103
Bu gözəlliyi duyanlara gəlincə, bir qayda olaraq, mənən zəngin insanlar
təbiət qoynunda olmağa ehtiyac hiss edirlər, sivil dünyadan – bu
dünyamızdan uzaq olmağa çalışırlar.
Bu dünyamız insanı öz dünyasından ayıran cəhətlərə –«axmaqlarla»
doludur. Müasir həyatda bu cəhətlər olduqca çoxdur, bəlkə də həyatımız
başdan-başa bu cəhətlərdən ibarətdir. Bunlar nəinki insanı öz dünyasından
ayırır, hətta ona müdaxilə edir.
İnformasiya «bolluğu», ucuz sensasiya dalınca qaçan, insana heç nə
öyrətməyən (verməyən), qırıq-qırıq informasiyalarla dolu olan, «başı
girməyən yerə bədənini soxmağa» çalışan qəzetləri xüsusilə qeyd etmək
istəyirəm. Onları «bəyənmədən», yəni tənqidi münasibətlə oxumaq belə
insanı sağlam düşüncədən ayırır. Qəzetləri yox, həyatı «oxumaq» lazımdır.
Ağıllı adam (Noto sapiens-i demirəm) olmaq istəyirsinizsə, qəzet oxumayın.
Uzaqbaşı, onları vərəqləyin, gərəyiniz ola biləcək yazı varsa, onu oxuyun.
Eyni sözləri televiziya haqqında da söyləmək olar. Həyat haqqında öz
fikirləriniz, hadisələrəöz münasibətiniz olmağını istəyirsinizsə, televizora
baxmağa çalışın. Heç olmasa, elə elə verilişlərə baxın ki, qazandığınız
itirdiyinizdən (televiziyanın çoxcəhətli mənfi təsirindən) çox olsun. Yoxsa,
ona olan münasibətinizdən asılı olmayaraq, beyniniz istər-istəməz,
«televiziya üslubunda» işləyəcək, yəni siz «zombicik» olacaqsınız. Deyə
bilərsiniz ki, tarixin təkərini geri fırlatmaq, televiziyadan, kompüterdən,
elektron poçtundan, mobil telefondan və texniki tərəqqinin verdiyi başqa
imkanlardan imtina etmək yolunumu seçməliyik və bu, ümumiyyətlə,
mümkündürmü? Xeyr, necə deyərlər, geriyə yol yoxdur. Ancaq bütün
bunların içərisində ağılla yaşamaq («ağıllı» olmaq) mümkündür və
vacibdir.Çünki bunsuz Yer üzündə həyat mümkün deyil. Yalnız bu cür
(«ağıllı»- ZİYA-lı) olduqda insan təbiətlə həmahəng ola bilir ki, normal
həyat yalnız bu halda mümkündür. (İnsan«axmaq» olarsa – xəstə olacaqdır,
xalq «axmaq» olarsa – nəsibi müharibə, inflyasiya, zəlzələ və s. olacaqdır.)
İnsanın bütün yaşantıları, görüb-eşitdiyi hər şey şüuraltında
toplanır. Məhz bu toplanmış yaşantılar bizim düşüncələrimizi
müəyyən edir. Məsələn, bizə yaxşılıq etmiş bir adamı xatırlamaya
104
belə bilərik, lakin ona oxşar adam görərkən nədənsə, özümüz də
bilmədən rəğbət bəsləyirik. Ümumiyyətlə, həyatda hər şey bizə ya
oxşar gəlir, ya yox, ya bizi özünə çəkir, ya da «itələyir». Bütün
bunlar şüuraltının «oyunlarıdır». Bəzən yeri olsa da qətiyyən demək
istəmədiyimiz bir fikri deyirik, çünki alt şüur bizi buna «sövq edir».
Bunun belə olmaması üçün şüurun möhkəm nəzarəti lazımdır.
Lakin bunu bacarmaq həmişə mümkün olmur və bir mahnıda
deyildiyi kimi, «insan baş açmayır bəzən özündən».
Bu qənaətimdə nə qədər haqlı olduğumu deyə bilmərəm, ancaq belə bir
«kəşfim» olub. Ermənilərə qarşı olan «laqeydliyin» səbəbini həmin millətə
qarşı olan gizli rəğbətlə izah etmişəm. Fərqi yoxdur, nə vaxt, hansı
məqsədlə, niyyətlə, hansı maraq, hansı həvəs olub – bu, şüuraltının
«yadımda» rəğbət kimi qalıb.
Biz hər addımda şüuraltının şüurundan güclü olduğunu hiss edirik.
Əslində, insanın fəaliyyətinin əsasını, özəyini instinkt təşkil edir və onun
üzərini nə qədər incə və gözəl «ictimai geyimlə» bəzəsən də, soyunduranda
«instinkt bədəni» görəcəksən. Çünki insan ictimai varlıq olmazdan əvvəl
bioloji varlıqdır və nə qədər şüurlu olsa da mahiyyət etibarı ilə onu şüuraltı
idarə edir. Və mən «şüuraltı» termini elmə ilk dəfə daxil edən Freydin
dahiliyi qarşısında baş əyirəm.
Təkcə iştirakçısı olduğumuz hadisələr, ətrafımızda baş verənlər,
gördüyümüz və «görmədiyimiz» (yəni baxmasaq da gözlərimizin
gördüyü), eşitdiyimiz və «eşitmədəyimiz» (yəni qulaq asmasaq belə
qulağımıza çatan) səslər, sözlər deyil, duyğu üzvlərimizlə qavraya
bilmədiyimiz hadisələr – Fəzadakı enerji yığınları da alt şüurumuza
təsir edir və beləliklə də həyatımızda iz qoyur. Həyatda yaxşı ya pis
nə varsa, bir yerə cəmlənir və hansısa bir qüvvəyə çevrilir. Bizdə öz
hərəkətlərimizlə həmin qüvvələrdən hansınısa gücləndiririk. Bunun
müqavilində isə həmin qüvvələr bizə kömək edir. Həqiqətləri
anlayan kamil insan şərə qulluq etməyəcəkdir.
Nağıllarda və əfsanələrdə xeyir və şər kimi «qruplaşdırılmış» bu
qüvvələr müxtəlifdir. «Kommunist partiyasının manefisti»nin hansı
105
cümlə ilə başladığını xatırlamaq istəyirəm: Avropada bir kabus
dolaşmaqdadır – kommunizm kabusu. Marksın bu sözləri hansı
mənada dediyi aydındır. Ancaq əslində hər sözün bir mənası var və
həqiqəti bilən şüuraltı qrup bu cümləni (Deyən qəfil deyil, dedirdən
qəfildir).
Kommunizm kabusu bu gün də, özü də təkcə Avropada yox,
bütün dünyada dolaşmaqdadır. O, (həmçinin Fəzadakı bütün
«kabuslar») şüurumuzla qəbul etməsək də çağırılmamış qonaq kimi
mənəviyyatımıza hopub. Belə olmasaydı, fərqli ya qəbahətli – fərqi
yoxdur – fikrinə görə həmin fikir sahibinin kitablarını yandırmaq
təklif edilməzdir. İnsanları xoşbəxt etməyin yolu kimi hakimiyyət
dəyişikliy–«inqlab» vacib sayılmazdı. Başqalarının tikdirdiyi
villalara göz tikilməzdi. Və bütün bunları edən demokratlardır. (Yeri
gəlmişkən, demokratiya da bir növ «kabus»dur).
Guya insanları xoşbəxt etmək məqsədi ilə qurulan nəzəriyyələr və
həmin nəzəriyyələrin həyata keçirilməsi üçün nəzərdə tutulan yollar
(inqilab, ya demokratik seçkilər – fərqi yoxdur) insanları, yumşaq desək heç
də xoşbəxt edə bilmədi və edə də bilməz. Əvvəla, xeyirxahlıq pərdəsi
arxasında insanların hakimiyyətə gəlişi ilə bu «pərdə» çəkilir və məlum
olur ki, onlar insanları yox, özlərini xoşbəxt etməyə öz merkantil idealarını
həyata keçirməyə çalışırlarmış. Ağıllı adam isə elə bəri başdan bilir ki,
məsələn, seçkilər heç vaxt demokratik olmur. O ki qaldı həqiqətən
insanların xoşbəıxtliyi üçün nəzərdə tutulan nəzəriyyələrə, bunlarda suni,
yəni insanlar tərəfindən yaradılmış nəzəriyyələrdir və bir qayda olaraq,
şüurun yamlışlığının nəticəsidir. İnsanları nə mədəni, nə də savadlı
etməklə, yaxud onların maddi rifahını yüksəltməklə və ya texniki tərəqqi
yolu ilə xoşbəxt etmək mümkün deyil. «Göydəndüşmə» maddi rifah və süni
mədəniyyət ilə meşşanlar ordusu, bu cür – süni elm ilə «savadlı əclaflar»
yetişdirməkdən başqa heç nəyə nail olmaq olmaz. Xoşbəxtliyin bir
yolu var: hər kəs öz həyatını yaşamalıdır, bunun üçün insan özünü
tanımalıdır. Təkrara yol versəm də, Həzrət Əlinin (s) «Kim özünü
tanısa,Allahını da tanıyar» kəlamını xatırlatmaq istəyirəm. Allahını
Dostları ilə paylaş: |