Şuşa şəhəri



Yüklə 73,73 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix31.12.2021
ölçüsü73,73 Kb.
#81402
  1   2   3   4
susa



Şuşa

Şuşa   –   Azərbaycanda   rayon.   1930-cu   ildə   təşkil   edilmişdir.   Kiçik   Qafqazda 

Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 26,7 min nəfərdir (01.01. 

2006). İnzibati mərkəzi Şuşa şəhəridir. 8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq 

siyasətinin   qurbanı   olmuşdur.   Şuşa   rayonunun   əhalisi   hazırda   qaçqındır   və 

Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.



Şuşa şəhəri

  

Şuşa   –   Azərbaycanda,   keçmiş   DQMV   ərazisində   şəhər.   Qədim   dövrlərdən 



mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.

Şuşa   şəhəri   XVIII   əsrin   50-ci   illərinin   əvvəllərində   Qarabağ   xanı   Pənahəli   xan 

tərəfindən,   Şuşa   kəndinin   yaxınlığında   abadlaşdırılaraq   yenidən   salınmışdır.   İlk 

çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun 

hakimiyyəti   illərində,   1757-ci   ilə   qədər   burada   çoxlu   abidələr   tikilib.   Onun   oğlu 

İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar 

tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından 

uğurla   çıxaraq   qalib   gəlib.   Rusiya   müstəmləkə   hakimiyyəti   dövründə   Şuşa   bütün 

Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər 

boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun 

tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.

XVIII   əsrdə   Şuşa   şəhəri   Azərbaycanın   ən   mühüm   şəhərlərindən   birinə 

çevrilmişdir.   Onun   dövrəsində   böyük   və   güclü   sədd   çəkilmiş,   çoxsaylı   sənətkar 

məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri 

saxlayır burada Pənahabad adlanan gümüş sikkə zərb edilirdi.

Şəhərin   kənarında   dərin   Daşaltı   dərəsinin   yaxınlığında   yerləşən   Cıdır   düzü 

xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli 

yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.



Coğrafi mövqeyi

Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725m). Ərazisinin 

əksər   hissəsi   yayı   quraqlıq   keçən   mülayim   isti   və   qışı   quraq   keçən   soyuq   iqlim 

tiplərinə aiddir. Orta temp-r yanvarda -4°C-dən -1°C-yədək, iyulda 16-19°C-dir. İllik 

yağıntı 700-800mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur 

dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri 

ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər 

və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, 

kəklik, göyərçin və s. aidirlər.




Yüklə 73,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə