Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   18   19   20   21   22   23   24   25   26

Yaqub Mahmudov,  Camal Mustafayev

*

tikdirmişdi.  Sonralar Şuşa hamamlarınm sırasına Aşağı bazar deyilən yerdə inşa 



edilmiş Uğurlu bəy hamamı,  Mirzəli  hamamı və başqaları da əlavə olunmuşdu. 

Ümumiyyətlə, XVIII-XIX əsrlərdə Şuşada 20-yə qədər hamam tikilib istifadəyə 

verilmişdi.  Əsl  mənada gözəl  istirahət guşələri  olan  Şuşa  hamamları  Azərbay- 

canda  bu  sahədə  olan  memarlıq ənənələri əsasmda tikilmişdi.  Onların əksəriy- 

yəti  5  hissədən  -   «tulanbar»  adlandırılan  qızdırılan  yerdən,  yuyunma  və 

kisələnmə otaqlarından,  ilıq su hovuzundan və daş arakəsm ələrlə ayrılan soyu- 

nub-geyinmə otaqlarından  ibarət olurdu.

Şuşanın memarhq  abidələri  içərisində karvansaralar xüsusi  yer tuturdu.  Ba- 

harhnın verdiyi məlumatdan aydın olur ki, burada ilk karvansaraların tikintisi ilk 

yaşayış  məhəlləsinin  -   Təbrizli  m əhəlləsinin  meydana  gəlməsi  ilə  eyni  vaxta 

təsadüf edir.  Bu dövrdə  Şuşanm imkanlı  adamlarından olmuş  Uğurlu bəy,  Hacı 

Əmiraslan  bəy,  Hacı  Hüseyn bəy  və  başqaları  Aşağı  bazar və  Meydan  deyilən 

yerlərdə karvansaralar tikdirib istifadəyə vermişdilər.178 Bu karvansaralar Şuşanın 

bazar kompleksinin əsas tikililərindən hesab olunurdu.  Şuşada karvansara tikintisi 

sonralar da davam etmişdi.  XIX əsrin sonlarına yaxın burada artıq  10 karvansara 

fəaliyyət göstərirdi.  Onların arasında Hacı Abbas,  Qatırçı  Murad,  Şeytan bazar, 

Xanlıq  Muxtar,  Mirsiyab oğlu, Xan qızı karvansaraları xüsusilə  seçilirdilər.179

Xurşidbanu Natəvanın  tikdirdiyi karvansara

M

Ş U Ş A - P Ə N A H A B A D

Azərbaycanın digər şəhərlərində olduğu kimi,  Şuşada da karvansaralar  iki- 

mərtəbəli olmaqla vahid üslubda inşa edilirdi.  Birinci mərtəbənin həyətə baxan 

bir hissəsindən tacirlərin yük heyvanlarını saxlamaq üçün tövlə kimi istifadə edi- 

lir, küçəyə baxan hissəsində isə dükan və emalatxanalar yerləşirdi.  Karvansara- 

ların  ikinci  m ərtəbəsindəki  otaqlar,  adətən,  tacirlərin  istirahəti  və  onların 

mallarınm saxlanması  üçün nəzərdə tutulurdu.  Bu baxımdan XIX əsrin 80-ci  il- 

lərində  Şuşanın  qərb  hissəsində  tikilmiş  Məşədi  Şükür  Mirsiyab  oğlunun  kar- 

vansarası  xüsusilə  seçilirdi.  Bu  karvansaranın  ikinci  m ərtəbəsində  tacir  və 

səyyahlar üçün nəzərdə  tutulan  25  otaq  var idi.  Birinci  m ərtəbədə  isə  bir neçə 

tacir kontoru,  dükan və sənətkar emalatxanası yerləşirdi.180

Azərbaycanm digər şəhərləri kimi, Şuşada da məscid tikintisinə böyük diqqət 

verilirdi.  Qarabağ tarixçilərindən Mirzə Camalın və Baharlının verdikləri məlu- 

matdan  aydın  olur  ki,  burada  ilk  məscid  Pənahəli  xanın  hakimiyyəti  dövründə 

