Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

 
65 
oluruq. Ona görə də elə ritmlə tənəffüs etmək lazımdır ki, orqanizm 
oksigenlə  və  hava  enerjisi  ilə  təmin  etməklə  yanaşı,  hüceyrə 
səviyyəsində  qida  maddələrinin  mənimsənilməsi  üçün  əlverişli 
şərait  yaransın.  Və  yaxud,  hava,  divarında  bütün  orqanların 
reseptorları  (həssas  nöqtələri)  yerləşən  burun  boşluğundan 
keçməklə,  fiziki  bədəndə  gedən  bütün  proseslərə  təsir  edir  və 
düzgün  tənəffüs  etməklə  biz  energetik  bədənlə  –  plazma  cismi  ilə 
yanaşı,  fiziki  bədəni  də  möhkəmləndirə  bilərik  və  əksinə.  Beləliklə, 
bir  enerji  növünün  mənimsənilməsi  digərini  «azaldır»  və  İnsan  öz 
həyat  tərzini  elə  qurmalıdır  ki,  orqanizm  hər  üç  enerji  növü  ilə 
optimal  təmin  edilsin.  Deyilənlərdən  aydın  olur  ki,  israfçılıq 
etməmək,  bir  tərəfdən,  enerjinin  az  sərf  edilməsinə,  digər  tərəfdən 
isə optimal mənimsənilməsinə səbəb olur.  
Bundan başqa, hər üç enerji, əlavə olaraq, qəbul edilə bilər. Xüsusi 
tənəffüs  və  hərəkət  terminlərinin  köməyi  ilə  orqanizmdə  hər  üç  növ 
enerjini artırmaq mümkündür. Ümumiyyətlə, bütün sağlamlaşdırıcı 
tədbirlər  (fiziki  məşqlər,  su  proseduraları  və  s.)  mahiyyət  etbarı  ilə 
bi işə xidm edir, yəni onların əhəmiyyəti (faydası) bununla bağlıdır. 
Orqanizmin  «enerji  ehtiyyatını»  qorumaq  üçün  kənar  amillərin  də 
təsirini  nəzərə  almaq  əhəmiyyətlidir.  Energetik  sistemin  ayrı-ayrı 
sahələrinə  təsir  edən  bir  sıra  amillər  mövcuddur  və  hər  bir  sahəni 
zəiflədən  amillərin  qarşısını  almaqla,  gücləndirən  amillərdən  isə 
istifadə  etməklə  onları  (sahələri)  möhkəmləndirmək,  yəni  onlarla 
daa  çox  enerji  toplamaq  mümkündür.  Bunun  üçün    həmin  amilləri 
bilmək lazımdır.  
 Orqanizmi zərərli enerjilərin təsirindən qoruyan plazma sahəsini 
hərəkətsizlik,  «ölü»  qidalarla  qidalanma,  alkoqol  qəbulu,  geyim 
(xüsusilə  sintetik  geyimlər)  zəiflədir.  Təbii  plazma  ilə  zəngin 
yerlərdə (dağ ətəkləri) olmaq, su proseduraları, hava vannası (çılpaq 
olmaq), yeni dərilmiş bitkilərlə qidalanmaq isə onu gücləndirir.  
Elektrik  cihazlarının  şüaları,  geopatogen  sahələrdə  olmaq,  çox 
yemək,  güclü  emosiyalar,  dolaşıq  fikirlər,  dəyişkənlik,  hədsiz 


 
66 
xəyalpərvərlik,  stress,  neqativ  münasibətlə  əhatə  olunma,  ətraf 
mühitin  xoşa  gəlməyən  görkəmi  belə,  qoloqrafik  bədəni  zəiflədir. 
Yuxarıda  qeyd  edilənlərin  əksi,yəni  ürəkaçan  şeylər,  özünə  inam, 
məqsədəyönlü  fikirlər,  meditasiya  («fikirsizlik»),  relaksasiya 
(boşalma),  yuxu  isə  gücləndirir.  Bundan  başqa,  təbiətdə  elə  yerlər 
vardır ki, insan orqanizminə müsbət təsir edən şüalar saçır, beləliklə, 
qoloqrafik bədəni möhkəmləndirir.  
Qoloqrafik  sahə  fikir  sahəsi  olduğundan,insanın  fikirlərindən  və  həmin 
fikirləri doğuran hər şeydən asılı olaraq ya güclənir, ya da zəifləyir. İnsanın 
bütün  yaşantıları,  onu  əhatə  edən  hər  şey,  ətrafında  baş  verən  bütün 
hadisələr ona təsir edir və nəticədə,onunfikirlərini doğurur, müəyyən edir. 
Yəni  insanın  fikir  və  düşüncələri  onlar  əsasında  yaranır.  O  bunları  «hiss 
etməsə»,  fərqinə  varmasa,  bu  haqda  düşünməsə  belə,  beynin  «gizli 
kameraları»  hər  şeyi  çəkir  (işləyən  televizorun  qarşısında  yatmış  adamın 
belə beyninə informasiya daxil olmaqda davam edir). Deməli, fikir sahəsi –
qoloqrafik  sahə  üçün  «məhsul»,  bizi  əhatə  edənlərdən,  ətrafımızda  baş 
verənlərdən  «hazırlanır».  Məhz  ona  görə  də  ətraf  mühitin  xoşa  gəlməyən 
görkəmi qoloqrafik sahəni zəiflədir, ürəkaçan şeylər isə gücləndirir. 
Nəyin «ürəkaçan», nəyin «xoşa gəlməyən» olması isə şüursuz müəyyən 
edilir.  Yəni  şüurumuz  (unutmayın,  biz  onu  «qəlibə»  salmışıq  –
stereotiplərlə)   «ürəkaçan» hesab etdiyi bir şey qoloqrafik sahə üçün «xoşa 
gəlməyən»  ola  bilər  və  əksinə.  Məsələn,  insan  mexaniki  tərəqqinin 
nailiyyətlərinə  baxıb  fərəhlənə  bilər,  lakin  elə  həmin  an    «içərisi»  təbiət 
üçün  xiffət  çəkər.  Uşaqlar  əcaib  multfilm  personajlarını  sevə  bilər,  lakin 
«içəri» bilir ki, bu, o deyən deyil.  
Həqiqi olanı saxta olandan ayırmaq lazımdır –delfinlər klassik musiqini 
seçdiyi  kimi.  Bunun  üçün  şüuru    «qəlibə»  salmamaq,  stereotiplərə 
uymamaq lazımdır. Texniki tərəqqinin, sivil yaşamın (və onunla bağlı olan 
bir  çox  şeylərin)  daha  yaxşı  olduğuna  insan  yanlış  olaraq  inanıb.  Bu gün 
insan  hər  şeyin  suni  modelini  (və  ya  etalonunu)  qurub  və  hər  şeyəona 
əsasən  qiymət verir.  (Nəticədə, vitrin  kuklasına  bənzəyənlər  xalqa  gözəllik 


