Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

 210
onlar nә yaza, nә dә oxuya bilirdilәr. Hesabdan da başları çıx-
mırdı. Bәzi insanlar da bu haqda sәthi biliyә sahib idilәr. Çünki 
onlar bu sәthi biliklәri riyazi dәlillәrә, qәti prinsip vә qaydalara 
әsaslanmadan, ondan-bundan eşidәrәk, soruşaraq öyrәnmişdi-
lәr. Odur ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı ol-
sun!) ayın başlanğıcını müәyyәnlәşdirmәk üçün elә bir vasitә 
seçdi ki, ondan istifadә  әrәblәrә asan vә  әlçatan olsun. Yәni, 
Ayın doğmasını gözlә görmәk Ramazanın gәldiyini müәyyәn-
lәşdirmә vasitәsi olaraq qәbul edildi. Çünki bu, ayin vә iba-
dәtlәrinin vaxtlarının tәyinindә daha sağlam, daha doğru vasitә 
idi. Habelә, bu, o dövr insanlarının bacarıqları daxilindә inam 
vә  yәqinliyi ifadә edәn vasitәdir. Allah heç kәsә bacarmadığı 
şeyi yüklәmәz! 
Ayların başlanma tarixlәrini müәyyәnlәşdirmәk üçün o 
dövrün insanlarına hesab vә astronomiyanı “yüklәmәk”  Şәriәt 
Sahibinin müdrikliyinә yaraşmazdı. Çünki onlar yaşadıqları 
coğrafiyada bu sarıdan heç bir savada malik deyildilәr.  Әksә-
riyyәti bәdәvi idi, şәhәr hәyatı haqda mәlumatlar onlara 
haradasa heç gәlib-çatmamışdı.  Әgәr Peyğәmbәr (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) ayın girib-girmәdiyini tәyin etmә-
lәri üçün onlara hesab vә astronomiya elmlәrindәn istifadәni 
tapşırsaydı, şübhәsiz ki, onları çәtinliyә salacaqdı.   
Bәdәvilәrdәn, olsa-olsa, bir-iki nәfәr bu barәdә ucundan-
qulağından nә isә bir şey eşidә bilәrdi. Şәhәr әrәblәri arasında 
isә mәhdud sayda insan xüsusilә dә Kitab әhlindәn hesabı öy-
rәnmәyә çalışmışdı.  
Sonralar müsәlmanlar dünyanı  fәth etdilәr, biliklәrә yi-
yәlәndilәr; bütün sahәlәrdә  fәrqlәndilәr;  әvvәlki xalqların ki-
tablarını tәrcümә etdilәr; çoxlu sayda müsәlman dahisi yetişdi, 
kәşflәrә imza atıldı. Onlar bu biliklәri sonrakı  nәsillәrә      ötür-
dülәr. Tәbii ki, müsәlmanların öyrәndiklәri elmlәrә, elәcә  dә 
astronomiya, kosmoqrafiya vә ulduz hesabı daxil idi. 


 211
Fәqih vә mühәddislәrin  әksәriyyәti astronomiya elmlә-
rini bilmirdi. Ya da bәzilәrinin müәyyәn şeylәrdәn xәbәri vardı. 
Vә ya onların çoxu öyrәndiklәrinә etibar etmirdilәr. Bәzilәri dә 
bu elmlәrlә  mәşğul olanları qeybdәn xәbәrvermә iddiası ilә 
sapqınlıq vә bidәtçilikdә ittiham edirdilәr. Düzdür, bu elmlәrlә 
mәşğul olub qeybdәn xәbәr verdiklәrini iddia edәnlәr vardı. 
Tәbii ki, onlar hәm özlәrinә, hәm dә elmi biliklәrinә hörmәt-
sizlik göstәrirdilәr.   
Bu mәsәlәdә fәqihlәrә bәraәt qazandırmaq mümkündür. 
Elә  fәqih vә alimlәr olmuşdur ki, sözügedәn elmlәrdәn xәbәr 
tutsalar da, dini-fiqhi baxımdan hәmin elmlәrә düzgün qiymәt 
verә bilmәmiş, onların adlarını ehtiyatla çәkmişlәr. 
Bәli, onların vәziyyәti bu cür idi. Tәbiәt elmlәri din elm-
lәri qәdәr yayğın olmadığından alimlәrin nәzәrindә tәbiәt elm-
lәrinin prinsip vә müddәaları qәti dәlil sayılmırdı.  
Allah tәala bu dünyanın sonunu yazana qәdәr islam şә-
riәti mövcud olacaqdır. Tolerant vә mütәrәqqi islam şәriәti hәr 
bir xalqa, hәr bir zamana uyğundur. Bu sәbәbdәn görürük ki, 
ayәlәrdә sonradan insanlara mәlum olacaq şeylәrdәn danışılır. 
Hәr nә qәdәr әvvәlki nәsillәr bu haqda söz açan ayәlәri düzgün 
izah etmәsәlәr dә, tәsdiqlәyici faktlar, hadisәlәr ortaya çıxdıqda 
haqq öz yerini tutur, söhbәtin nәdәn getdiyi bizә aydın olur.   
Hәdislәrdә  dә bu kimi şeylәrә  işarә edilib. İbn Ömәrә 
(Allah ondan razı qalsın!) istinadәn  İmam Buxari rәvayәt edir 
ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) de-
yib: “Biz “ümmi” (bisavad) xalqıq. Nә yazmağı, nә dә hesabla-
mağı bacarırıq.  Ay  bu  cür  vә bu cürdür. Yәni, gah 29 gündür, 
gah da 30”
1

Bu hәdisi “Müvәtta”da İmam Malik
2
, elәcә dә Buxari vә 
Müslim aşağıdakı variantda rәvayәt etmişlәr: “Ay 29 gündür. 
                                                 
1
 Buxari. Came әs-Sәhih, “Sövm” fәsli. 
2
 İmam Malik. Müvәtta, cild I, sәh. 269. 


 212
Hilalı görmәdikcә  nә oruca başlayın, nә  dә ki bayram edin. 
Әgәr hava buludlu olarsa, müәyyәnlәşdirin (hesablayın)”. 
Allah rәhmәt etsin, erkәn dövr alimlәrimiz bu hәdisin 
mәnasını doğru-dürüst izah etmişlәr. Ancaq onu yozmaqda xә-
taya düşmüşlәr. Bu mәsәlәdә  әn yığcam,  әn tutarlı sözü Hafiz 
İbn Hәcәr
1
 söylәyib:  
“Burada hesab dedikdә ulduzları vә onların hәrәkәtlәrini 
hesablamaq başa düşülür. Әvvәlki alimlәr bu haqda az şey bi-
lirdilәr. Demәli, ulduzların hәrәkәti haqda çox şey bilmәdiklәri 
üçün oruc vә digәr ibadәtlәrin hökmü hilalın doğması ilә 
şәrtlәndirilib. Sonralar insanlar hәmin elmә bәlәd olsalar da, bu 
hökm dәyişdirilmәdi. Hәdisin zahiri mәzmunu hökmün hesab-
la şәrtlәşdiyini qәtiyyәtlә inkar edir. Bunu yuxarıdakı hәdis dә 
tәsdiqlәyir: “Әgәr hava tutqun olarsa, (oruc tutduğunuz gün-
lәrin sayını) otuzadәk tamamlayın”. Demir ki: “Hesab әhlindәn 
soruşun”. Ancaq bir dәstә insan bu mәsәlәdә göy cisimlәri vә 
hәrәkәtlәrini öyrәnәn  şәxslәrә müraciәti mümkün saymışlar. 
Onlar rafizidirlәr
2
. Deyilәnә görә, bәzi fәqihlәr dә onların de-
diklәrinә tәrәf çıxıblar.  
Baci deyib: “Sәlәfi-Salihin arasında mövcud olan icma 
göstәrir ki, onlar yuxarıdakı görüşün  әleyhinә olmuşlar”.  İbn 
Bәzizәyә görә dә: “Bu, batil bir görüşdür. Şәriәt nücum elminә 
qapılmağı qadağan edib. Çünki o intuisiyadır, tәxmindir; qә-
tilik vә çoxgümanlıq ifadә etmir. Әgәr işlәr onunla әlaqәlәn-
dirilәrsә, insanlar çәtinliyә düşәrlәr. Ondan az adam baş  çı-
xarır”. 
                                                 
1
 İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari, cild IV, sәh. 108-109. 
2
 Burada “rafizilәr” demәklә İbn Hәcәrin kimlәri nәzәrdә tutmağı bizә aydın 
deyildir. Әgәr imamiyyә şiәlәrini nәzәrdә tutursa, bildiyimizә görә, onlar da 
hesaba etimad göstәrmәyi “caiz” saymırlar. Yox, başqalarını nәzәrdә tutub-
sa, onda kimdir onlar? Әhmәd  Şakirә görә,  İbn Hәcәr burada ismaililәrә 
işarә edib. Çünki onların hesablama apardıqları bizә gәlib çatıb – müəllif.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə