TÜRK BİRLİYİ
B ir pərdədə, məişətimizdən bir şəkil
İŞTİRAK EDƏNLƏR
H e y d ə r q u l u a ğ a
C ə f ə r b ə y
N ə c ə f b ə y
} B əy lər
S ə f ə r b ə y
F i r i d u n b ə y - təbib.
S ə m ə d b ə y - m ühəndis.
} Z iy alılar
R ə s u l b ə y - vəkil.
M i r z ə K ə r i m - m üəllim .
Ə 1 i b ə y - student.
H a c ı C ə b r a y ı l
K ə r b ə l a y ı H ü s e y n
}T acirlər
M ə ş ə d i X u d a v e r d i
Ə h v alat Q afqaz şə h ərlərin d ən b irin d ə vaqe olur. C əfər bəy ax şam saat 7 -d ə qonaqlarını
gö zləy ərək H ey d ərq u lu ağa ilə sö h b ət edir.
C ə f ə r b ə y . Heydərqulu ağa, m ən bu işi boynuma çəkmişəm və ümidvaram
ki, yürüdəm, ancaq rica edirəm ki, özünü bir az saxlayasan. Xasiyyətin tünddür,
heç zad üstə b an t kimi partlayırsan.
H e y d ə r q u l u a ğ a . Cəfər bəy, sən öləsən, hərgah
məni padşahlıq
dumasma vəkil seçməsələr - cəmi mülkümü, evimi, eşiyimi satıb Firəngistan deyə
birbaş gedəcəyəm. M ən belə xəcaləti, töhməti yeyə bilmərəm.
C ə f ə r b ə y . İndi m ən bu məclisdə məsələnin başmı açacağam və səni də
dövlət dumasma vəkil seçməyi işarə edəcəyəm.
H e y d ə r q u l u a ğ a . Nə üçün işarə edirsən? Açıq-aşkar de ki, Heydərqulu
ağadan layiqli heç kəs yoxdur. Gərək onu seçək.
C ə f ə r b ə y . Odur ki, tədbirin yoxdur. Əvvəl camaatm xahişini duymaq
lazımdır. Sonra da ona görə iş görmək.
B u h ald a N ə c ə f bəy, S əfər bəy, F irid u n bəy, R əsul bəy, H acı C əb ray ıl, M irzə K ərim və
sair q o n aq lar daxil olurlar.
C ə f ə r b ə y. Ya allah. X oş gəlmisiniz. Buyurunuz, buyurunuz. N əcəf bəy,
Səfər bəy, siz buraya buyurunuz. Hacı əmi, M irzə Kərim buyurunuz buraya,
divanm üstə əyləşiniz.
Q o n aq lar otururlar.
H e y d ə r q u l u a ğ a (Əli bəyə). Qardaşoğlu, kefin necədir? Görünür student
paltarmı çox sevirsiniz.
Ə 1 i b ə y. Əmi, işarənizi başa düşürəm, ancaq təqsir məndə deyil. Özünüzə
məlumdur ki, bu son illərdə Rusiyada elm təhsil etmək çox çətindir.
H e y d ə r q u l u a ğ a . M əncə təqsir özünüzdədir, mənim təsəvvürümə görə
studentlər dərslərini buraxıb padşahlıq işlərinə qarışmaqları eyn səfahətdir. Bunlar
tətil edib dərs oxumamaqdan dövlətə nə zərər toxunacaqdır. M ənə görə hökumət
dəxi də şad olur ki, universitetlər bağlanıb padşahlığm xərci azalar.
S ə m ə d b ə y . Xeyr, Heydərqulu ağa, səhv edirsiniz. Darülfünunlann
bağlanması dövləti neçə il geriyə salıb böyük zərərlərə bais olur. Bu saat
mühəndislərə böyük ehtiyac vardır.
F i r i d u n b ə y . Həkimlərə də həmçinin.
M i r z ə K ə r i m . Doğrudanda, studentlər hürriyyət uğrunda çalışıb böyük
qurbanlar verirlər. Bunu inkar etmək olmaz.
R ə s u 1 b ə y. Biz də student vaxtmda az çalışmamışıq, padşahlıq dumasmm
açılmasmda bizim də payımız var.
N ə c ə f b ə y . Onlar hamısı cavanlıq əlamətidir. M ənim kibi sinnə dolanda
unudulub gedir.
