Tapır-tupur atdılar,
Qolları bazbəndlilər...
Şah evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Pıspısa xanım.
Dabancığı xəstə xanım,
Düşüb dəvə gölünə,
Boğulur xəstə xanım.
G ülüşürlər.
Ə 1 i. Axşam bizə gələcəksənmi?
Ş ö v k ə t. Gələcəyəm, həm sənin dərsini öyrədəcəyəm, həm də Maral
xanımdan dərs alacağam.
Ə 1 i. Anam deyirdi ki, Şövkəti məktəbə qoyacağam.
Ş ö v k ə t. Ah, nə yaxşı olardı. Atam yazıq məni oxudurdu.
Ə 1 i. M ən gedim.
Ş övkət ilə öp ü şü r, b u h ald a K ərb əlay ı N əb i saqqalı bağlı daxil olur.
K ə r b ə l a y ı N ə b i . Ədə sən kimsən? Burada aşnabazlıq edirsən? Sənin
qulağmı elə çəkərəm ki, yerindən qopar. Qurumsağm biri.
Ə 1 i. M ən M aral xanımm oğluyam.
K ə r b ə l a y ı N ə b i . M aral xanımm oğlu? Bala mən sənnən zarafat edirdim.
M ən səni çox istəyirəm. (Cibindən konfet çıxarıb ona və Şövkətə verir.) Alın, gedin
həyətdə oynaym. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. M ən sənnən
zarafat eləyirdim. Dedim görüm, qorxaq uşaq deyilsən ki?
Ə 1 i. M ən heç kəsdən qorxmuram.
K ə r b ə l a y ı N ə b i (kənara). Niyə qorxasan, Maral xanım kimi kommunist
anan var. (Əliyə.) İndi, balalarım, gedin oynaym, buraya qonaq gələcəkdir.
Ə li və Ş ö v k ət gedirlər.
K ə r b ə l a y ı N ə b i . O şeytan qızı M aral xanımdan çox qorxuram.
M o lla R əh im və M əşədi S əfdər qulu daxil olurlar.
M o 11 a R ə h i m. Səlamünəleküm.
K ə r b ə l a y ı N ə b i . Əleküməssəlam.
M ə ş ə d i S ə f d ə r q u l u . Kərbəlayı, bizə görə qulluq?
K ə r b ə l a y ı N ə b i . Qulluq deyil, buyruqdur. Atam, siz mənim ilə bu
xarabaya şəriksiniz? Sən M olla Rəhim üç aydır ki, kirayə vermirsən, bu da beş
aydır.
M o 1 1 a R ə h i m. Kərbəlayı, and içirəm o hərəmi möhtərəminizin pak olan
ruhuna, heç gəlirim yoxdur. Tükəzbanı satıb paltarı çılpaq qoymuşam.
S əfd ərq u lu qəh q əh ə ilə gülür.
K ə r b ə l a y ı N ə b i . Ədə bu nə deyir? Tükəzbanı satıb paltarı çılpaq
qoymuşam.
M ə ş ə d i S ə f d ə r q u l u . Kərbəlayı, biyol bil ki, M olla Rəhim çox səhv
vurandır. O demək istəyirdi ki, paltarı satıb Tükəzbanı çılpaq qoymuşam. O gecə
evinə bir qonaq gəlib gedəndə deyib, arvad, tez ol başmağı tut qoanq lampanı
geysin.
G ülüşürlər.
K ə r b ə l a y ı N ə b i . Yazıq nə etsin, kitaba baxmaqdan başı xarab olubdur.
Xub, deyək ki, mollanm işi xod deyil, gəliri yoxdur. Bəs, M əşədi Səfdərqulu, sən
nə deyirsən? Özün görürsən ki, bir gün ev naloqunu kassaya gec verəndə
kommunxoz adamm atasmı yandınr. Sənin arvadm Qızxanım səhərdən-axşama
kimi o evdə, bu evdə çörək bişirib, paltar yuyub, pul qazanır; hamısmı gətirib sənə
verir. Sən də onun hamısmı şəraba verirsən, heç mənzil kirayəsi dərdinə qalmırsan.
