91
yaradır. Məhz ona görə də ruhun sağlamlığı birincidir. Təmiz fikir,
niyyət və əməllərimiz bizi Böyük Nizama qoşur. Bu cür fikirlərlə
yaşasaq, biz onun bir hissəsinə çevrilərək və onunla həmahəng
yaşaya bilərik. Bu isə insanın rahatlığı, sağlamlığı, bir sözlə,
xoşbəxtliyi deməkdir.
Lakin insan öz fəaliyyəti ilə sanki bu nizamı pozmağa çalışır və
nəticədə, özü də «nizamı pozulmuş» hala düşür. Axı, Təbiət bizim
evimizdir. Biz bu evi texniki və mental zibillərlə doldurmuşuq. Bəli,
bir tərəfdən texniki tullantılar, digər tərəfdən isə neqativ fikirlərin
yaratdığı neqativ enerji yığınları bizi əhatə edən mühiti korlayıb. O,
müdafiə, bəlkə də müalicə tələb edir. Təbiətlə eyni olan, ona görə də
onunla bərabər «nizamı pozulan» insan da müdafiə və hətta müalicə
tələb edir. Bu gün hər birimizin bu cür müalicəyə, sağlamlaşdırıcı
tədbirlərə ehtiyacı vardır. Gəlin, bacardığımız qədər bizi əhatə edən
mühiti və onun ayrılmaz hissəsi
olan özümüzü, heç olmasa, müdafiə
etməyə çalışaq. Hansı yollarla? Bunlardan ən vacibi ilə tanış olaq.
92
SAĞLAM FİKİR
Mənim ən çox diləyim
sizlər için-
Sağlam bədən, sağlam fikir, sağlam beyin.
H.Cavid
Əsəbə qənaət – ömrə qənaət deməkdir.
Sədi
Sağlamlığın fikir və düşüncələrdən, insanın emosional
vəziyyətindən asılı olduğu yəqin ki heç kəs üçün sirr deyil. Daha
konkret yanaşdıqda isə məlum olur ki, hətta bir xəstəliyin fiziki
səbəbi olduğu kimi öz mental səbəbi də vardır. Başqa sözlə, hər bir
hiss, fikir sanki bədəni müəyyən hissəsinə və ya müəyyən bir üzvə
təsir edir. Məsələn, qəzəb hissi, primitiv emosiyalar qara ciyəri
«hədəf seçir». Miqren, əsasən, sərbəstliyə can atanlarda olur.
Qəbizlik xəsislər və lazımsız əşyaları atmayıb saxlayanlar üçün
xasdır. Bu «maraqlı siyahını» uzatmaq da olar. Yəni hər bir
xəstəliyin mental səbəbini axtarıb tapmaq mümkündür.
Xəstəliyin mental səbəbi onun kökü hesab edilir. Bu, insanın
energetik sistemində yerləşən «sahəcik»dən başqa bir şey deyildir.
Artıq bilirik ki, düşüncə, fikir və hisslərimiz bir
enerji parçası olaraq
energetik sistemdə yerləşir, yəni «sahəcik» yaradır. «Növ»ündən və
energetik sistemdəki yerindən asılı olaraq o, fiziki bədənin bu və ya
digər hissəsinə təsir edir və beləliklə, həmin hissənin (üzvün)
zəifləməsinə səbəb olur, bir növ, xəstəlik üçün zəmin yaradır. Məhz
elə bu səbəbdən də həmin «sahəcik» aradan qalxmadan xəstəliyin
tam müalicəsindən söhbət gedə bilməz. Doğrudur, ekstrasensor
təsirlə energetik sistemi bütün neqativ enerjilərdən (o cümlədən, öz
düşüncələrimizdən
yaranmış
«sahəcikdən»)
təmizləmək
mümkündür. Lakin hiss və həyacanlarımız, onları doğuran fikir və