H a c ı C ə b r a y ı l . Bunu N əcəf bəy doğru deyir. M ənim oğlumda göydən
gedir. Deyirəm oğul, sənin Germaniyada aldığm təhsil mənə qızıl xəzinəyə
durubdur. İndi çalış pul qazan. Bu gün, sabah evlənib arvad-uşaq sahibi olacaqsan.
Pulsuz adamm nə dili var, nə hörməti. Ham ıya gərək bəli, bəli, deyəsən.
C ə f ə r b ə y . Camaat, şair deyir ki:
Məsudimiz nə qəhvə və nə qəhvəxanədir,
Didari-yarı görməyə bunlar bəhanədir.
İndi əzizlərim, sizləri buraya yığmaqdan mənim də ümdə məqsədim nəinki
qırqavulplovdur, bəlkə, bir böyük mətləb üçün bunlar bir bəhanədir. O mühüm
mətləb budur: dövlət tərəfindən elan olunur ki, padşahlıq duması aprel aymm 27-də
açılır. Ona görə hər yerdə üzvlər seçməyə hazırlıq gedir. İndi bizə lazımdır ki,
toplaşıb bu barədə məsləhət, məşvərət edək. Fikirlərimizi birləşdirib bir layiqli şəxs
üzərində dayanaq. Elə olmasm ki, aramıza nifaq düşüb hərə bir tərəfə çəkə. Belə
olursa, bişək və şübhə bir nalayiqin biri seçilib bizi cəmi Rusiyada rusvay
edəcəkdir...
H e y d ə r q u l u a ğ a . Cəfər bəy,bağışla sözünü kəsirəm. Deyirlər ki, Motal
Qurbanəlinin oğlu Ayı Kərim bərk deputatlıq şevqinə düşübdür. Özü də harada
oturursa deyir ki, şəhər dumasmda məndən yaxşı danışan yoxdur. Siz öləsiniz
istəyir onu zarafat üçün seçəsən və dövlət dumasmm vəkilləri knyazlara, qraflara
belə rekamandasiya (tövsiyə) edəsən; rica edirəm tanış olasmız, Qafqaz vəkili
Motal Qurbanəlinin oğlu Qalayçı M əhəmməd Cəfərin nəvəsi Ayı Kərim. Ha... ha...
ha...
C ə f ə r b ə y . Heydərqulu ağa doğru buyurur. Dövlət dumasmm üzvlüyü nə
dərəcədə böyük mənsəb olduğunu cümləniz bilirsiniz. Bu duma şəhər duması deyil
ki, hər əttar, baqqal başmaqlarmı taqqıldada-taqqıldada gəlib iclasda filan küçədə
neçə fanar asılsm, filan adama çayxana açmağa izin verilsin, ya yox deyə
boşboğazlıq edib vaxt keçirsinlər. Bu duma padşahlıq dumasıdır. Oraya seçilən
vəkillər də gərək padşaha layiq şəxslər olsunlar. Belə ki, hər bir şeydən artıq gərək
əsli, nəcabəti olsun, taki adı, familiyası çəkiləndə deməsinlər ki, bu cürə adam
eşitməmişik. Sonra qədd-qamətli olsun ki, gözə görünüb secilsin. Uca, gur səsi
olsun ki, danışdığı sözünə qulaq asıb fikir versinlər: mənim təsəvvürümə görə
seçilən vəkil gərək bu süfətlərə sahib olsun. Səhv edirəmsə, buyurunuz, səhvimi
deyiniz.
F i r i d u n b ə y . Bəli, səhv edirsiniz. Özü də artıq dərəcədə. Siz vəkilliyə
ləyaqəti bu üç sifətdə görürsünüz. Nəcabət, qəd-qamət, uca səs. M əyər padşahlıq
duması əcayib adamlar yığm cağıdır ki, elə adam göndərək? Xeyr, Cəfər bəy, bizə
qəd-qamətli adam lazım deyil. Bizə elmli, tədbirli, zakondan, siyasətdən,
vətənimizin keçmişindən və hali-hazırdan baxəbər şəxs lazımdır.
M i r z ə K ə r i m . Məncə bu sifətlərdə kifayət etməz. Gərək elə şəxs olsun ki,
vətənin, millətin uğrunda pulundan, malmdan, hətta canmdan