K ə r b ə l a y ı N ə b i . O d a sənin səfehliyin. M üsəlman qızı elə ki, doqquz-on
yaşma çatdı, ver getsin ərə.
P ə r i c a h a n . Ağa, sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin?
K ə r b ə l a y ı N ə b i . Bəli.
P ə r i c a h a n . Axı mənim vəkilim yoxdur.
K ə r b ə l a y ı N ə b i . Sən vəkili neylirsən?
P ə r i c a h a n . Bəs qız tərəfindən vəkil lazım deyilmi?
K ə r b ə l a y ı N ə b i . A səfeh qızı səfeh, nə danışırsan? M əgər m ən səni
alıram?
P ə r i c a h a n . Bəs kimi alırsan? M ən elə bilirəm məni alırsan.
K ə r b ə l a y ı N ə b i . Səni? Ha-ha-ha... Dünyanm çopuru elə mənə qalmışdı.
Sən elə çopursan ki, başmdan bir çuval darı töksən, bir dənəsi de yerə düşməz. Bir
Pəricahana bax, kül olsun o cahanm başma ki, sənin kimi pərisi var. A kişilər, mən
bu ad qoyan ata-anaya lap məəttəl qalmışam. Görürsən m eymuna oxşayan qızlara
ad qoyurlar: Düm isə, M ələkmənzər, Mahtaban.
P ə r i c a h a n . Yaxşı, məni almırsan, bəs kimi alırsan?
K ə r b ə l a y ı N ə b i . Belə gözəlini, məzəlini.
P ə r i c a h a n . M əzəli kimdir?
K ə r b ə l a y ı N ə b i . Belə Şövkət, mənim canım ona qurban olsun.
P ə r i c a h a n . Vaxsey, gör bu qoca kaftar nə fikrə düşübdür. şövkətin heç on
b iry aşı tamam deyil, o hələ gəlin oynadır.
K ə r b ə l a y ı N ə b i . Elə m ən də onun ilə gəlin-gəlin oynayacağam. B ir də
baxıb görəcəkdir ki, dünyaya bir bapbalaca bəbə gəlibdir. Oynatsm nə qədər kefi
istəyir.
P ə r i c a h a n . M ən bu işə heç vaxt razı ola bilmərəm.
K ə r b ə l a y ı N ə b i . Səfeh qızı səfeh, sən mənə qəyyumsan ki, razılıq
istəyim. Elə sən cəhənnəmə razı olma.
P ə r i c a h a n . İndi ki, belə oldu, mən bu işi pozacağam.
K ə r b ə l a y ı N ə b i . Necə pozacaqsan?
P ə r i c a h a n . O mənim işimdir.
K ə r b ə l a y ı N ə b i. Yenə bilək de...
P ə r i c a h a n . Belə Maral xanıma deyəcəyəm, o da səni bu işin üstə tutub
çekaya salacaqdır.
K ə r b ə l a y ı N ə b i . A balam, M aral xanıma nə dəxli var? Şəriət təriqilə
evlənirəm. Doğru deyiblər ki, arvadm heç ağlı olmaz, öz xeyrini anlamaz. Gəl, sən
mənim işimi düzəlt, - mən də sənin işini... O
günü M əmmədəli mənim yanım a gəlmişdi, mənə başsağlığı verəndən sonra,
dərdini açıb dedi: kərbəlayı, mən Pəricahanı bəyənmişəm, izin versən, elçi
göndərərəm.
P ə r i c a h a n . Ay ağa, sən allah, doğru deyirsən?
K ə r b ə l a y ı N ə b i . M əndən heç yalan eşitmisən? Gör sənə nə cür cehiz
verəcəyəm? Səni istəyən adam bir elə gözəl oğlandır ki, görən kimi eşq mənim
kimi topuğuna vuracaqdır. İndi de görüm razısanmı?
P ə r i c a h a n . Əlbəttə, razıyam.
K ə r b ə l a y ı N ə b i . Onda gedək, sən saqqalıma xma qoy, m ən də nə
edəcəyimi söyləyim.
G edirlər, S o n ra Ş övkət ilə Ə li əllərin d ə k ukla daxil olurlar.
Ə 1 i. Nə oynayacağıq?
Ş ö v k ə t. Hələ qoy, laylay çalım gəlinimiz yatsm, sonra bacı-qardaş oynarıq,
Ə 1 i. Yaxşı.
Ş ö v k ə t.
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızıl gül bağm olsun,
Gölgəsində yatasan.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
Ə 1 i. M ənim bəbəm yatdı.
Ş ö v k ə t. Beşiyə qoy, üzunə də cuna ört. M ənim bəbəm hələ yatmayıbdır.
Qoy laylay çalım, o da yatsm:
Laylay dedim yatmca,
Gözlərəm ay batmca,
Canım zinhara gəldi,
Sən hasilə çatmca,
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
İndi bu da yatdı. Qoy, ikisi də bir yerdə yatsm. (Qoyur.)
Ə 1 i. Gəl, indi bacı-qardaş oynayaq.
Ş ö v k ə t. Yaxşı.
Ə 1 i. A Şövkət bacı, mənə bir nağıl söylə.
Ş ö v k ə t. Yaxşı, qardaşım Əli, m ən sənə bir qəmgin nağıl söylərəm.
Qardaşım, biri varmış, biri yoxmuş, bir Səlim admda kənd müəllimi varmış. Bunun
Gövhər admda bir arvadı, yeddi yaşmda Əhməd admda bir oğlu, səkkiz yaşmda
Şövkət admda bir qızı varmış.
Ə 1 i. Vay, onun da adı Şövkət imiş?
Ş ö v k ə t. O vaxt qırğm düşür, bunlann kəndinə düşmən tökülür, adamları
qırılır. Səlim külfətini götürüb qaçır, gecə meşədə onlarm üstünə tökülüb gülləyə
tuturlar. Şövkət qaçıb ağaclarm arasmda gizlənir. Səhər olanda Şövkət gəlib görür
ki, atasmı, anasmı və balaca qardaşmı öldürüblər. Şövkət özünü onlarm üstünə
salır, zar-zar ağlayır.
Ə 1 i. Bacım, nə üçün ağlayırsan? Sən allah ağlama, yoxsa, mən də ağlaram.
Ş ö v k ə t. Necə ağlamayım? O balaca Şövkət mən özüməm, atasız-anasız bir
yetiməm. M əni üç il kəndli Cəfər baba öz uşaqları ilə bir yerdə saxladı. M ən onları
çox istəyirdim, onlar da məni. Sonra məni Kərbəlayı Nəbi qulluqçu gətirdi.
Ə 1 i. M ən elə bilirdim, sən o qoca kişinin nəvəsisən.
Ş ö v k ə t. Yox, qulluqçusuyam. Onun arvadı məni çox istəyirdi, bir aydır ki,
ölübdür.
Ə 1 i. Bacım, mən belə nağıl istəmirəm.
Ş ö v k ə t. Gəl tapmaca deyim, sən də tap.
Ə 1 i. Yaxşı.
Ş ö v k ə t. Tap görüm, atdan hündür, itdən alçaq.
Ə 1 i. Yəhər.
Ş ö v k ə t. Tapdm, bildin. O yanı çəpər, bu yanı çəpər, içində atlı çapar?
Ə 1 i. Onu bilmirəm.
Ş ö v k ə t. Nehrə.
Ə 1 i. İndi sən tap görüm, biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığar gətirər,
biri vurar dağıdar.
Ş ö v k ə t. İlin fəsilləri.
Ə 1 i. Bacım, mənə o günkü tapır-tupuru de.
Ş ö v k ə t. Yaxşı.