 
67 
dərsi  keçir,  yöndəmsiz  akseleratlar  isə  özlərini  gözəllik  etalonu  hesab 
edirlər).  
Müasir  insan  təbiət  mənzərələrini  televizorda  seyr  edərək    «zövq»  ala 
bilir.  Təbiət  öz  yerini  texnikanın  (əslində  yanlış  olan)  nailiyyətlərinə 
verməkdədir.  Lakin  texnikanın  heç  bir  nailiyyəti  insana  adi  təbiət 
mənzərəsini əvəz edə bilməz. Əksinə, texniki əhatədə olan insanın təfəkkürü 
də  «texnikiləşir».  Belə  rəvayət  edilir  ki,  öz  gəzintilərin  birində  Budda  su 
götürmək  üçün  əlində  vedrə  quyuya  girib-çıxan  kəndliyə  rast  gəlir.  İşini 
asanlaşdırması üçün  onun  nə üçün  çarxdan istifadə etməməsinin səbəbini 
soruşduqda isə  «İnsan maşından istifadə etməyə başladıqda ürəyi də maşın 
kimi olur» cavabını almışdır. 
İnsan öz təbiiliyini qoruyub sağlamağa çalışmalıdır – texniki əhatədə olsa 
da.  Bu  zaman  yalnız  həqiqi  olan  şeylər  insana  zövq  verəcəkdir  –  əgər 
vermirsə,  deməli,  şüuru  «qəlibdədir».  Lakin  bizim  ona  olan 
münasibətlərimizdən  asılı  olmayaraq,  yalnız  həqiqi  olan  şeylər 
«ürəkaçandır». Hətta insanın heç bir əhəmiyyət vermədiyi (nə «ürəkaçan», 
nə 
də 
«xoşa 
gəlməyən» 
hesab 
etdiyi) 
və 
ümumiyyətlə, 
«görmədiyi»,«eşitmədiyi»  (yalnız  «gizli  kameraların»  çəkdiyi)  şeylər  də 
qoloqrafik  sahəyə,  beləliklə  də  bütövlükdə  insana  təsir  göstərir.  (Axı, 
qoloqrafik  sahə  insanı,  yəni  onun  yaşamasını  –  fəaliyyətini  təmin  rdən  üç 
növ enerjidən ən incəsinin «saxlandığı» yerdir). Nə vaxtsa belə bir obrazlı 
ifadə  eşitmişəm:  Kirayə  evlərin  alçaq  qapılarından  keçməsəydim,  bəlkə 
boyum  bir  az  da  uca  olardı.  «Kirayə  evlərin»    «alçaq  qapılarından» 
keçməyin, hər  şeyin yaxşısını seçməyə çalışın – uşaqlar kimi, heç olmasa, 
bu  ruhda  olun.  Bizim  fikirlərimizi  bu    «hər  şey»  müəyyən  edir  ki, 
sağlamlığımız çox zaman ondan (fikirlərimizdən) asılı olur. 
O  cümlədən  də  daxilimizdəki  «hər  şey».  İnsan  üçün  fikirlərin 
aydınlığı,  məqsədəyönlü  olması  vacibdir.  İnsanın  daim  xəyallara  dalması, 
fantaziyalarla  yaşaması  (reallıqla  ayaqlaşmayan  planlar  qurması),  özünə 
qapılması,  özü  ilə  danışması  da  qoloqrafik  sahəni  zəiflədir  Çünki  bunlar 
üçün  lazım  olan  fikir  enerjisi  qoloqrafik  sahədən  sərf  edilir  Başqa  sözlə, 
bütün  xəyallar,  düşüncələr  və  s.  mental  sahədə  yerləşir  (belə  çıxır  ki,  çox 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə