79
Beləliklə, il hər biri 72 gün olmaqla, beş bərabər hissəyə
bölünmüşdür və onların hər birində müvafiq orqan aktiv olur, yəni
energetika, bir növ, həmin orqana xidmət edir. Şərq təqvimi ilə yeni
ilin əvvəlindən (Dolça bürcündə ayın təzələnməsi) başlayaraq, 72
gün – qara ciyər, 18 gün – dalaq, 72 gün –ürək, 18 gün –dalaq, 72
gün – ağ ciyərlər, 18 gün – dalaq,72 gün – böyrəklər və yenə 18 gün
– dalaq aktiv olur. Hər bir üzv üçün sağlamlaşdırıcı tədbirlər onun
aktivlik dövründə və aktivlik saatında aparılmalıdır. Çünki həmin
dövrdə, həmin saatda Təbiət özü sanki həmin orqan üçün çalışır,
onu müdafiə edir, ona güc verir.
Beləliklə, biz müalicə prosesində nəzərə alınması vacib olan 2
cəhətə toxunduq: insanın konstitusional tipi və bioloji ritmlər. Qeyd
edim ki, konstitusional tipdən (üç ünsürdən hansının üstünlük
təşkil etməsindən) daha çox mahiyyət etibarı ilə onun eyni olan İn-
Yan konsepsiyasını nəzərə almağa üstünlük verirəm.
İn və Yan – Çin fəlsəfəsinə görə bir-birinə əks olan,
lakin biri digərini tamamlayan,bir-birinə keçən,
birlikdə bir tam əmələ gətirən anlayışlardır.
Təbiətdə mövcud olan istənilən əksliklər cütü bu
anlayışlara aid edilə bilər.
İn
Yan
qadın kişi
daxili xarici
yumşaq bərk
yumşaqlıq aqressivlik
tünd (qaranlıq) açıq (işıqlı)
gecə gündüz
nəm quru
soyuq isti
80
hərəkətsiz dinamik
passiv aktiv
mənfi müsbət
dərk edilməyən dərk edilən
sevgi iş
ay günəş
yer göy
qavrayış (özgə) yaradıcılıq (özü)
maddi energetik
musiqi küy
zəif güclü
yüngül ağır
az çox
kiçik böyük
qısa uzun
alçaq hündür
qəmli sevincli
arıq kök
Bütün bu əksliklər bir-biri ilə vəhdət təşkil edən, eyni zamanda,
mübarizədə olan qüvvələrdir. Lakin in və yan bir-biri ilə mübarizə
aparan rəqiblər kimi başa düşülməməlidir. Onlar bir-birindən
asılıdır və biri digərsiz mövcud ola bilməz ( yuxarı olmasa, aşağı da
olmazdı və s.). Onlara daimi xüsusiyyətlər kimi baxılmamalıdır, in və
yan daim dəyişir və bir-birinə keçir.
Gün ərzində yan üstünlük təşkil edir: gündüzlər işıqlı və isti
olur, fəaliyyət üstünlük təşkil edir. Günorta yan özünün maksimum
həddinə çatır, in isə minimum həddə enir. Bu zaman insanın enerjisi,
yan azalmağa başlayır, in isə artmağa başlayır. Gecə soyuq və
qaranlıqdır. Bu zaman insan passiv olur, dincəlmək istəyir. İn-in
günortadan sonra başlayan artması davam edir və artıq gecə
üstünlük təşkil edir. Gecəyarı in maksimuma, yan isə özünün ən
aşağı həddinə çatır. Bu andan başlayaraq, in azalır, yan isə artmağa.
81
Beləliklə,tsikl yenidən başlanır. İn və yanın bir–birinə keçməsinin
mövsümi və illik tsiklləri də vardır.
İn və yanın təbii artıb-azalması onlar arasındakı tarazlığı
pozmur. Lakin bəzi daxili və xarici amillərin təsiri istər in, istərsə də
yan-ın artması və ya azalmasına səbəb ola bilər. Bu artıb-azalma təbii
olmadığından, disharmoniyaya gətirib çıxarır. Xarici amillərə qeyri-
əlverişli təbii şərait (külək, isti, soyuq,quruluq, nəmişlik və s.), daxili
amillərə insanın emosional vəziyyəti və qeyri-sağlam həyat tərzinin
nəticəsi ilə bağlı səbəblər (qəzəb, sevinc, qayğı, fikirlilik, qorxu, çox
yemək, hipodinamiya və s.) aiddir. Bunların hər birinin davamlı və
güclü təsirindən in-yan tarazlığı pozulur.
Qeyd edilən amillərdən hər biri insanın təbii halı və yaxud
təbiət hadisələridir. Yəni onlardan qaçmaq, heç vaxt onların təsirinə
məruz qalmamaq, demək olar ki, mümkün deyil. Lakin söhbət
davamlı və güclü təsirdən gedir. Təbiət səsinə qulaq asmağın
vacibliyi bu baxımdan daha qabarıq hiss edilir. Soyuq havada qalın
geyinmək, quraqlıq zamanı bol su içmək və s. sadə qaydalar insanın
sağlamlığına xidmət edən vasitələrdir. Təbiətin ziddinə getmək, ona
« meydan oxumaq » insanın yalnız zərərinədir. Məsələn, əgər
gəzinti nəzərdə tutulan vaxt hava yağışlı və küləklidirsə, lakin
gəzinti təxirə salınmır və «təbiətin acığına» həyata kecirilirsə, insan
öz cavabını alır və soyuqdəymə ilə mükafatlandırılır. Bu misal nə
qədər sadə olsa da,xəstəliklərin bir çoxu məhz bu cür, sadə şeyləri
nəzərə salmaq nəticəsində qazanılır. Eldə buna « xəstəliyi satın
almaq» deyirlər. Sağlam olmaq istəyən hər bir kəs in və yan-ın təbii
dəyişilmələrinə tabe olmaqdır. Əslində, in-yan tarazlığına hər şey –
yeyib-içmək, iş belə təsir edir. Yalnız hər şeydə qədəri gözləmək,
həddi bilməklə bu tarazlığı öz təbii halında saxlamaq mümkündür.
İn və yan konsepsiyası təkcə nəzəri biliklər üçün əsas deyil.
Sağlam həyat tərzinin qurulmasında, habelə, müayinə və
diaqnostikada da bu prinsip əsas götürülür. Müxtəlif xəstəliklərin
bütün tipik simptomları in və yaxud yan-ın artması və ya
Dostları ilə paylaş: |