100
lazımdır. Ancaq, nədənsə, insanlar daha cox çatmazlıqları görməyə və buna
görə özlərindən başqa hamını və hər şeyi qınamağa meyllidirlər. Əvvəla,
kimi isə (hətta özünü) qınamaq gücsüzlük , acizlik əlamətidir, ikincisi, bu
çatmazlıqlar çox vaxt bizim nəzərimizcədir, əslində isə yoxdur. Biz
hərtərəfli təmin edilmiş həyat arzusu ilə yaşayır, bununla əsl xoşbəxtliyi
olduğu yox, başqa yerdə axtarırıq , tapmayanda isə mütəssir oluruq.
İnamı olanlar İslamın ecazkar gücü sayəsində şükr etməyi
unutmasınlar, olmayanlar isə bunun zəruri olduğunu başa düşməyə
çalışsınlar.
Qurani-Kərimin Ər-Rəhman sürəsində: «Rəhman və rəhimli
olan Allah öz Peyğəmbərinə Quranı öyrətdi. İnsanı yaratdı, ona
danışmağı, fikrini və duyğularını bəyan etməyi öyrətdi» deyilirsə,
Əl-İsra sürəsi 53- ayədə: «(Ya Məhəmməd) Bəndələrimə de ki, gözəl
sözlər söyləsinlər» deyilir. Deməli, insan hər cür fikir və duyğularını
bəyan etməlidir, ancaq gözəl sözlər danışmalıdır. Ümumiyyətlə,
insan nə qədər az danışarsa, onun xeyrinədir və zərurət olmasa,
danışmamalıdır, danışarkən isə gözəl sözlər söyləməlidir.
Lakin bunu həmişəmi bacarırıq? Bəzən istəməsək belə vəziyyət
bizi başqa cür davranmağa məcbur edir. Deyirlər, iki halda insanın
özünü idarə etməsi çətin olur. Ehtirasa qapılan zaman və ağılsız
adamla danışan zaman. Ona görə də aqillər deyir ki, insan axmaqlarla
söhbət etməməlidir, zira axmaqlarla söhbət etmək ürəyi, bürgülü gündə qoz
ağacı kölgəsində oturan adamın bədəni kimi alışdırıb yandırır.
İnsan onun həqiqəti dərk etməkdən, Həqqi hiss etməkdən,
kamilliyə ucalmaqdan uzaqlaşdıran hər bir şeydən qaçmalıdır.
«Axmaq» deyəndə məhz həmin şeylər nəzərdə tutulur. Çox ağıllı
adam da bu mənada «axmaq» ola bilər. Özü də təkcə adamlar yox,
qəzet, televiziya, kitablar, musiqi, hətta qida belə «axmaq» ola bilər.
Ehtiraslara qapılmamaq da «axmaqlardan» qaçmaq kimi
insanın özündən asılıdır. İnsanın zəkası və iradəsi hər şeyə qalib
gəlməyə qadirdir və biz hər şeyə, o cümlədən, öz düşüncələrimizə
qalib gələ bilərik,öz xasiyyətimizi, həyata baxışımızı dəyişə bilərik
101
və beləliklə, həmişə təmiz fikirlərlə yaşaya bilərik. Elə niyyəti və
fikirləri təmiz olan insan da gözəl sözlər danışmağa qabildir.
Başqalarının eybini faş edən, başqalarını mühakimə edənlər,adətən,
özlərinin bu cür mənfi sifətlərdən xali olduğuna əmin etmək
istəyənlər, bununla özlərinə bəraət qazandırmağa çalışanlardır. Ola
bilsin, kiminsə yox, özünün qarşısında. Məsələn, adətən, cavanlıqda
səhvləri olanlar gəncləri mühakimə edirlər. Bunu düşünərək,
bilərəkdən, yəni qəsdən etməsələr də, hər şeyi bilən və «yadında
saxlayan» .şüuraltı insanı buna sövq edir.
İnsan şüursuz olaraq çox hərəkətlər edir və bir halda ki, hər
şeyi şüursuz edir, deməli, heç nəyin fərqinə varmır. Məsələn, guya
münasibətdə
mehribanlıq
bildirən
«qadan
alım»
kəlməsi.
Kimliyindən asılı olmayaraq, hamıya kəlməbaşı «qadan alım» deyən
insan özünün xəstə olmasına təəccüblənməsin. Qoy bu cümləni
oxuyanlar da onu «qəribə» hesab edib təəccüblənməsinlər. Söz ayıq
(yəni şüurlu) vaxtı da hipnozdakına oxşar təsir edir. Yəni şüurdan
«yan keçib» alt şüura təsir edir, ona əmr edir. Sadəcə, bu əmrin
«yerinə yetirilməsi» (ayıq olan şüurun maneçiliyi nəticəsində)
hipnoza nisbətən milyonlarla dəfə ləng gedir.
Belə bir fikir mövcuddur ki, hər bir hadisə, hər deyilən söz bizim ona
verdiyimiz mənanı daşıyır. Bu fikirlə müəyyən qədər razılaşmaq olar.
Birincisi, o mənada ki, öz-özlüyündə heç nə pis və ya yaxşı deyil, hər
şeyi pis və yaxşı edən insanların quraşdırdığı əxlaq normaları və ya
stereotiplərdir. Başqa yönümdən yanaşdıqda hər şey başqa cür görünə
bilər. İkincisi isə insan düşdüdüyü və ziyyəti, eşitdiyi sözü istədiyi kimi
yoza bilər (və yozmalıdır )ki, onun ağırlığından qurtulsun, əsəblərini
qorusun. Lakin sözün məhz ona məxsus olan, həqiqi mənasının gücünü də
inkar etmək olmaz.
Əgər insan buna layiq ola bilmədiyi halda daim təhqir edilərsə,
o bu təhqirləri «qəbul etməsə» belə, bir müddətdən sonra həmin
təhqirlərə layiq adama çevriləcəkdir. Ona görə də heç kəsin sizi
təhqir etməsinə, ümumiyyətlə, sizə qarşı neqativ münasibətə imkan
102
verməyin. Deyilənləri «eşitməmək», mübahisədən qaçmağa
çalışaraq susmaq kömək etməyəcəkdir. Əvvəla, müdriklik edərək,
öz emosiyalarını boğan adam nə vaxtsa aşıb-daşacaq və öz
emosiyalarını ikiqat-üçqat qüvvə ilə boşaldacaqdır. (Dolan bulud
boşalacaq, Bu, hökmüdür təbiətin. S.Vurğun ). Digər tərəfdən, artıq
bilirik ki, söz həmişə öz işini görür, bilməyərəkdən desək və ya ona
əhəmiyyət verməsək, qulaqardına vursaq belə.
Bunun əhəmiyyətli cəhəti də vardır. Məsələn, insanlara təsir
etməkdə və öyüd-nəsihət verməkdə, hansı sözləri seçmək, «necə
danlamaq» az əhəmiyyət kəsb etmir. Digər tərəfdən, təsir etmək
istədiyimiz kəs bizə qulaq asmaq istəmirsə və ya ümumiyyətlə, «söz
başa düşən» deyilsə, yenə xoş rəftarımız və ağıllı sözlərimiz bir
müddətdən sonra ona təsir edəcəkdir.
Öz-özünüzə də xoş sözlər deməyi unutmayın: sağlam, gözəl,
xoşbəxt olmağınız, hər şeyin yaxşı olacağı barədə. Pis niyyətli sözləri
isə nəinki danışmamaq, həm də eşitməmək ( axmaqlarla söhbət
etməmək) lazımdır. Etiraf edək ki, sivil dünyamızda bu, olduqca
çətindir və az qala, asketcəsinə yaşamağı tələb edir – əlbəttə,
bacardığın qədər.
Bunun üçün öz dünyamızda yaşamalıyıq, heç olmasa,hərdənbir ona
baş çəkməliyik. Bax, onda insan onu həqiqəti dərk etməkdən. Həqqi hiss
etməkdən uzaqlaşdıran şeylərdən uzaq olacaqdır. İnsanın təbiət qoynunda
olması (yəni sivil dünyadan kənar olması) buna kömək edə bilər. Şair
demişkən:
Fikri uzaqlara aparır dəniz,
Adamı özünə qaytarır dəniz.
Yəqin ki müasir insan ucsuz-bucaqsız dənizi tənha seyr etməkdənsə,
«modern» çimərliyə üstünlük verər. (Axı, o yalnız başqalarının yanında
«xoşbəxt ola» bilir ). Təbiətin əsrarəngiz gücü vardır. Hətta «bahalı
kurortların» faydası orada aparılan müalicə üsulları ilə yox, insanın
təbiətlə təması ilə izah edilir. Təbiətlə təmasda olan insan onun gözəlliyini
duymağa qadir deyilsə belə, alt şüur səviyyəsində bu gözəllikdən güc alır.
Dostları ilə paylaş: |