106
tanıyan hər bir kəs isə Onun qanunları ilə, Onun bizə hazır şəkildə bəxş
etdiyi müqəddəs kitab ilə – Quranla yaşayacaq. Yerüstö qanunlar,
nəzəriyyələr insanı xoşbəxt etməyə qadir deyil.
Türk televiziyasının gözəl bir çağırışı var idi: «Ekranlarımızı
şiddətdən qoruyalım». Axı, bütün «şiddətlər» bizə ağlımıza belə
gəlməyən tərzdə təsir edir. Günü-gündən artan aqressiya, haqsızlıq,
bir sözlə, bütün mənfi əməllər, hətta fikirlər belə bir yerə toplanaraq,
heç də zəif olmayan bir qüvvə («kabus») əmələ gətirir və şüuraltına
sirayət edərək, insanı özünə tabe edir. İnsan özü də bilmədən
aqressiv olur və s.
Lakin bu həqiqətləri bilmək hansısa əməllərimizə (və
düşüncələrimizə) bəraət qazandırmır. Nə də onlar bizi aciz
olduğumuz qənaitinə gətirməməlidir. İradənin hər şeydən güclü
olduğunu unutmayaq. İradəmizin gücü ondadır ki, nəyə meyl
etməyi, hansı fikirlərlə yaşamağı, beləliklə də, hansı qüvvələrə
«qulluq etməyi» özümüz seçə bilərik. Hər hansı bir qüvvənin
təsirinə düşməməyin ən yaxşı yolu onunla (və onun hər hansı
nümunəsi, təzahürü ilə) təmasda olmamaqdadır. «Ekranları
şiddətdən qorumaq» üçün teleşirkətin rəhbəri olmaq lazım deyil,
televizora baxmamaqla da buna nail olmaq – əgər o, «şiddətlidirsə».
Ekranlar «şiddət»siz olduqda belə, güclü neqativ təsirə malikdir.
Bütün elektrik cihazları kimi evlərimizi elektromaqnit şüaları ilə «bəzəyən»
televizor (bir filmdə deyildiyi kimi, bu lənətə gəlmiş qutu) insanları bir-
birindən «ayırır», belə ki, bir çoxları üçün əsas ünsiyyət vasitəsinə
çevrilmişdir. İnsanların həyatına «kobud müdaxilə» edən televiziya rejimi
pozan, həm də hipodinamiyaya səbəb olan, əsas amillərdən biridir. Bütün
bunları bir kənara qoyduqda belə, təəssüflə demək olar ki, güclü informasiya,
maarifləndirmə vasitəsi ola biləcək televiziyadan məqsədəyönlü
istifadə edilmir. Bayağı, mənasız və ya «şiddətli» verilişlər bir-birini əvəz
etməkdədir. Bütün bunlar beynin «gizli kameraları» ilə çəkilir və insanın
yaddaşında «yer tutur». Digər tərəfdən, özünə tamaşaçı toplamağa çalışan
hər bir veriliş xüsusi effektlərdən istifadə edərək, insan psixikasına
107
özünəməxsus tərzdə təsir edir, onu özünün «əsrinə» çevirir. Reklamların
mənfi təsiri bu baxımından xüsusilə böyükdür. Xüsusi işıq, rəng, səs seçimi
və s. əksər hallarda reklam edilən məhsulun təqdiminə deyil, beyinlərə
sirayət etməsinə xidmət edir. Söhbət heç də kiminsə tələsinə düşməkdən
keçmir, söhbət insanın şüuruna müdaxilədən gedir. Hər hansı belə
«müdaxilənin» mənfi təsiri isə ölçüyəgəlməzdir.
Reklamların, ümumiyyətlə, kadrları sürətlə dəyişən ekran əsərlərinin
(kliplər, filmlər və s.) başqa bir zərəri isə insanın yaddaşını korlamasıdır.
Bir-birini sürətlə əvəz edən qırıq-qırıq informasiyanın heç biri insanın
yadında qalmır və insan yaddaşı bu cür işləməyə, bir növ, «adət edir».
Təkcə ekranlarımızı yox, fikirlərimizi, sözlərimizi də
«şiddətdən» qorumalıyıq. Necə düşünmək, hansı sözləri danışmaq
bizim öz ixtiyarımızdadır və biz bu seçim hüququmuzdan istifadə
etməliyik. Hər şeyin fikir və düşüncədən asılı olması bizim
üçüngeniş imkanlar açır. Axı, fikir və düşüncələri biz özümüz
«uydururuq» və deməli, onları istədiyimiz vaxt dəyişə bilərik.
Bunun üçün nə vəsait xərcləmək, nə hansısa vasitələri əldə etmək,
yaxud hansısa vaxtın yetişəcəyini gözləmək lazım deyil. Elə bu an,
bu dəqiqə istədiyimiz fikri seçə bilərik. Həyat gözəldir. Yaşamaq da
gözəldir. Şükr, İlahi. Bəlkə indi bunları (və yaxud başqa gözəl fikirləri)
söyləməyə, düşünməyə həvəsiniz yoxdur. «Yüyəni çəkin»,
düşüncələrinizi bu səmtə yönəldin. Əgər bunu bacarsanız, hər şeyin
bir andaca necə dəyişdiyinin şahidi olacaqsınız. Eyni vəziyyət bizim
ona yanaşmamızdan asılı olaraq müxtəlif cür görünə bilər.
(Tələsərkən vaxt tez keçir, gözləyərkən gec. Halbuki vaxt həmişə
eyni cür keçir, onu biz tez və ya gec kimi iss edirik). İndicə bizə
dəhşətli görünən bir vəziyyət nəyi isə kəşf etməyimizlə (yeni fikir
bizə hakim kəsilməklə) başqa cür görünə bilər. Deməli, öz-
özlüyündə heç nə dəhşətli deyil, bizim ona yanaşmamız
«dəhşətlidir», yəni onun haqqındakı fikirlərimiz «dəhşətlidir». Fikri
isə dəyişmək olar.
108
Başlanğıcda öz fikirlərini idarə etmək çətin olsa da, öz nitqimizi
asanlıqla idarə edə bilərik. Neqativ fikirləri əks etdirən sözlər
söyləməkdən birdəfəlik imtina etməliyik. Nəticədə, ifadə edilməyən
– çevrilməyən, «gərəksiz» qalan fikirlər də yavaş-yavaş silinib
gedəcəkdir. Biz elə fikirlərlə yaşamalıyıq ki, onlar Fəzada «əks-
kabuslar» yaratsınlar. Gözəl fikirləri, gözəl sözləri, gözəl niyyət və
əməlləri əsirgəməyək. Qoy onlar birləşib dünyanın canına hopsun.
Haqsızlığı, təcavüzü, riyanı yer üzündən tamamilə silmək
mümkün deyil. Ancaq onların qələbəsi, təntənəsi yolverilməzdir.
Lakin yaxşı da pis də neqativ enerji mənbəyinə çevrilərsə,
«kabus»ların hökmranlığı labüddür. Bundan isə hamı – yaxşı da, pis
də əziyyət çəkir. Əslində, heç kəs, heç nə pis deyil, «kabusun» daha
çox sirayət etdiyi adamlar var – nizamsız həyatın ucbatından. Dini
qanunlarla yaşamağın əhəmiyyəti də məhz ondadır ki, insanın
həyatı nizamlanır, o, bilməyərəkdən belə «özgə» dəyirmanına su
tökmür. Buna səbəb ola biləcək bütün hərəkətlər dində günah hesab
edilir.
Lakin dini qanunlarla yaşamaq da cürbəcür olur. Həzrət Əli (ə)
buyururdu: «Bir nara adamlar Allaha savab üçün ibadət edər; bu
ibadət tacirlərin ibadətidir. Bir günlük də Allaha qorxudan ibadət
edər; bu da kölələrin ibadətidir. Bir günlük isə Allaha şükr edəcək
ibadət edər. Bax, azad insanın ibadəti budur». Mən sizi Azad İnsan
olmağa çağırıram. Yalnız o zaman həqiqətləri dərk etmək və bunun
da sayəsində azad, sağlam fikirlərə malik olmaq olar.
Çox təəssüf ki, dinimizin mahiyyətini dəyərincə bilmirik,
ibadətə mövhümatçılıq kimi baxırıq. Gördüklərimiz, eşitdiklərimiz
bizi buna vadar edir. Lakin hər şey bizim görüb-eşitdiklərimizdən
ibarət deyil, bilmədiklərimiz – həqiqətlər daha çoxdur. Bu
həqiqətləri bilməyə, anlamağa və dərk etməyə çalışaq. Onda
ibadətin də nə demək olduğunu anlaya bilərik.
Əslində, bütün dini qanunlar insanın xeyrinə, fiziki
baxımından yanaşdıqda – sağlamlığına xidmət edir. Qeyd etdik ki,
Dostları ilə paylaş: |