qamışdan tikilmiş, Ibrahimxəlil xan isə hicri  1182-ci ildə (miladi  1768/69) həmin 

məscidin yerində daş və əhəngdən yeni Cümə məscidi tikdirmişdi.181  XIX əsrdə 

Şuşada daha üç Cümə məscidi inşa edilmişdi.  Şuşanın sonuncu -  dördüncü Cümə 

məscidi  1883-cü ildə Gövhər ağanın vəsaiti hesabına Kərbəlayi  Səfı  xan Qara- 

baği tərəfmdən tikilmişdi. Bəzi məlumatlara görə, bu məscid başqa bir məscidin,

G övhər ağa məscidi.  Şimal fasadı.  H əyət.  Şuşa -  Pənahabad



Yaqub Mahmudov,  Camal Mustafayev

çox  güman  ki,  İbrahimxəlil  xanın  tikdirdiyi  məscidin bünövrəsi  üzərində  tikil- 

mişdi.  Daha çox Yuxarı  Gövhər ağa məscidi  kimi tanınan bu məscid  1992-ci  il 

erməni  işğalına  qədər yaxşı  vəziyyətdə  qalmışdı.  İki  böyük  ibadət  salonu,  mi- 

narələri və ikinci m ərtəbədə bir neçə otağı olan məscidin bəzək işlərinin görül- 

məsində  görkəmli  rəssam  Mir Möhsün N əw ab   da  iştirak  etm işdi.182  1992-ci  il 

erməni işğalı zamanı Şuşanın başqa memarlıq abidələri kimi bu məscid də dağı- 

dılaraq yararsız hala sahnmışdı.

Şuşa məscidləri arasında Aşağı Gövhər ağa məscidinin də özünəməxsus yeri 

var.  Cümə məscidi  funksiyasmı yerinə  yetirən bu  məscid  1874—1875-ci  illərdə 

memar Kərbəlayi  Səfi xan Qarabaği tərəfindən yenidən qurulmuşdu.  Məscidin 

nəzdində mədrəsə də fəaliyyət göstərirdi.

XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən məscidlərin ümumi  sayı 

16-ya çatırdı. Bunlardan üçü Cümə məscidi, qalanları isə m əhəllə məscidi funk- 

siyasım yerinə yetirirdi.183

---------------------------------------------------- —---- M əhəllə 

m əscidləri,

adətən,  m əhəllə  meydanla- 

rının ən görkəmli yerlərində 

yerləşir və xarici görkəmlə- 

rinə görə  çox  sadə  olur,  ya- 

şayış evlərini xatırladırdılar. 

Lakin bu  m əscidlərin daxili 

quruluşu  dini  mərasimlərin 

həyata keçirilməsi üçün zə- 

ruri  olan  bütün  tələblərə 

cavab  verirdi.  Şuşanın  mə- 

həllə  m əscidləri  içərisində 

1882-ci  ildə  memar  K ərbə- 

layi  Səfi  xan  tərəfindən  ti- 

kilmiş Saatlı məscidi xüsusilə 

seçilirdi.  D aha  m öhtəşəm  

minarəsi  olan  bu  m əscidin 

içərisi Qurandan verilən kə- 



lamlarla bəzədilm işdi.184

H acı  Yusifli m əhəlləsin də  G üldəstəli m əscidi

R əssam  R .B a yra m o v

118

Rəssam  R.Bayram ov K ə b lə  Abbasqulu ağa Zöhrabbəyovların malikanəsinin  həyətində


Şuşalı  qadın  bulaq başında

ŞUŞA -  PƏNAHABAD  RƏSM ƏSƏRLƏRİNDƏ

M erdinli m əhəlləsi



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə