68
olduqda onu «zəbt edir» ) İnsan bu gün ilə,reallıqla yaşamalıdır.Özünü nə
keçmişin problemləri ilə üzmək,nə də gələcəyin gözlənilən problemləri ilə
yükləmək, yaxud gözəl gələcək haqqında xəyallarla, xüsusən, fantaziyalarla
yaşamaq lazım deyil. Arzu – stimuldur, onsuz yaşamaq mümkün deyil.
Lakin xəyallara alüdə olmaq, real həyatı unutmaq bu günün enerjisini
havayı sərf etməkdir. Ona görə də bu cür adamlar həyatda nəyə isə nail
olmaqda gücsüz olurlar – bunun üçün cəhd etməsələr belə. Daim keçmiş
saf–çürük edənlər və ya keçmişin xoş xəyalı ilə yaşayanlar da («nostalgiya»
xəstəliyi) həmçinin. Bu günün enerjisini qorumaq, yersiz sərf etməmək
üçün müxtəlif meditativ texnikalar düşünülmüşdür.
Meditasiya zamanı insan, bir növ, öz hüdudlarından kənara, daxili
aləmdən xarici aləmə çıxır (özünə qapılmanın ,alüdəçiliyin əksi), şüurlar
aləminə (şüur enerjiləri qatına) qovuşur.Lakin bu, «naməlum» aləmdir. Bu
«nəməlum» olana «xidmət» etməkdənsə, hər şeyi bəxş etməyə qadir olan
Böyük Qüvvədən güc almaq – ibadət daha doğru yoldur. İbadət zamanı
insan şüur üçün mümkün olan ən yüksək səviyyəyə qalxır, tənha
olmadığını bilavasitə və daha real hiss edir. Nəticədə,onun özünə
qapılmasına və ya nəyə isə alüdə olmasına ehtiyac qalmır. Doğurdan da,
dini ayinlər, ibadət insanın özünə nəzarət etməsinə, özünü unutmamasına,
fikirlərin yığcamlığına, tənha olmadığını hiss etməsinə xidmət edir. Lakin
müasir insan vaxtını ibadə deyil, məsələn, televizora baxmağa sərf edir
(bəziləri üçün o, əsas ünsiyyət vasitəsi və tənhalığa qarşı «dərman»dır).
Bununla çox zaman reallıqdan uzaqlaşır, özgə (məsələn, teleserial
qəhrəmanlarının) həyatını yaşayır, bununla da öz enerjisini «onlar üçün»
sərf edir.
Energetik və qoloqrafik sahələrdən sonra gələn, əlavə qidaya
ehtiyacı olmayan daha incə sahələri ali hisslər möhkəmləndirir. Ali
hissləri bəxş edən isə yenə ibadətdir. Müasir insan üçün yad olan,
yumşaq desək, «özünəməxsus» həyat tərzi kimi başa düşdüyü
ibadət, əslində, insanın düzgün yaşamasını təmin edən bir vasitədir.
Sağlamlığımız üçün, eləcə də kamilliyimiz üçün nə lazımdırsa,
ibadət bizi ona «məcbur edir». Məsələn, ali hissləri yalnız bilavasitə
69
ibadət zamanı – ruhun konkret vəziyyəti hesabına, yəni ən incə
sahələri «qidalandırmaqla» qazanmırıq. Bu hisslərə malik olmaq
üçün əvvəlki sahələrin, həmçinin, fiziki bədənin qidası təmiz, saf
olmalıdır. Qoloqrafik sahə misalında bu haqda bir qədər ətraflı
danışdıq. Lakin ən «kobud» enerjini verən yediyimiz qida belə bu
baxımdan əhəmiyyət kəsb edir. Axı, qida da özündə informasiya
daşıyır və bu «informasiya» şüuraltı üçün «ürəkaçan», yaxud «xoşa
gəlməyən» ola bilər. Beləliklə, təmiz, saf, təbii qidalarla qidalanma
təkcə fiziki baxımdan, yəni fiziki bədən üçün deyil, həm də insanın
incə sahələri üçün əhəmiyyətlidir. Ümumiyyətlə, sahələrin işi bir-
biri ilə bağlı olduğundan, hər bir sahənin qidalanmasının digərinə
təsiri vardır. Aydın olur ki, ali hisslərə malik olmaq yalnız insanın
qidası, fikir və düşüncələri saf olduqda mümkündür və məhz ibadət,
istər bilavasitə – ruhun, düşüncənin müvafiq halını yaratmaqla,
istərsə də digər tələbləri ilə – qidanın, fikirlərin saflığını təmin etmək
yolu ilə insana ali hisslər bəxş etməyə qadirdir.
Fiziki bədənə gəlincə, aydındır ki, ayrı-ayrı energetik sahələrin
möhkəmlənməsi fiziki bədəni də mükəmməlləşdirəcəkdir. Güclü su
axını çayın dibində olan tör-töküntünü yuyub apardığı kimi,
energetik bədənin möhkəmlənməsi nəticəsində güclənən enerji
dövranı da orqanizmdəki «tör-töküntünü» «yuyub aparacaqdır».
Bu əksinə, fiziki bədəni möhkəmləndirməklə, energetik sistem də
möhkəmlənir. Rasional qidalanmanın, fiziki məşqlərin, qaçışın və s.
əhəmiyyəti elə bununla bağlıdır.
Energetik sistemdə enerjinin toplandığı yerlər vardır. Sanskritdə
bu, cakra adlanır, mən isə sadəcə, mərkəz adlandıracağam.
Mərkəzlərdə enerji daim konusvari spiral şəklində saat əqrəbi
istiqamətində fırlanaraq, meridian adlanan energetik kanallar
vasitəsilə bütün orqanizmə ötürülür.
Mərkəzlərdə enerjinin ötürülməsini aydın təsəvvür etmək üçün
burulğanı xatırlamaq kifayətdir. Dənizin burulğan hissəsində də
qeyri-adi heçnə yoxdur, yəni orada da sudur, lakin axın başqadır.
70
Mərkəzlər energetik sistemin yerdə qalan hissələrinə enerjini
paylayan əsas özüldür. Onlar onurğa boyunca yerləşir və sinir
kələflərinə
«uyğundur».
Hər bir mərkəz müəyyən bir (və ya bir neçə) üzvü enerji ilə
təmin etməklə yanaşı, konkret, özünəməxsus funksiya da daşıyır,
insanın fəaliyyətinin müəyyən bir sferasında nəzarət edir. (Cədvəl).
Göründüyü kimi mərkəzlər energetik sistemin daxilində
yaşamaq instinktindən tutmuş, dərin dərk etməyə qədər müxtəlif
spektrli təsirlərin müvazinatını yaradır. Hər bir insanın psixoloji
xüsusiyyətləri ayrı-ayrı mərkəzlərin inkişaf dərəcəsinə uyğundur.
Ona görə də öz düşüncələrimizi,meyllərimizi, əqidə və istəklərimizi,
hərəkətlərimizi götür-qoy edərək, özümüzdə hansı mərkəzlərin
fəaliyyəti nin üstün olduğunu və fəaliyyətdən qalan mərkəzi
gücləndirmək üçün hansı yolu seçmək lazım olduğunu müəyyən
edə bilərik!
Dostları ilə paylaş: |