Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

Günü  (is.)  -   kişınin  ikinci  arvadı.  -   Meyransanm  günüsü  çox 
sakit arvadıydı, onun uşaxlanna da pis baxmerdi (Q , E,, B.).
Günsüx  (is.)  -  günün  istisindən  turşuyan  ağartı  (süd,  pendır, 
qatıq,  ayran  və  s.).  -   Süddən  bir  iskan  işdim,  əmə  günsüx  daderdi 
(X .,E .,B .).
Günsüməx  (f.)  -   gün  vurmaq.  Süd  günün  qavağmda  oxartana 
qalıf ki,  günsüyüf artıx.
Günnüx (is.) -  şapqamn dimdiyi. -  Yayda günnüyü uzun şapqa 
geyillər.
Güləşəndi (is.) -  oyun havası. -  Zum açı  Əhməd və Zumaçı İsə 
yaxşı güləşəngi çalardılar.
Güdül  (sif.)  -   gödək  quyruq  öküz,  mal  və  ya  quyruğıı 
yolunmuş  qaz-toyuq.  -   Güdül  m al  özünii  mözələnnən  də  qoruya 
bilmir.
Güdüx'çü  (is.)  -   nəyi  isə  güdən.  -   Bizim  də  güdühçümüz  var. 
xavanm ız yoxdu.
Gülül (is.) -  taxılın içində bıtən paxlalı, yağlı və yeməli bitki, -  
Uşaxlar oxartana gülül yeyiflər kin, kəhlihləri azıf.
Gülbəngi  (is.)  -   baş  örtüyü.  -   O  vaxtdanm   Şəkidən  gülbəngi 
gətirif saterdılər (Q.E.).
Güləm  (is.) -  a n   ayağmda gətirilən  çiçək tozu. -  Anlar xınr.an 
çiçəyinnən çox güiəm gətirir.
Günəvər  (sif.)  -   güntuian  yer.  -   Günəvər  yerdə  otduyan  mal- 
qounun südü yağlı olur.
Güvəngəz (is.) -  bitki. -  Güvəngəz dağda olor.  (E)
Belə bi.r bayatı  da var:
Əzizinəm güvən gəz,
Dağda bitər güvəngəz.
Heş kimə etibar yoxdu,
Ged özünə güvən gəz.
Güzdəh  (is.)  -  payız  vatağı.  -   Güzdəhdə  otduyan  mal-qounun 
südü yağlı olmor (Q.).
Güzdüh  (is.)  -  payız  əkilən buğda.  -   Dorfim  qabağında  əkilən 
güzdüyün  1  hektannnan 45  sentner taxıl ahnırdı.
Güzəm  (is.)  -   payız  qırxılan  yun.  -   Güzəm  yunnan  yorğan- 
döşəx' salmax olmur.
Güyüm  (is.)  -   qulplu  mis  qab.  -   Ə w əllərdə  güyümü  təndirə 
qoyuf  kəkotu,  yarpız, 
qəntəvər,  quymaxçiçəyi, 
çobanyastığı 
dəmliyirdilər.
Ha  (əd.) -  Burya gəlmə ha.
Häa (əd.) -  bəli- Häa, nə dersən,  a bala.
- H -
Hacat (is.) -  alət. -  Usdamn hacatdan  əvdə qalıf.
Belə bir atalar sözü də var:  -Pis qonşu adamı hacatdi/eliyər.
Haçı-buçu  atm ax  (f.)  -   başdan  etmək.  -   Getmişdim  toyun 
damşığmı aparmağa,  əmə qızm atası haçı-buçu atır.
Hakqıx  (is.)  ~  qiymətli  muncux.  -   Nənəmnən  anama  bir  qatar 
hakqıx muncux qahf.
Haqos  (is.) -  kotamn əkdin yerində  açdığı  şmm. -  Daşdı yerdə 
kotanm haqosu dayaz  olur.
Haxlamax (f.) -  yetişmək,  çatmaq.  -  Hinə bir davşan girmişdi, 
uşaxlar haxlıyammadılar.
Haki//hakin  (ə.) -  axır ki. -  Hakin dayımı əvdə tafdım.
Hakqına  (z.)  -   doğru,  düz.  -   Məkkəmədə  hakqma 
damşmasan, işdər dolaşar.
2.  Hakqına  (sif.)  -   cütləşmə  vaxtı  çatmış  düyə.  -   O  vədə 
Oxçoğlulu Əzizə bir haqqına düyə satmışdıx.
Halı  olmax (f.) -  xəbərləşmək. -  O işdən halı oldum.
Hallanmax  (f.)  -   rəqsin  təsirindən  bir  emosiya  keçirmək.  -  
Ona bax,  ona bax zumamn  səsinnən laf hallanıf.
Haiay  tutmax  (f.)  -   qol-qola  tutmaq.  -   Uşaxlar  halay  tutuf 
oynuyullar.
Hallaş  (is.)  -   yundan  keçə  düzəldən  sənətkar.  -   Hallaşdar 
yunnan keçə hazım yıf sattllar.
Halaygəlmə  (is.)  -  oyun  zamanı  uşaqlann  dəstəyə  bölünməsi. 
İki  nəfər  “bəy”  durur,  digərləri  qoşa-qoşa  halay  gəlib  müxtəlif 
adlarla  bəylərə  kimi  istədiklərini  bildiririər.  Məsələn,  “qızılı” 
istəyirsən  “gümüşü”.  H ər  dəfə  “bəy”in  biri  cavab  verir.  Beləliklə, 
dəsvə hazır olur. -  Uşaxlar halaygəlmə eliyif bölündülər.


1.H a l (is.) -  xəbər. -  Əmim xəstələnmişdi, gedif hal tutdum.
2. 
H al  (is.)  -   m ifik  obraz.  -   Deillər  arvaddar  uşağa  yatanda 
onu hal aparmax istiyir.
Halqərəz/Zəlqərəz (m.s.) — xüiasə. bir sözlə. -  Əlqərəz, bununla 
iş pitdi, qutardı.
H am ar  (sif.) 
-   duzən//duz. 
Əvi 
tix'məmişdən  yerini 
ham amyıllar.
Hamzatdı  (sif.)  -   uşaqlan  ölən  qadm.  -   Uşağı  durmuyan 
arvada hamzatdı dellər.
Haan  (ə.)  -   bəli.  -   Ahan//haan  Boccalıya  gedənnər  gəiif 
çıxddar.
1.  H ana (əv.) -  ham? - Hana, biz gəlif çıxdıx, onnar gəlmədi?
2.  Hana//xana  (is.)  -   Qəmbər  kişinin  evində  hana  vanydı, 
qonşularm çoxu xalıyı orda toxuyurdular
Handa  bir  (z.)  -   ara  bir,  tək-tük.  -   Dayım  da  handa  bir gəlif 
anamı yoxluyur.
Hancan//həncəri//nəncəri  (əv.)  -   necə,  nə  cür.  -   Elçilər  də 
Həmzə  kişiyilə  hancan  gəlmişdilər,  eləcə  də  getdilər.  “Kitabi-Dədə 
Qorqud”da da bu söz işlənmişdir.
H ar  (is.)  -   ot  tayasnun  otkəsənlə  kəsib  kiçik  hissələrə 
bölünməsi. -  Tayya təzə har açmax lazımdır,  o biri har qurtanf.
H a n n   (sif.)  -   qudurğan,  müftəxor.  -   Bu  savet  sədri  çox 
ham nnıyıf, ta heş kimi tanmıer (X., B., E.).
1.  Harma  (is.)  -   evin  əsas  atmasmdan  divara  tərəf  uzadılan 
ağac. -  Əvin üstü damdığma harm a da çürüyüf.
2.  Harma  (is.)  --  taxça,  evin  tavanmda  olan  boş  yer.  -  
Papağm harınada  qalsm hey (qarğış).
Haros (is.) -  əkilməyən,  dincə  qoyulaıı  əkin sahəsindən biçiiən 
ot. -  Muştuxlunun qabağmdakı yerrərdə yaxşı haros biçillər.
Harava/Zarava  (is.) -  araba.  -  Usda Hacı  yaxşı, həm də qayım 
lıarava tskəri düzəldərdi.
Haramı  (sif.)  -   a n   kötüyünə  basqın  edən  başqa  an.  -  Haramı 
anlar imkan vermillər kin, an  bal gətisin.
Hasa (is.) - əsa. -  Qocaldxnmı hasa sana yol yoldaşx olacax.
Hasülamax  (f.)  -   hazırramax.  -   Mal  gönünü  hasxllıyıf  çanx 
tikerdilər (B.).
Hasda  (is.)  -   xəm ir  yeməyi.  -   Uşax  doğan  arvatdara  hasda 
yedirillər kin, hala gəisin.
Hasıl (f.) -  hazır etınək. -  Hər adam gön hasıllıyammır.
Hasoy (sif.) -  yalançı. -  Hasoy Məmməd  gənə kimisə yalladıf, 
onu gəzillər.
Hasıllamax 
(f.) 
-  
yoğurmaq, 
bərkitmək. 
-  
Xamxn
hasıllıyamıan söram y ay ıf ərişdə kəsellər (Q.,  B.,  G.).
Haşa  (m.s.)  -  uzaq.  -H aşa  sənnən,  öyünnərim toydan  söra  az 
qaidı kin, itdər məni tutsun.
Haşa gəlməx' (f.) -  rədd etmək. -  O maqa haşa gəldi.
Hasant  (sif.)  -   asan.  -   Uşağa  bir  hasant  iş  axtanram,  əmə 
tapammeram (X., B.).
Haşaüzdən  (m.)  -   üzr  istəmək.  -   Haşaüzdən  bizim  it  zinciri 
qınf, qonşunun gədəsini tişdiyif.
Havar (is.) -  səs,  çağınş.  -  Ay bala,  bir havar salma, gə görüm
nqluf.
Havır (n.s.) -  az vaxt. -  B ir havır dincimi aldım.
Havarramax  (f.)  -   köməyə  çağırmaq.  -   Havarradı  qonum- 
qonşuyu, nahaxdan başımıza tökdü,  ləcər.
Havlv/hoylu  -   koridor.  -B ir  neçə  evi  birləşdirən  dəhliz.  -   Hoylu 
olmasa,  əv  qışda  qızmaz.  “Kitabi-Dədə  Qorqud”da  eyııi  mənada 
işlənir.  (12,  208).
H avar  təpməx  (f.)  -   haray-həşir  salmaq.  -   Gənə  nolmuşdusa, 
Qızbəs havar təpirdi böün.
Hav  (is.)  -   yaramn  irinləşməsi.  -   Yaranm  havını  bəzir 
soğançası yaxşı edir.
Havlamax  (f.)  -  irinləmək.  -  Əlimə  tikan  batdığınnan  su çəkif 
havhyıf soyııxda.
Havotu  (is.) -  dərman bitkisi. -  Şişdağda havotu çox olur.
Hava  (is.)  -   psixi  pozğunluq.  -   Daşdəmirrərin  Nurusunun 
başma hava gəlif.
Havalı  (sif.)  -   psixi  xəstə,  dəli.  -   Havalı  adama  nə  deəsən, 
qanmır,  qandırmır.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə