Yaqub Mahmudov, Camal Mustafayev
*
tikdirmişdi. Sonralar Şuşa hamamlarınm sırasına Aşağı bazar deyilən yerdə inşa
edilmiş Uğurlu bəy hamamı, Mirzəli hamamı və başqaları da əlavə olunmuşdu.
Ümumiyyətlə, XVIII-XIX əsrlərdə Şuşada 20-yə qədər hamam tikilib istifadəyə
verilmişdi. Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbay-
canda bu sahədə olan memarlıq ənənələri əsasmda tikilmişdi. Onların əksəriy-
yəti 5 hissədən - «tulanbar» adlandırılan qızdırılan yerdən, yuyunma və
kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsm ələrlə ayrılan soyu-
nub-geyinmə otaqlarından ibarət olurdu.
Şuşanın memarhq abidələri içərisində karvansaralar xüsusi yer tuturdu. Ba-
harhnın verdiyi məlumatdan aydın olur ki, burada ilk karvansaraların tikintisi ilk
yaşayış məhəlləsinin - Təbrizli m əhəlləsinin meydana gəlməsi ilə eyni vaxta
təsadüf edir. Bu dövrdə Şuşanm imkanlı adamlarından olmuş Uğurlu bəy, Hacı
Əmiraslan bəy, Hacı Hüseyn bəy və başqaları Aşağı bazar və Meydan deyilən
yerlərdə karvansaralar tikdirib istifadəyə vermişdilər.178 Bu karvansaralar Şuşanın
bazar kompleksinin əsas tikililərindən hesab olunurdu. Şuşada karvansara tikintisi
sonralar da davam etmişdi. XIX əsrin sonlarına yaxın burada artıq 10 karvansara
fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbas, Qatırçı Murad, Şeytan bazar,
Xanlıq Muxtar, Mirsiyab oğlu, Xan qızı karvansaraları xüsusilə seçilirdilər.179
Xurşidbanu Natəvanın tikdirdiyi karvansara
M
Ş U Ş A - P Ə N A H A B A D
Azərbaycanın digər şəhərlərində olduğu kimi, Şuşada da karvansaralar iki-
mərtəbəli olmaqla vahid üslubda inşa edilirdi. Birinci mərtəbənin həyətə baxan
bir hissəsindən tacirlərin yük heyvanlarını saxlamaq üçün tövlə kimi istifadə edi-
lir, küçəyə baxan hissəsində isə dükan və emalatxanalar yerləşirdi. Karvansara-
ların ikinci m ərtəbəsindəki otaqlar, adətən, tacirlərin istirahəti və onların
mallarınm saxlanması üçün nəzərdə tutulurdu. Bu baxımdan XIX əsrin 80-ci il-
lərində Şuşanın qərb hissəsində tikilmiş Məşədi Şükür Mirsiyab oğlunun kar-
vansarası xüsusilə seçilirdi. Bu karvansaranın ikinci m ərtəbəsində tacir və
səyyahlar üçün nəzərdə tutulan 25 otaq var idi. Birinci m ərtəbədə isə bir neçə
tacir kontoru, dükan və sənətkar emalatxanası yerləşirdi.180
Azərbaycanm digər şəhərləri kimi, Şuşada da məscid tikintisinə böyük diqqət
verilirdi. Qarabağ tarixçilərindən Mirzə Camalın və Baharlının verdikləri məlu-
matdan aydın olur ki, burada ilk məscid Pənahəli xanın hakimiyyəti dövründə
qamışdan tikilmiş, Ibrahimxəlil xan isə hicri 1182-ci ildə (miladi 1768/69) həmin
məscidin yerində daş və əhəngdən yeni Cümə məscidi tikdirmişdi.181 XIX əsrdə
Şuşada daha üç Cümə məscidi inşa edilmişdi. Şuşanın sonuncu - dördüncü Cümə
məscidi 1883-cü ildə Gövhər ağanın vəsaiti hesabına Kərbəlayi Səfı xan Qara-
baği tərəfmdən tikilmişdi. Bəzi məlumatlara görə, bu məscid başqa bir məscidin,
G övhər ağa məscidi. Şimal fasadı. H əyət. Şuşa - Pənahabad
Yaqub Mahmudov, Camal Mustafayev
çox güman ki, İbrahimxəlil xanın tikdirdiyi məscidin bünövrəsi üzərində tikil-
mişdi. Daha çox Yuxarı Gövhər ağa məscidi kimi tanınan bu məscid 1992-ci il
erməni işğalına qədər yaxşı vəziyyətdə qalmışdı. İki böyük ibadət salonu, mi-
narələri və ikinci m ərtəbədə bir neçə otağı olan məscidin bəzək işlərinin görül-
məsində görkəmli rəssam Mir Möhsün N əw ab da iştirak etm işdi.182 1992-ci il
erməni işğalı zamanı Şuşanın başqa memarlıq abidələri kimi bu məscid də dağı-
dılaraq yararsız hala sahnmışdı.
Şuşa məscidləri arasında Aşağı Gövhər ağa məscidinin də özünəməxsus yeri
var. Cümə məscidi funksiyasmı yerinə yetirən bu məscid 1874—1875-ci illərdə
memar Kərbəlayi Səfi xan Qarabaği tərəfindən yenidən qurulmuşdu. Məscidin
nəzdində mədrəsə də fəaliyyət göstərirdi.
XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən məscidlərin ümumi sayı
16-ya çatırdı. Bunlardan üçü Cümə məscidi, qalanları isə m əhəllə məscidi funk-
siyasım yerinə yetirirdi.183
---------------------------------------------------- —---- M əhəllə
m əscidləri,
adətən, m əhəllə meydanla-
rının ən görkəmli yerlərində
yerləşir və xarici görkəmlə-
rinə görə çox sadə olur, ya-
şayış evlərini xatırladırdılar.
Lakin bu m əscidlərin daxili
quruluşu dini mərasimlərin
həyata keçirilməsi üçün zə-
ruri olan bütün tələblərə
cavab verirdi. Şuşanın mə-
həllə m əscidləri içərisində
1882-ci ildə memar K ərbə-
layi Səfi xan tərəfindən ti-
kilmiş Saatlı məscidi xüsusilə
seçilirdi. D aha m öhtəşəm
minarəsi olan bu m əscidin
içərisi Qurandan verilən kə-
lamlarla bəzədilm işdi.184
H acı Yusifli m əhəlləsin də G üldəstəli m əscidi
R əssam R .B a yra m o v
118
Rəssam R.Bayram ov K ə b lə Abbasqulu ağa Zöhrabbəyovların malikanəsinin həyətində