Yəni bu zəhrimarı içməsən olmaz? A kişi, sən niyə buna nəsihət etmirsən?
M o 11 a R ə h i m. Etməkdən yorulmuşam, tərk edə bilmir.
M ə ş ə d i S ə f d ə r q u l u . Ay kərbəlayı, biyol bunu bil ki, hər kəs bir şeyə
eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoça, biri nə bilim nəyə. M ən başı
daşlı da bu şəraba eşq bağlamışam.
M o 11 a R ə h i m. M ən də pula aşiqəm, amma onun üzünü heç görmürəm.
M ə ş ə d i S ə f d ə r q u l u . Əsil aşiq sənsən. Aşiq gərək məşuqəsini az-az
görsün.
K ə r b ə l a y ı N ə b i . M olla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o
məşuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım.
M ə ş ə d i S ə f d ə r q u l u . Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə
olacaqdır?
K ə r b ə l a y ı N ə b i . Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o
məşuqən şərabm küpünə girib nə qədər istəsən içəsən.
M ə ş ə d i S ə f d ə r q u l u . Ay sağ ol kərbəlayı, mən də bu yolda başımdan
keçərəm.
M o 11 a R ə h i m. İndi əmrinizi buyurun.
K ə r b ə l a y ı N ə b i . M ən istəyirəm qulluqçum Şövkəti alam. Qız hərçəndi
kiçikdir, amma on iki yaşı var, şəriət ilə kəbin düsər. M ən bilirəm ki, qız öz ixtiyarı
ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hiyləyi-şər oluna. Onun da yolunu,
M olla Rəhim, siz bilirsiniz.
M o 11 a R ə h i m. Madam ki, qız razı deyil, nə etmək olar?
K ə r b ə l a y ı N ə b i . A M olla Rəhim,bunu mənə deyirsən? Hansı qızm
razılığı ilə kəbinini kəsmisən? Hansı qızı özünüz danışdırıb razılığım almısmız?
Yalançı şahid də dünyada çox.
M ə ş ə d i S ə f d ə r q u l u . A kişi, kərbəlayı düz deyir, şahidin biri də mən.
K ə r b ə l a y ı N ə b i . Ay sağ ol,Məşədi Səfdərqulu, fikrimi anlamısan.
M o 11 a R ə h i m. Məncə qızm yanm da nə nigah, nə kəbin sözü açılmamalı,
nə qədər kiçik olsa da bu sözləri anlar. Gərək onu çağırıb deyək ki, kərbəlaymı
sənə siğə edirik, çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin, o da qulluqçu üçün
çətindir. Ancaq Pəricahan da təsdiq etsin ki, o da kərbəlayıya siğədir.
K ə r b ə l a y ı N ə b i . Çox gözəl fikirdir. Pəricahandan arxaym olunuz. Onun
ilə bu barədə danışmışam. M olla sonra?
M o 1 1 a R ə h i m. Daha bunun sonrası yoxdur. Kəbini kəsərik, basqa
razılığım almaq, o sizin xüsusi işinizdir.
K ə r b ə l a y ı N ə b i . Çox əcəb, Pəricahan! Pəricahan!
P ə r i c a h a n (daxil olur.) Nə buyurursan?
K ə r b ə l a y ı N ə b i . Şövkəti buraya çağır, özün də gəl.
P ə ricah an gedir.
M ə ş ə d i S ə f d ə r q u l u . Kərbəlayı, neçə gündür ayıqlıqdan başım lap
çatlayır.
K ə r b ə l a y ı N ə b i . A kişi, sən nə səbirsiz adamsan, elə bu gecə sənnən
məxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.
Dostları ilə paylaş: |