N ə b i. Nə buyurursan, ağa?
S ə f d ə r q u l u b ə y . Ədə, oxuyan-çalanlara xəbər vermisənmi?
N ə b i. Bəli, vermişəm.
S ə f d ə r q u l u b ə y . Bəs niyə gəlməmişlər? Bu saat bəylər gələcəklər, vot
tebe na. Get gör nə üçün gecikmişlər.
N əb i çıxır, so n ra M ehdi bəy. Vəli bəy. R ü stə m bəy. M əşədi S əm əd, S aşa bəy səs-
k üylə daxil olurlar.
H a m ı. Urra... Urra... Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat!
S əfd ərq u lu bəyi g ö tü rü b yuxarı atıb-tuturlar.
S ə f d ə r q u l u b ə y . Qospada! B ir dayanm, vot tebe na, nəfəsimi alım.
V ə 1 i b ə y. Ədə, bu oxuyan, çalanlar harada qaldılar?
R əh im v ə K ərim daxil olurlar.
M e h d i b ə y. Yaxşı vaxtda gəlmişsiniz, tez bir "Uzundərə" çalm.
Ç alırlar.
V ə 1 i b ə y. M ehdi bəy, Səfdərqulu bəyin havası o deyil.
M e h d i b ə y. Vəli bəy, rica edirəm, iki dostun arasma girmə. (Oynayır, sonra
Səfdərqulu bəyin əlindən tutur.) Gəl oynayaq, vəfalı dostum.
O ynayırlar, qeyriləri də çırtıq çalırlar, so n ra otururlar.
R ü s t ə m b ə y . Qospada, səhərə kimi buradayıq. Yeyəcəyik, içəcəyik,
oynayacağıq. Qumar vuracağıq. Ancaq gərək qabaqca işimizi qurtaraq. Ruslarda
bir məsəl var, deyərlər: Kuy, jelezo poka qoryaco.
M ə ş ə d i S ə m ə d . Rüstəmbəy, mənasmı deyinizki, məndə başa düşüm.
R ü s t ə m b ə y . Yəni dəmiri qızğm ikən yastıla. M əşədi Səməd, indi başa
düşdünmü?
M ə ş ə d i S ə m ə d . Bəli, çox yaxşı başa düsdüm. Siz deyirsiniz ki, M əşədi
Səməd, belə fürsət ələ düşməz, Səfdərqulu bəydən Qırx manat dükan borcunu
almaq vaxtı gəlmişdir.
R ü s t ə m b ə y . Rəhmətliyin oğlu, sən Nuhinəbinin borcundan dəm vurursan.
M ən hal-hazırdan danışıram. Bu adamlar şahiddir ki, m ən Səfdərqulu bəyin deputat
seçilməsi yolunda nə qədər çalışmışam. Qospada, doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y . Ona-buna mən ölüm demişəm. Cürbəcür hiylə qurmuşam,
axırı özümü onun seçki qutusuna nəzarətçi təyin etdirmişəm. Qospada,
doğrudurmu?
H a m ı. Doğrudur.
R ü s t ə m b ə y . Özünüz bilirsiniz ki, bizim adamlarm əksəri seçki işinə bələd
deyillər. Bundan istifadə edərək xam adamları belə aldatmışam: Əmi, heç seçki
görmüsən? - xeyr, oğlum, görməmişəm. A1 bu yum ru şeyi özün sal. - Xeyr, əmi
onu eləmək olmaz, ancaq sənə kömək elərəm, - onun əlindən tutub qutunun
pərdəsini qaldıraraq, - bax, əmi, şarı belə salarlar, deyə kişinin əli ilə ağ şar
saldırmışam. Bax, imanımı belə satmışam. (Gülüşürlər.) Bu üsul ilə nə qədər şar
salmışam, özüm də hesabmı itirmişəm.
M e h d i b ə y. Sənin dediyindən belə çıxır ki, hamı işləri sən görmüsən?
