94
tamaşaçısı, səyahətçi, oyun iştirakçısı kimi və s. aparmaq. Yəni hər
şeyi, bir növ, kənardan seyr etmək, qonaq olduğunu unutmamaq.
Çünki qarşılaşdığımız hər bir çətinlik (o cümlədən, xəstəlik)
özümüzü bu dünyanın daimi sahibləri kimi hiss etdiyimizdən irəli
gəlir. İnsan dünyanı olduğu kimi qəbul etmək istəmir, onun istədiyi
kimi olmasını istəyir. Sadə bir həqiqəti anlamaq istəmir ki, dünyanı
biz yaratmamışıq, ona görə də biz dəyişə bilmərik və hər bir halda ki,
heçnə etmək mümkün deyil, onu olduğu kimi qəbul etməliyik. Nə
siyasətçilərin ikiüzlülüyünə, nə müğənnilərin bayağılığına (hər iki
halda bəzi əlavəsi ilə), nə milli məclisdə gedən mübahisələrin
mənasızlığına,
hətta
kiminsə
bizi
qiymətləndirmədiyinə
əsəbləşməməliyik. Daha konkret və qaçılmaz hallardan da misal
gətirmək
mümkündür:
ailə
münaqişələri,
valideyn-övlad
münasibəti, gəlin-qayınana münasibəti və s.
Bəli, biz kimisə qınamaq, ya taledən şikayətlənmək əvəzinə
özümüzü dəyişməliyik. Əgər bizim bu günkü fikirlərimiz sabahkı
mövqemizi müəyyən edirsə, deməli, arzu etmədiyimiz vəziyyətdən
çıxmaq üçün fikirlərimizin tərzini dəyişməliyik.
Deyirlər, hər bir insan özünün tutduğu mövqeyə, düşdüyü vəziyyətə
layiqdir. Qoy bu sözlər sizə bədbinlik gətirməsin. Əksinə, hər şeyin
özünüzdən asılı olduğuna yəqin etməklə nikbinlik doğursun. Əgər hazırkı
mövqenizi özünüzə layiq bilmirsinizsə, deməli, bu mövqeniz bir sınaqdır –
daha layiqli olduğunuzu göstərmək üçün.
Andersinin miskin ördək balası haqqında nağılını xatırlayın. Bu, bir
qədər şablon misal olsa da, xatırlatmaq istəyirəm: Qu quşuna çevrilən ördək
balasına münasibət də dəyişir. Lakin bu yolda çətinliklər olduğunu
unutmamalıyıq. Heç nə sehrli çubuğun köməyi ilə əldə edilmir, qoy bu
çətinliklər sizi sıxmasın. Məqsədə – qu quşu olmağa doğru gedin – əgər
buna layiqsinizsə.
Ümumiyyətlə, insan çalışmalıdır ki, həyatda öz yerində olsun. Hər
mənada. Əgər insan öz yerində (özünə layiq mövqedə) deyilsə, bu onda
psixoloji tarazlığa, beləliklə də xəstəliyə səbəb olacaqdır.İnsan onu qane
95
etməyən, özünü rahat hiss etdiyi vəziyyətə son qoymalıdır – ya ona
münasibətini dəyişməklə, ya şəraiti – vəziyyəti dəyişməklə (düzəltməklə) və
yaxud ondan uzaqlaşmaqla. İnsanın sağlamlığı və ümimiyyətlə işləri çox
zaman bundan asılı olur.
Müxtəlif münasibətlər haqqında uzun-uzadı danışmaq olar.
İnsanlar bu cür söhbətləri xoşlayırlar – orada özlərini tapanda bir
təskinlik tapdıqları üçün. Lakin bu haqda nə qədər maraqlı
söhbətlər aparsan da, nə qədər dərin psixoloji analiz etsən də bu, bu
heç bir problemi həlll etmir. Çünki, hansısa keyfiyyətlərin qeyri-
insani olması haqqında danışmaqla bu cer keyfiyyətlərə malik olan
insanlar tərbiyyə olunmur. Bu söhbətlərin «əks tərəfə» xoş
gəlməkdən başqa heç bir əhəmiyyəti yoxdur. (Bu cür tərbiyəvi
söhbətlər (moralizm) xüsusən sovet dövrünün televiziya verilişləri
üçün xas idi. İndi də həmin verilişlərin rudimenti qalmaqda davam
edir və sağlam düşüncəyə malik səviyyəli tamaşaçıda ikrah oyadır).
Bu «xoşa gəlmək» isə, adətən, stereotiplə bağlı olur. (Məsələn,
qayınana hesab edir ki, gəlin «bu cür» olmalıdır, gəlin həmin
«qəlibə» azacıq uyğun gəlmədikdə onu pis hesab edir. Qocalar
düşünür ki, gənclər «bu cür» olmalıdır, onları başqa cür gördükdə
əsəbləşirlər və s.) Bax, həmin stereotiplərə, əxlaq normalarına
münasibəti dəyişmək, hətta onlara son qoymaq lazımdır (əxlaq və
əxlaq normaları sözlərini qarışdırmamalı). Əvəzində, güclü əxlaqa –
mənəviyyata malik olmaq üçün özünü dəyişmək lazımdır. Sözün
həqiqi mənasında əxlaqlı olan adam (təəssüf ki, bu söz düzgün
yozulmur)
başqalarının
qeyri-insani
hərəkətlərindən
hiddətlənməyəcək, bu hərəkətlər bilavasitə ona yönəlmiş olsa belə.
Ona görə də mən insanlararası münasibətlərin psixoloji analizi
əvəzinə ümumi yanaşmaya yer verdim.
Həmişəki baxışla yanaşdıqda bütün bu hallarda kiminsə haqlı,
kiminsə haqsız olduğunu bilirik. Özü də çox zaman düz düzdə qalır
və elə bu səbəbdən də təəssüf, qınaq, nifrət, qəzəb və s. bu kimi
hisslərə düçar olur. Bunların «xeyri» haqqında isə artıq bilirik. Qarşı
96
(«əyri») tərəf də həmin hisslərdən və üstəlik həsəddən, paxıllıqdan
və s. xali deyil, özü də lap əvvəldən – yoxsa münaqişəyə yer
qalmazdı. Fərqli baxışla yanaşdıqda isə hər şeyin başqa cür
olduğunu görürük: düzün günahı əyridən az deyilmiş. Axı bu
düzlük biz insanların yaratdığı (quraşdırdığı) qanunlar, əqidələr
baxımından düzlükdür. Əslində isə əqidədir, stereotipdir, bəzən isə
ambisiyadır, bir sözlə «əyrilikdir». Bəzi müəlliflər bu «əyriliyə» daha
aydın ad vermişlər: ideallaşdırma. Bu ad altında dünyəvi
nemətlərdən birinə (və ya bir neçəsinə) hədsiz əhəmiyyət vermək
başa düşülür. Təəssüf ki, dünyəvi nemətlər dedikdə biz, adətən,
maddi nemətləri başa düşürük və elə buna görə də kimisə düz –
haqlı, kimisə əyri – haqsız hesab edirik. Doğrudur, maddi nemətlər
insanı mənəvi aləmdən daha çox uzaqlaşdırır. Maddi aləm sonsuz
olduğundan, insan heç zaman hər şeyi əldə edə bilmir, ona görə də
onun nemətlərinə aludə olan insanın bu aləmə məhəbbəti heç vaxt
sönmür, daha da şiddətlənir. (Var-dövlət dəniz suyu kimidir,
içdikcə susuzluğun da artır. A.Şopenhauer).
Axmaqlar üçün məqsəd (yaşamağın mənası) olsa da, var-dövlət, pul
ağıllı adamlar üçün yalnız yaşamağı (mənalı yaşamağı) təmin edən vasitə
olduğundan, hərislik yaratmır və hərislik yaratmasa, var-dövlət heç də
«qəbahətli» deyil. Amma, adətən, o, «qəbahətli» olur. Bu çox incə bir
mətləbdir. Hər bir əşya nəyinsə (hansısa xassənin, prinsipinin, qüvvənin)
rəmzidir. Məhz bu nə isə bəzən çox məharətlə, insan özü də bilmədən (alt
şüur səviyyəsində) insanı özünə tabe edir. Ona görə də müdriklər «bir həsir,
bir məmmədnəsir» yaşamağı üstün tuturlar.
Elə bu səbəbdən də – başqa maddi nemətlər əldə etməyə
qarışdığından, insan mənəvi dəyərləri tamamilə unudur. Lakin
başqa – mənəvi nemətləri də ideallaşdırmaq düzgün deyildir. Onlar
dayer nemətləridir və insanı «göylərə qalxmaqdan», ucalmaqdan –
kamil olmaqdan uzaqlaşdırır. Gəlin, hansı dəyərləri ideallaşdırmaq
mümkün olduğu ilə tanış olaq və səhvlərimizi görək.
Dostları ilə paylaş: |