82
azalmasının nəticəsi hesab edilir və müvafiq olaraq, in-sindrom və ya
yan-sindrom adlanır. 12 əsas meridianın da 6-sı yan, 6-sı isə in-dir.
Yan-meridianlar yan üzvlərə (qidanı qəbul və həzm edən, orqanizmə
enerji verən üzvlərlə), in-meridianlar isə in-üzvlərlə (maddi olanı
toplayan, saxlayan) əlaqədardır. Xəstəlik hallarına gəldikdə isə
normaya nisbətən artıqlıqla müşahidə edilən fiziki və psixiki hallar
yan-hal (vəziyyət), çatmazlıqla müşahidə edilən hallar isə in-hal
(vəziyyət) kimi qəbul edilir. Hər iki halda in-yan tarazlığı pozulmuş
olur. Bu isə orqanizmdə harmoniyanın pozulması deməkdir.
Harmoniya – sağlamlıq, onun pozulması isə xəstəlikdir. Çin
təbabətinə görə orqanizmdə in və yan arasında tarazlıq
mövcuddursa, insan sağlamdır, bu tarazlıq pozulmuşdursa, insan
xəstədir. Müalicədə bu tarazlığı – harmoniyanı bərpa etmək
məqsədi daşıyır ki, ənənəvi təbabət nöqteyi-nəzərindən bu,
homeostazın bərpası, müdafiə qüvvələrinin və orqanizmin
reaktivliyinin gücləndirilməsidir.
İn-yan
tarazlığının
saxlanılmasında
qidalanmanın
rolu
böyükdür. Qidalar öz təbiətlərinə görə bu və ya digər dərəcədə in və
yaxud yan olurlar. Hansı qidalarla qidalanmadan asılı olaraq,
orqanizmdəki in-yan tarazlığını qoruyub saxlamaq (əlbəttə, söhbət
dinamik tarazlıqdan gedir) və ya istər artma, istərsə də azalma
istiqamətində pozmaq olar. Aydındır ki, təkcə qidalanma yox, in və
yanı müəyyən edən nə varsa, hamısı (yəni hər şey) bu tarazlığa təsir
etməlidir.
Kişilər öz təbiətlərinə görə yan-dır və əgər onlarda yan az olarsa
(bu zaman in artıq olur), bu, onların həddən artıq yumşaq xasiyyətli
olmasına səbəb olar. Yan həddən artıq olduqda isə onlar olduqca
aqressiv olurlar. Qadınlar in təbiətlidirlər. Əgər qadın, məsələn yan-
qidalarla çox qidalanarsa, yan üstünlük təşkil edə bilər. Kişilər
özlərinə yan-təbiətin, qadınlar isə in-təbiətin möhkəmlənməsinə nail
olmalıdırlar. Yalnız bu halda xoşbəxt ola bilərlər.
83
Qədim Şərq fəlsəfəsinə görə 7 yaşına çatmış oğlan və qızların
bir yerdə oynaması, oxuması, ümumiyyətlə, bir yerdə çox olması
qadağandır.
Bu,
oğlanların
yan,
qızların
in
təbiətini
möhkəmlətməyin ən təbii yoludur. Biz isə oğlan və qızların ayrı-ayrı
məktəblərdə təhsil almasına avamlılıq kimi baxmışıq, onları bir
parta arxasında (bir qız – bir oğlan) oturmağı «kəşf etmişik». Bəlkə
elə bunun nəticəsidir ki, bu gün oğlanlar qız xislətli, qızlar isə kişi
xasiyyətlidir. Yəqin elə bununla əlaqədardır ki, ən qəddar kişi
ürəyini belə riqqətə gətirən qadın göz yaşları, indi kişiləri
hiddətləndirir. Çünki kişi qadına artıq özünün eyni kimi baxır. Bu
da sirr deyil ki, dövrümüz az qala formaca patriarxal, mahiyyətcə
matriarxaldır.
Məqsədim
qadın-kişi
bərabərliyinin
eybəcər
nəticələrini sadalamaq deyil, onların bioloji və fizioloji səbəblərini
«araşdırmaq» istəyirəm.
Ana bətnində dölün zahiri cinsi əlamətləri meydana çıxarkən
(3-aydan başlayaraq) energetik sistemdə də dəyişiklik baş verir.
Qızlarda energetika daxilə (gələcək analıq funksiyasına xidmət
məqsədi ilə), oğlanlar da isə, əksinə, xaricə yönəlir. Odur ki, kişilər
güclü olsalar da, onlardan gücsüz olan qadınlara nisbətən daha
dözümsüzdülər. Kişi və qadının energetik cəhətdən fərqlənməsi
sağlamlıqla bağlı problemlərdə də özünü göstərir. Bəzi xəstəliklər
qadınlarda, bəzisi isə kişilərdə daha çox təsadüf edilir. Ənənəvi
təbabətdə bu, faizlə və yalnız «maraqlı fakt» kimi qeyd edilsə də,
məni çox düşündürürdü: niyə? Və təkcə bədəni görə bilən tibb elmi
ilə bunu mücərrəd şəkildə belə nəyə isə bağlamaq qeyri-mümkün
idi. Yalnız bioenergetika haqqında təsəvvürlərdən sonra bu cür
sualların cavabını verə bildim.
İnsan güclü bioenerjiyə malikdir. O, nəhəng energetik sistemin
– Kainatın bir hissəsidir. Bu gün təbiət qanunları ilə yaşamayan,
sintetik paltar geyinən, sintetik materiallardan tikilmiş evdə yaşayan,
suni qidalarla qidalanan insan özünü bu nəhəng sistemdən təcrid
edir.
84
Hər bir orqanizmin öz elektrik yükü vardır. Adətən, ayaqaltı
mənfi, baş isə müsbət yüklənmiş olur, onlar arasında isə müəyyən
potensiallar fərqi mövcuddur. Orqanizm yalnız bu vəziyyətdə
normal fəaliyyət göstərə bilir. Özünü təbii elektrik hadisələrindən
təcrid edən insanda orqanizmin elektrik göstəriciləri dəyişdiyindən
(pozulduğundan), bioloji proseslərin normal gedişi, hüceyrələrin,
onlardakı fermentlərin normal fəaliyyəti mümkün deyil. Məsələn,
yer səthindən yayılan elektrik axınları ayaqlardan keçərək,
orqanizmin enerji dövranına kömək edir, elektrik yükünün
orqanizmdə
bərabər
paylanmasını
təmin
edir.
Sintetik
materiallardan ayaqqabı, corab geyindik də bu proses pozulur,
ayaqyalın gəzdikdə isə güclənir. Nə vaxtsa tormboflebit xəstəliyini
şehdə ayaqyalın gəzməklə müalicə ediblər. (Bunun ardınca isti, yun
corab geyinmək lazımdır). Məqsəd artıq bioenerjini torpağa
ötürməkdən ibarət olub. Müasir insan çoxmu ayaqyalın gəzir? Şəhər
adamı təbiət qoynunda olarkən yeyib-içməkdən və oturduğu yeri
zibilləyib getməkdən ibarətdir. Oturduğun yer də sənsən! Sən də
Təbiətsən! Öz-özünü də zibilləyərlərmi?
Sintetik materiallardan ayaqqabı, paltar geyinmək özünü
məhkum etmək deməkdir. Sintetik paltar orqanizmə daxil olmalı
olan elektrik yükünü «yeyir». Yəni təbii elektrik axınları orqanizmin
enerji dövranına «xidmət etmək» əvəzinə, paltarın «elektrik
dövrəsinə» qoşulur. Təəssüf ki, bu gün sintetik qarışıqsız paltar
tapmaq olduqca çətindir. Ucuz başa gəldiyi üçün istehsalda geniş
yer tutan sintetik mallar insanı xəstə edən amillərdən biridir.
Xüsusilə, hamilə qadınların və uşaqların sintetik paltar geyinməsi
olduqca təhlükəlidir.
İnsan nəhəng energetik sistemə qoşularaq, onunla informasiya,
enerji mübadiləsi apararaq yaşaya bilir. Onu bu sistemdən ayırsan, o,
bax, bu cür əzgin-üzgün yaşayacaqdır.
İnsanın bioenerjisi təkcə sintetik paltar, əyaqqabı geyinməklə,
bu cür tikinti materialları və əşyalardan istifadə etməklə korlanmır.
Dostları ilə paylaş: |