97
Maddi dəyərlər: maddi rifah– pul,var-dövlət: bədən – gözəllik,
sağlamlıq; məşğuliyyət – istedad, qabiliyyət; ailə – uşaq; şəxsi həyat – intim
münasibətlər, iş.
Mənəvi dəyərlər: əxlaq normaları, prinsipiallıq, mənəviyyat, kamillik,
insanlara sevgi, təhsil, yaradıcılıq, inam, iman, karyera, şöhrət, məşhurluq
və s.
İstər maddi, istərsə də mənəvi dəyərlərdən hər birinə bu və ya
digər dərəcədə meyl etmək bütün insanlara xasdır və əslində, insan
elə bunun üçün yaranmışdır. Lakin söhbət həmin dəyərləri
ideallaşdırmaqdan, şişirtməkdən və nəticədə, qeyri-belələrinə
yuxarıdan aşağı baxmaqdan gedir. Dindar olmaq yaxşıdır, dindar
olmayanları qınamaq isə yox. Şöhrət də yaxşıdır – təkəbbür
doğurmasa. Var-dövlət istəniləndir – mənəvi dəyərləri unutdurmasa.
İnsan hansısa bir dəyəri, neməti ideallaşdırmasa, neqativ enerji
mənbəyi olan hisslər də yaranmaz. Elə bu səbəbdən də insanın
düşdüyü hər bir vəziyyət ideallaşdırma ilə əlaqələndirilir. Belə
güman edilir ki, yalnış mövqe tutduğunu anlaması üçün insan məhz
ideallaşdırdığı dəyərə qarşı yönəlmiş vəziyyətlə üzləşir. Məsələn,
guya qadınlar ideal ailə arzusunda olduğundan, kişilər işə, yeyib-
içməyə, bir sözlə, ailədən kənar işlərə bağlı olurlar. Qadın başa
düşməlidir ki, ailə ideal yox, normal olmalıdır və bunu dərk edib,
«səhvini» anlasa, kişi də öz-özünə «tərbiyyə olunar», ailəyə daha çox
bağlanar. Ola bilsin ki, hətta vəziyyət dəyişməz qalır, lakin ona olan
münasibət dəyişdiyindən, o, əvvəlki tək «dəhşətli» görünmür və
nəticədə, əvvəllər doğurduğu hiss və emosiyaları doğurmur. Bu cür
yanaşmanın «elmi əsası» bizi qane etməyə bilər. Lakin həyat bunu
təsdiq edir: biz adətən, xoşlamadığımız şeylərlə rastlaşırıq. Çünki
həmin şeyi bu qədər xoşlamamalı deyildik. Yaxşılığın cavabı çox
zaman pislik olur. Deməli, həmin yaxşılığı etməyə dəyməzmiş.
Çünki yaxşılıq etməyin də qaydası var – xahiş edilərsə və qədərində.
Küyə getmək lazım deyil. Əgər düşünsəniz, görərsiniz ki, pisliklə
qarşılanan yaxşılıqlarınız məhz bu cür – küyə getməkdən doğub,
98
əslində, yersiz olub. Çox güclü məhəbbətdə adətən, qarşılıqsız olur.
Hətta sevəndə belə həddə riayət edin, sözlərini xatırlayın.
İndi nə etməli, hər bir konkret vəziyyəti götür-qoy edərək,
onun hansı səbəbdən (nəyi ideallaşdırmağımızın nəticəsi olaraq)
yarandığını tapmalı və bundan əl çəkməklə hər şeyi yerinə qoymalı?
Bu da mümkündür. Lakin daha «radikal üsul» vardır – dünyaya
baxışını kökündən dəyişmək. Xoşbəxtlikdən, şəraiti, mühiti,
ətrafdakı
insanların
tərbiyyəsini,
mənəviyyatını
dəyişmək
mümkünsüz olsa da, özünün dünyaya baxışını dəyişmək
mümkündür. Bu, çox böyük və çətin iş olsa da.
Dünyaya baxışını kökündən dəyişən, həqiqətləri anlamağa
çalışan, insan isə istər-istəməz dini qanunlara gedib-çıxacaqdır. Bu
qənaətimdə haqlı olduğumu dörd əsr əvvəl Frensis Bekonun
dedikləri də təsdiq edir: «Səthi düşüncələr insan zəkasını ateizmə
doğru yönəldir, dərin fəlsəfə isə dinə aparıb çıxarır». Lakin bu
fəlsəfə ürəkdən keçib gəlməlidir, yəni intuitiv olmalıdır. Müasir
insan hər şeyi ağılla, şüurla dərk etməyə (formal biliklərə)
öyrəşdiyindən, bu çətin olur. Elə bu səbəbdən də dinin tələbləri,
şərtləri onun üçün mürəkkəb və «anlaşılmaz» görünür. Dərin məna
kəsb edən həmin tələb və şərtləri birləşdirən ümumi cəhəti (yəni
onların mənasını) bilməklə hər şeyin necə sadə olduğunu anlaya
bilərik: insan Allahın əxlaq və sifətindən daha çox cəhəti özündə
təcəssüm etdirməyə, onun münəzzəh olduğu nöqsan sifətləri isə
özündən uzaqlaşdırmağa çalışmalıdır. Məsələn, oruc tutmaqla insan
yemək-içməkdən münəzzəh olan Allahın əxlaq və sifətindən bir
zərrəsini özündə təcəssüm etdirmiş olur. Lakin, «İlahi hədislər»də
deyildiyi kimi: « Yeyib- içməmək əsl oruc deyildir.Oruc ancaq pis niyyətlə
danışılan sözlərdən, fəna və nəfsani arzulardan vaz keçməkdir». Bəli,
orucun əsas mahiyyəti yeməkdən çəkinmək deyil, mənəvi naminə
maddidən (maddi təlabatlardan) imtina etmək bacarığıdır.
Zənnimcə, oruc, dinin tələblərinin – sağlam həyat tərzinin şərtlərinin
müəyyən müddət ərzində məcburi yerinə yetirilməsidir. Yəni, qeyd
99
edilənlər təkcə oruc zamanı yasaq edilmir, sadəcə, bu zaman bir az
da diqqətə çəkilir, yada salınır və beləliklə, yaddaşda möhkəmlənir.
Orucun tələb və şərtlərinə, əslində, həmişə əməl edilməlidir, oruc isə
ona olan inam sayəsində bu əməlləri insana təlqin edir.
Bunlardan bir neçəsini xatırlamaq yerinə düşərdi: qarınqululuq
etməmək, pis niyyət sahibi olmamaq və bu niyyətlə söz
danışmamaq, öz nəfsinə hakim kəsilmək – möhkəm iradə sahibi
olmaq, hamının özü ilə bərabər olduğunu dərk etmək, başqalarının
eybini, sirrini açmamaq – Allah-təala hər birimizin yalnız Ona və
özümüzə bəlli olan eyib və sirrlərimizi açıb, bizi rüsvay etmədiyi
kimi, başqalarının səhvini bağışlamaq – Allah-təala günahları
bağışladığı kimi, yaratmaq eşqilə yaşamaq, gözəllik yaratmağa
çalışmaq –Allah-təala hər şeyi gözəl yaratdığı kimi.
Məhəmməd peyğəmbər (s) buyurmuşdur: «Oruc bütün pisliklərə
qarşı bir qalxandır. Oruclu olanlar pis sözlər danışmasınlar, cahillər kimi
davranmasınlar. Əgər biri sizinlə qovğa etməyə başlarsa, «mən orucluyam,
ağzı orucluyam» deyin». «Pis sözlər danışmaq» təkcə oruc zamanı
deyil, hər zaman qəbahətdir. Bunu Peyğəmbərimizin (s) kəlamları
da təsdiq edir: «Allaha və Rəsuluna inanan kimsə ya xeyirli söz danışsın,
ya da sussun ».«Kim ağlına gələn zərərli duyğu və düşüncələri özündən
kənar edərsə və ya onlara söyləməzsə, Allah onun günahlarını
bağışlayacaqdır». Burada bir cəhət diqqəti çəkir. Deməli, insanın
ağlına hər cür duyğu və düşüncələr gələ bilər, əsas məsələ onları
özündən kənar etmək və söyləməkdir. Bu, məhz sözün böyük gücə
malik olmasını bir daha təsdiq edir. Axı, o, bir enerji parçası olaraq,
müvafiq enerji yığınlarını hərəkətə gətirir. Nə danışmağın
əhəmiyyəti olduqca böyükdür. Bu haqda artıq danışmışıq və qeyd
etmişik ki, kəlmeyi-şəhadətin, duaların, şükr etməyin əsrarəngiz
gücünü hiss edib başa düşmək xoşbəxtlikdir.
Malik olduğu hər şeyə görə Uca Yaradana şükr etməklə biz öz
Bütövlüyümüzə qovuşuruq, tənha olmadığımızı hiss edirik. Ətrafımızda
şükr etmə əsas verən o qədər şey var ki! Yalnız bunları görmək və duymaq
Dostları ilə paylaş: |