BEŞİNCİ PƏRDƏ
S əhnə H acı M u ra d ın o tağını göstərir.
H a c ı M u r a d (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur.
M əhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx
Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən kol deyil. Elə hesab
verdim ki, papağmı da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və
qızılları yoxlaym. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazlarm şəfəqi
gözlərimi qamaşdınr. Bu irilikdə mirvari, bu rəngdə yaqut heç X əta padşahmm
xəzinəsində də tapılmaz.
Q ulu, N iy az, Q u rb an daxil olurlar.
Q u 1 u. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz.
H a c ı M u r a d (sandığın qapağım salıb). A zalımlar, siz kimsiniz? Məndən
nə istəyirsiniz?
Q u 1 u. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadmdan çıxartmısan?
H a c ı M u r a d . Qulu, sənsən? Buyur əyləş, yoldaşlarm da xoş gəlibdir. Mənə
görə nə qulluğun var? Yəqin məvacibinin dalınca gəlmisən, mən özüm də səni
axtarırdım ki, haqqmı verəm.
Q u 1 u. Haqqım çox ağırdır, qorxuram öz ixtiyarm ilə verməyəsən. (Sandığa
tə rə f gedir.)
H a c ı M u r a d (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram!
Q u 1 u. Demədimmi, öz ixtiyarmla verməyəcəksən. Qurban tut, Niyaz,
qollarmı bağla!
H a c ı M u r a d . Ay aman, qoymaym! M əni öldürürlər!
Q u r b a n (xəncəri sivirib). A kişi, səsini kəs, yoxsa qam m a soxaram. (Əllərini
bağlayır.)
H a c ı M u r a d . Ay haray! Ay aman! Ay Əliqulu!
Ə 1 i q u 1 u (daxil olur.) Nə buyurursan, ağa can?
Y oldaşları gülüşürlər.
H a c ı M u r a d . Tez get divana məlum elə!
Ə 1 i q u 1 u. Ağa can, indi sənin hakimi-şərin bunlardır, bu saat divan
edəcəklər. Cəza-fəza etmək artıqdır.
Hacı Murad. Əliqulu, sən də bunlarm yoldaşı imişsən? Ay aman, qoymaym!
Q u r b a n. A kişi, qoysanız xəncəri soxum rədd olsun.
Q u 1 u. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzmı bağlaym, səs
çıxarmasm. (Hacı Muradırı əl-ayağını bağlayıb yerə qoyurlar.) Qurban, gəl
sandığən qapağmı tut. (Qurban tutur, Qulu mücrünü çıxarıb Niyaza verir.) Niyaz,
bunu al. İndi, yoldaşlar, gəlin buraya, Əliqulu əmi, de görüm bundan xəbərin var
idi, ya yox? Niyaz, o döşəkçəni, palazı qaldır. (Niyaz qaldırır.) Qurban, gəl
xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa mücrü çıxardır.) Əliqulu əmi
bu sirri bilirdinmi?
Ə 1 i q u 1 u. Bəli, duymuşdum ki, orada bir şey var, çünki Hacı M urad oranı
tez-tez yoxlayırdı.
H a c ı M u r a d (başını qaldırıb xırıltılı səslə deyir.) Evim yıxıldı.
Q u r b a n. Sus!..
Q u 1 u. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.
N i y a z. Eybi yoxdur, onu da hacmm gününə salarıq.
Q u 1 u. Hacı Murad, xudahafiz. Hərgah Ağa Qulunu axtarsan, Şama gəl. Siz
öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.
H am ı g edir, p ərd ə bir m ü d d ət açıq qalır, sonra M ə h ə rrə m bəy daxil olur.
M ə h ə r r ə m b ə y . Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar?
Bu palazı, döşəkçəni niyə buraya çəkiblər? Yoxsa, evə oğru gəlmişdir. Elədi ki,
var. Bəs Hacı M urad haradadır? (Bucaqdan H acı M uradın xırtltısı gəlir.) Budur
burada. Bunun əl-ayağmı kim bağlamış? (Açır.)
H a c ı M u r a d . M əhərrəm bəy, evim yıxıldı...
M ə h ə r r ə m b ə y . Hacı əmi, de görüm, sənə nə olub? Əl-ayağmı kim
bağlayıb?
H a c ı M u r a d . Qulu zalım oğlu. Əliqulu da ona yoldaş idi. Evim yıxıldı,
tarmar oldu. (Gedir sandığa baxır.) Hanı şəfəqin, gözəl cəvahir, haradasan zərif
qızıllar?! M əhərrəm bəy, tez get divana məlum et. O quldurları tutdurub, mənim
pullanm ı qaytar.
N a b a t tən g n əfəs daxil olur.
N a b a t. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.
M əh ərrəm bəy və H acı m at qalırlar.
M ə h ə r r ə m bəy. Əlimdən mal-dövlət çıxdı.
Pərdə
DİBDAT BƏY
B ir pərdəli, iki şəkilli məzhəkə
İŞTİRAK EDƏNLƏR
S ə f d ə r q u l u b ə y - m ülkədar bəy. Ucaboylu, dolubədənli, üzüqırxıq,
çərkəz libasmda, əlli yaşm da sadədil bir şəxs.
Danışanda tez-tez "vot tebe na" sözünü təkrar edir.
M e h d i b ə y
V ə 1 i b ə y
}
Səfdərqulu bəyin qumar yoldasları.
R ü s t ə m b ə y
S a ş a bəy
M ə ş ə d i S ə m ə d - dükançı.
A z a d b ə y - doktor.
N ə b i - Səfdərqulu bəyin nökəri.
C ə b i - M ehdi bəyin nökəri.
O v a n e s - Saşa bəyin nökəri.
R ə h i m - tarzən,
K ə r i m - oxuyan.
BİRİNCİ ŞƏKİL
Səhnə S əfd ərq u lu b əy in o tağını göstərir. O taq yarı A siy a, yarı A v ro p a qaydası ilə
bəzənm iş. O rtad a g irdə stol. Ü stə şam dan, k art və qeyri qum ar şeyləri. S andalyalar qaydasız
hald a durm uş. A ç ıq q ap ıd an y em ək otağı g ö rü n ü r, P ə rd ə qalxdıqda, N əb i otağı qaydaya
salarkən ö z-ö zü n ə söylənir.
N ə b i. Vay sizin evinizi allah yıxsm, a belə ağalar. Bir belə də qumar oynamaq
olarmı? H ər gün səhərə kimi oynayırlar. Çox vaxtı gecəni gündüzə qatıb, o biri
günə kimi kart vururlar. Vallah, m ən nökər belə rahatsızlığa davam edə bilmərəm.
Amma bizim bu nəcib bəylərimiz davam edirlər. Özgə vaxtı "o yana dur" üstə
xəncər, tapan-çaya çıxırlar. Am m a qumarda bir-birlərinə itə deyilməz sözləri
deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səefeh ağamı yaxşı tovlayıb
tapıblar. Gecə-gündüz çörəyini yeyib, çaymı içib özünü də,