H a c ı M u r a d . Səsini kəs. Ayı oğlu ayı, hər şeyə bax belə cavab verirsən.
Daha məni təngə gətirmisən. Sənə söz kar eləmir. (Ağacı götürür.) Aymı, bax,
bunnan öyrədərlər.
D ö y ü r, Q u lu d a qışqırır.
Pərdə
ÜÇÜNCÜ PƏRDƏ
S əhnə H acı M u rad ın o tağını göstərir.
H a c ı M u r a d (yalqız). Hərçəndi M əhərrəm bəyə söz verdim ki, qız mənim
itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarm könlü
İmrandadır. Görüm, M əhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərgah bu
mümkün olmasa, atalıq ixtiyanm ı əlimə alaram.
Q u 1 u (daxil olur.) Ağa, bir həmşəri gəlib səni soruşur.
H a c ı M u r a d . De gəlsin. M əhərrəm bəy göndəribdir. M ənə qulluq
edəcəkdir. Daha bu gündən murdar üzünü hər saat görməyəcəyəm.
Q u 1 u. Ağa, mənim üzüm heç olmasa ağdır, amma onunku qap-qaradır.
H a c ı M u r a d . Di itil get. Yenə çərənnəməyə başlama. (Qulu çıxır.) Görək
M əhərrəm bəy göndərdiyi nökər necə adamdır. O da Qulunun tayı isə heç çörək
vermək lazım deyil. (Əliqulu daxil olur və əllərini döşünə qoyub qayda ilə Hacı
M urada təzim edir.) Buyur əyləş.
Ə 1 i q u 1 u. Cənabmızm hüzurunda əyləşməyi bəndə özünə cürət edə bilməz.
H a c ı M u r a d (kənara). Bax, nökər belə olar, nəinki Qulu kimi, zalım oğlu
üç saat çərənnəməsə, adamdan əl çəkmir. (Əliquluya) Buyur əyləş, izin verirəm.
Ə liq u lu əd əb an ə diz üstə əyləşir.
Ə 1 i q u 1 u. Bəndənizi sərkar Ağa M əhərrəm bəy göndəribdir ki, cənabmıza
xidmət edəm.
H a c ı M u r a d . Pulsuz-zadsız, dünən bəy özü belə buyururdu.
Ə 1 i q u 1 u. Bəli, məvacibim M əhərrəm bəydən çatacaqdır.
H a c ı M u r a d . De görüm, yeməkdə pərgarsan ya yox?
Ə 1 i q u 1 u. Xeyr, ağa, çox kəmxörəyəm. Bir neçə xurma ilə dolanmış
adamam.
H a c ı M u r a d . Çox yaxşı. M ənim çox yeyən adamdan acığım gəlir, çünki
adamm gərək heyvandan fərqi olsun. O da ancaq az yem əklə olar. İndi de görüm,
əlin-zadm təmizdirmi?..
Ə 1 i q u 1 u. Ağa, bəndə uşaqlıqdan böyüklər evində tərbiyə almışdır. Üst-
başım həmişə təmiz olar.
H a c ı M u r a d . O mənada demirəm. Yəni oğurluq-zad əlindən gələrmi?
Ə 1 i q u 1 u. Ağa, əlhəmdüllah, mən müsəlmanam, müsəlman olan şəxs də
oğurluq edərmi?
H a c ı M u r a d . Bəs onda bizim Quludan xəbərin yoxdur. İndi qulaq as, gör
işin nə olacaqdır. Bu otağı ki, görürsən, buraya səndən başqa qeyri nökər, qulluqçu
girməyəcəkdir. Ocaqları qalamaq, samovarı qoymaq, nahar bişirmək, bunlarm
hamısı sənin işindir. Xülasə, qulluğuna baxaram, yaxşı olsan evimin hər ixtiyarmı
sənə verəcəyəm.
Ə 1 i q u 1 u. Ümidvaram ki, can-dillə qulluq edib əmrinizi yerinə yetirəm.
H a c ı M u r a d . A dm nədir? Ö zünharalısan?
Ə l i q u l u . H a c ı M u r a d . Adım Əliquludur, özüm də Tehran əhliyəm.
H a c ı M u r a d . Səni bu şəhərdə tanıyan varmı?
Ə 1 i q u 1 u. Xeyr, buraya iki həftədir ki, gəlmişəm və M əhərrəm bəydən başqa
heç kəsi tanımıram.
H a c ı M u r a d . Çox əcəb. Bu gündən sən öz işində ol. (Çağırır.) Qulu! Qulu!
Q u lu daxil olur.
Q u 1 u. Nə buyurursan, ağa?
H a c ı M u r a d . Qulu, bu gündən sənin ev işinə qarışacağm olmayacaqdır.
Onlarm hamısmı Əliqulu görəcəkdir. Sənin işin su daşımaq, bağçanı sulamaq,
həyəti süpürmək, bazara getmək olacaqdır. Xülasə, bayır işi sənnəndir, ev işi ilə
Əliqulu məşğul olacaqdır. Daha bundan
sonra qab-qacaq ilə, qənd-çay ilə, pendir-çörəklə, mətbəxlə bilmərrə işin olmasm,
qandm, ya yox?
Q u 1 u. Bəli, ağa, qandım.
H a c ı M u r a d . Elə deyirsən ki, başa düşdüm, amma işi tutanda tərsinə
edirsən. Təkrar et görüm, nə edəcəksən?
Q u 1 u. Məsələn, elə ki, gördüm it girib içəri çörəyi yeyir, gərək gedib Əliqulu
əmini tapam gəlsin onu qovsun. Ya da ocaqda süd daşır...
H a c ı M u r a d . Dayan, kafir oğlu kafir. Demədimmi ki, hər şeyi tərsinə
anlayırsan. A məsəl gətirən köpək, bunu bir balaca uşaq da başa düşər ki, gördün it
çörəyi yeyir, qov getsin. Burada nə Əliqulu, nə Vəliqulu. Daha nə?
Q u 1 u. Məsələn, elə ki, gördüm oğru evə girib sandıqları yarır, gərək gedib
Əliqulu əmini durquzam ki, gəlib onu tüfəngləsin.
H a c ı M u r a d . De eşit, a kişi, yeddi ildir ki, bu höcət aymı saxlayıram. Gör
mənim səbrim Əyyub peyğəmbərin səbrindən artıqdımı, daha sənə nə deyim?
Axırda o misal gətirdiyin oğru özün olacaqsan. Get şələ-şüləni yığışdır, bundan
sonra bir saat da səni burada saxlamaram. Niyə dayanıbsan?
Q u 1 u. Ağa, getməyə hazıram. Ancaq bu neçə ildə mənə qəpik də verməmisən.
Haqqımı ver, baş üstə, gedim.
H a c ı M u r a d . Sənə nə verəcəyəm. Heç bir qara qəpik də vərməli deyiləm.
Haqqm tamamilə sənə çatıbdır. Əslinə baxsan, sən mənə borclusan.
Q u 1 u. Bəli, müftə qulluq etdiyimiz bəs olmadı, hələ borclu da çıxdıq. İndi ki,
belə oldu, ya sən and iç əl çəkim, ya mən and içim haqqımı ver.
H a c ı M u r a d . İndi də saqqalımm ağ vaxtmda durub sənə and içəcəyəm. İtil
cəhənnəmə. Yoxsa durub səni qolu bağlı qazamata göndərərəm.
Q u 1 u. (çıxarkən). Hacı Murad, xüdahafiz. Sənə göstərərəm mənə Qulu
deyərlər. (Çıxır.)
H a c ı M u r a d . Axırı zalım oğlunun əlindən qurtardım. Kişi, məni təngə
gətirmişdi. Özün görürdün ki, mənə nə tövr cavab verirdi. İndi dur get mətbəxə,
çay-zad hazırla və özün də hər şeydə qənaət gözlə. H ər vaxt çay-qənd lazım olsa
gələrsən özüm verərəm. (Əliqulu gedir.) H ər əsərindən düz adama oxşayır. Amma
yenə insanı tanımaq olmaz.