R ü s t ə m b ə y . Xeyr, M ehdi bəy, mən haqqı itirən adam deyiləm. Hammız
işləmisiniz. Xüsusən siz, M ehdi bəy.
S a ş a b ə y. Rüstəm bəy, kela çox uzun danışmaq lazım deyil. Borcunu de
görüm.
G ülüşürlər.
R ü s t ə m b ə y . Hər ağ şara bir manat istəməyə haqqım var, onu da dedim ki,
hesabmı itirmişəm, ona görə 80 manata iktifa1 edirəm.
V
ə 1 i b ə y. Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost,
dost yolunda canmı qoyar. Lakin Səfdərqulu bəydən halalca altmış manat qumar
borcunu istəyirəm.
M e h d i b ə y. Qospada, sizdən sual edirəm, bu işin banisi kim dir və bu yolda
hamıdan artıq çalışan kim olmuş?
H a m ı. Siz.
M e h d i b ə y. Vəli bəy, sən vəkilsən, belə işlərdə məharətin var, məsələn, bir
belə işi götürüb sudda udsan neçə alardm?
ı
K ifayətlənm ək
V ə 1 i b ə y. İki mindən az almazdım.
M e h d i b ə y. M ənciyəz yüzcə manat istəyirəm.
S ə f d ə r q u l u b ə y . Qospada, hammızı razı edəcəyəm, hələ kef zamanıdır.
R ü s t ə m bəy. Yox, yox, şərti belə kəsdik ki, əvvəl borc, sonra kef. Qospada,
belədirmi?
H a m ı. Bəli, bəli... (Onu əhatə edirlər.) Tez ol ver.
S ə f d ə r q u l u b ə y . Qospada, bir dayanm, vot tebe na.
H a m ı. Tez ol ver.
S ə f d ə r q u l u b ə y . Görünür, bir Saşa bəyə borcum yoxdur.
S a ş a b ə y. Kela, necə yoxdur. Ağlamayan uşağa süd verməzlər? Dünən gecə
özün demədinmi, Saşa, bu bangi aparsam, sənə əlli manat dəsxoş verəcəyə.
Apardm, amma vermədin. Kela, kişinin sözü bir olar.
G ülüşürlər.
M e h d i b ə y. Saşa bəy doğru deyir, hamımız şahidik. Dünən bizdən dörd
min manat pul aparmısan.
S ə f d ə r q u l u b ə y . (cibindən portm onetini çıxardır.) Ala, bu sənin, bu
sənin, bu sənin, bu sənin, bu da sənin.
N ə b i (yemək otağından qaçaraq gəlir.) Ağa, m ən qaldım.
S ə f d ə r q u l u b ə y . Ala, bu da sənin.
H a m ı. Sağ olsun Səfderqulubəy! Sağ olsun bizim deputat! Urra...
M ə ş ə d i S ə m ə d . Rüstəm bəy, ura-ura deməkdən boğazım qurudu.
Yaşlamaq lazımdır.
S a ş a b ə y. M əşədi Səməd, kela lap ürəyimdən dəm vurdun.
D o k to r A zad bəy p alto lu , əlində əsa daxil olur.
A z a d b ə y. Qospada, bu nə ura-uradır. Yoxsa Səfdərqulu bəyə toy edirsiniz?
M e h d i b ə y (kənara). Nə pis vaxtda gəldi.
S ə f d ə r q u l u b ə y . Həkim, xoş gəlmisən, buyurunuz. Nəbi, Nəbi... (Nəbi
yem ək otağından gəlir.) Adə, doktorun paltosunu tut.
A z a d b ə y. Xeyr, xeyr, gedəsiyəm. Küçədə Nağı bəyin oğlu gözləyir. Atası
ağır xəstədir, dalımca gəlmiş, vaxtım yoxdur.
S ə f d ə r q u l u b ə y . M ənim sağlığıma bir stəkan şampanski içməyə də
vaxtm yoxdur? Vot tebe na!
Dostları ilə paylaş: |