvad da tutdu ki, bəs bu pulu haradan almısan?  Bu söz 

biləmə toxundu,  dedim  arvad necə?  M ən kişi  deyiləm?  M ənim cibimdə pul  olmaz? 

Dedi yox,  sən kişi  deyilsən,  kişi  olsaydm  mən  arvadm pulu  ilə  dolanmazdm,  yəqin 

yenə mənim şeylərimdən satmısan.

K ə r b ə l a y ı   N ə b i .   Ədə  deyəydin,  pulu  mənə  Kərbəlayı  Nəbi  veribdir, 

dava qurtarardı.

M e ş ə d i   S ə f d ə r q u l u .   Bəs demədim,  ondada tutduki,  sən yalan deyirsən. 

Sən  kərbəlayıya  pul  verməkdən  kərbəlayı  sənə  nə  səbəbə  pul  versin.  M ən  əhvalatı 

nağıl  etdim.  Yenə bidin  qızı  inanmayıb  dedi:  sən məni  aldadırsan.  O  qocalıqda kişi 

on bir yaşmda qulluqçusunu almaz.

K ə r b ə l a y ı   N ə b i .   Yəni belə dedi?  O  qocalıqda kişi?

M ə ş ə d i   S ə f d ə r q u l u .   Bəli!

K ə r b ə l a y ı   N ə b i .   Onda  əcəb  etmisən  ki,  onun  qol-qıcmı  smdırmısan. 

M ən qocayam?

M ə ş ə d i   S ə f d ə r q u l u .   Bu  söz mənim lap biləmə toxundu.  Ağacı  götürüb 

nə yem isən turşulu  aş.  Başını yardım,  qolunu  smdırdım,  ağlaya-ağlaya birbaş  çıxıb 

getdi.

K ə r b ə l a y ı   N ə b i .   Ədə,birdən Qızxanım  gedib  şikayət-zad edər.



M ə ş ə d i   S ə f d ə r q u l u .   Allah vurub  onu,  küsüb  yenə  xalasıgilə  gedər.  A 

kişi,  onları boşla getsin, kefini pozma.  Kərbəlayı,  süfrədə  şüşə  görünmür.

K ə r b ə l a y ı   N ə b i .   Qorxma,  almışam,  ancaq molla Rəhim  gələcəkdir,  onun 

yanm da  mən  içə  bilməyəcəyəm.  Qoy  gəlsin,  onu  yedirdək,  yola  salaq,  sonra  öz 

kefimizdə.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə