88
təqdim etmək, bu millətə edilən növbəti bir xəyanət, elm və mədəniyyətimiz
həqqində böyük bir cinayətdir. Görəsən, bu yeni əlifba «ixtiraçıları» bu
əlifba ilə hansı əsərləri, hansı tarixi sənədləri və ya abidələri oxuyub təqdim
edəcəklər? Bu xəlqin bu yeni əlifba ilə yazılmış bir vərəq əsərini dünyanın
hansı kitabxanasında tapmaq olar?
Bunlar öz yerində. Bəs «yeni» əlifbanın «əcaibliyinə» nə
deyəsən. Axı, əlifba hərflərin təsadüfi sırası deyil (yazı təsadüf
olmayıb, böyük məna kəsb edirsə, onu yaratmaq vasitəsi olan əlifba
necə təsadüf ola bilər?). Belə hesab edilir ki, başlanğıc maddə
mənasını verən element sözü əlifbanın mərkəzində yerləşən L, M, N
hərflərinin adından (el, em, en) götürülmüşdür. Bu və digər
cəhətlərə diqqət yetirdikdə «yeni» əlifbanın qondarma olduğu aydın
olur. (Əski – ərəb əlifbasına gəlincə, onunla tanış olarkən, onu
bilməyən, onun –mübağiləsiz – sirrlərinə bələd olmayan insanın
savadsız olduğunu yəqin etdim). Ən dəhşətlisi isə odur ki, «yeni»
əlifbanın gəlişini orfoqrafik qaydaları kobud sürərdə pozdu (bəlkə
də ləğv etdi). Sanki orfoqrafiya dilə yox, qrafikaya aid imiş. Bütün
bunları bilən ziyalılarımız isə susur. Halbuki ziyanın yarısından
qayıtmaq da xeyirdir.
Dil haqqında danışarkən sözün ecazkar gücünü də qeyd etmək
vacibdir. Özü də bu ecazkarlıq təkcə sözün daşıdığı mənaya görə
deyil. Həm də onun səslənməsinə – səsinə görədir. Belə ki, hər bir
səsin, səslənmənin özünəməxsus energetikası vardır və o, Fəzada
özünə uyğun sahə yaradır («maddiləşir»), bu sahə isə məhz özünə
uyğun (yəni həmcins) enerjilərqatına gedib çıxır və onu yaradan
mənbə ilə əlaqəsi davam edir – insan Kosmosdan məhz müvafiq
«növ» enerji alır. Dinimizdə ibadətin ərəb dilində olmasını bu
həqiqəti anlayandan sonra təbii (və zəruri) saydım.
Sözün və musiqinin köməkliyi ilə müalicə cəhdləri də bununla
izah edilir. Musiqi terapiyası adlanan müalicə növü qədim
zamanlardan mövcuddur. Bu, musiqinin insanın emosional
vəziyyətinə, beləliklə, həm də müvazinəti ondan asılı olan fiziki
89
bədənə təsiri ilə bağlıdır. Müxtəlif xəstəliklər zamanı müəyyən
musiqi alətlərində çalınan musiqinin təsirinə dair maraqlı faktlar
mövcuddur. Lakin mən onların üzərində dayanmayacağam və
başqa bir cəhəti qeyd edəcəyəm. Müəyyən edilmişdir ki, musiqi hələ
ana bətnində olan dölə belə təsir edir. Özü də hər bir musiqinin
özünəməxsus təsiri vardır. Brams və Bethovenin musiqisi oyadıcı,
Mosartın və Vivaldinin musiqisi isə əksinə, sakitləşdirici təsir
göstərir. Rok-musiqi dölün narahatçılığına səbəb olur və hətta
qıcolmaya gətirib çıxara bilir. Rok-musiqi böyüklərdə də çılğınlıq,
aqressivlik yaradır, həssaslığı pozur və adətən, artıq bunlara meylli
olan adamlar rok-musiqisini sevirlər. Ruhən təmiz insanlar rok-
musiqiyə qulaq asa bilmirlər. Necə ki narkomanlar klassik musiqiyə.
Bəli, hər bir musiqi «özünə uyğun» qüvvələrlə «dil tapır».
Sadədil delfinlər də xüsusi təcrübələr zamanı klassik musiqi
səslənən qəbulediciyə doğru üzmüş və xoşhal olmuşlar, rok
musiqisi isə onlarda çaxnaşma yaratmış, hətta iflicə səbəb olmuşdur.
Görəsən, bu gün özü kimi bayağı sözlərə bəstələnmiş, istedadı
musiqinin və sözlərin meyarına anoloji olan ifaşçı tərəfindən ifa
edilən mahnılara delfinlər necə münasibət bəsləyərdilər? Hər faktı
hardasa, nə vaxtsa eşitdiyin «nəyi isə» xatırladan musiqilərin
müəlliflərin, heç olmasa, Üzeyir Hacıbəyovun musiqisindən
utanaydılar və Fəzamızı bu cür «enerji tullantıları» ilə
korlamayaydılar.
Musiqinin insana təsirindən ifadə etmək, könül rahatlığı
tapmaq mümkündür. Xüsusilə, hamilə qadınlar və ümumiyyətlə,
analar öz uşaqlarını musiqi vasitəsilə «tərbiyə edə» bilərlər. Axı,
körpə uşaq da, ana bətnində olan döl də eşitdiyi (və gördüyü) hər
şeyi ömürlük yadında saxlayır və bu gördüyü və eşitdiyi də onun
psixikasını kökləyir.
Mantra-yoqa – Yoqa sisteminin bir şaxəsidir. Burada xüsusi
olaraq seçilmiş səslərin, səs birləşmələrinin və ya ritmik mətnlərin
(bunlar hamısı mantra adlanır) tələffüzündən alınan vibrasiyasının
90
gücündən istifadə edilir. Müxtəlif səslərin orqanizmin psixiki və
fiziki strukturlarına müxtəlif cür təsir etdiyini bilən yoqlar bundan
həyati vacib proseslərin müvazinatı üçün istifadə edirlər. Ayrı-ayrı
səs birləşmələrini tələffüz etməklə, diqqəti xəyalən müəyyən orqan
və ya energetik mərkəzdə cəmləyərək müəyyən səsləri uzatmaqla
onlar istədikləri fiziki və ya psixiki vəziyyəti əldə edə bilirlər. Eyni
işə xidmət edən bir sira müasir metodikalar davardır. Onlar səsdən
çox sözün daşıdığı mənaya əsaslanır. Müxtəlif «qəribə» mətnlər
(təlqinlər, affirmasiyalar) bu cür meydana çıxır.
Bütün bu hallarda insanlar sözün, səsin sehrindən –
enerjisindən, gücündən istifadə etməyə çalışırlar. Lakin sözləri də,
səslənməsi də ecazkar olan ilahi mətnlər insanın yaratdığı, düzüb-
qoşduğu bu mətnlərdən daha düzgün, həm də daha təsirlidir.
Kəlmeyi-şahadətin, duaların,şükr etməyin əsrarəngiz gücünü hiss
edib başa düşənlər xoşbəxtdirlər.
Musiqidən fərqli olaraq, söz təkcə deyimi (səslənməsi) ilə deyil,
həm də daşıdığı mənaya görə əhəmiyyət kəsb edir. Deyilən hər bir
söz, ifadə bizim təsəvvür etdiyimizdən daha böyük gücə malikdir.
Əgər biz deyilən sözə əhəmiyyət vermirik və ya inanmırıqsa belə,
həmin söz yenə «öz işini görür». Yəni şüurumuz qəbul etmədiyi
sözü də şüuraltı «eşidir» və qəbul edir. Sonra isə o, bizim
davranışımızı müəyyən edir. Özünətəlqin insan psixikasının bu
xüsusiyyətinə əsaslanır.
Təkcə söz, yəni ifadə edilmiş fikir yox, ifadə edilməmiş
fikirlərimiz – niyyət də Fəzada sahə yaratmağa, yəni, bir növ,
maddiləşməyə qadirdir. Məhz elə buna görə də niyyət əməldən
önəmli
sayılır.
Öz
fikirlərimiz
və
düşüncələrimizlə
biz
Kainatınmövcud nizamının ziddinə də gedə bilərik, qoşula da
bilərik. Doğru deyirlər ki, həyatda düşündüyümüz hər bir vəziyyət
nə bizə verilən mükafat, nə də tənbeh deyil, sadəcə,
düşüncələrimizin nəticəsidir. Təbiətin nizamına uyğun və yaxud
zidd olan hər bir söz, niyyət və əməl Fəzada müvafiq rezonans
Dostları ilə paylaş: |