Yaqub Mahmudov, Camal Mustafayev
hazırlanan məişət əşyalanna və əmək alətlərinə olan tələbatım ödəm əklə məşğul
idi.146
Şuşa Azərbaycanda qiymətli metallardan hazırlanan zinət əşyaları istehsalı-
nın da əsas mərkəzlərindən biri idi. Burada ali silkin nümayəndələri çox oldu-
ğundan zərgərlik məmulatlarma tələbat da böyük idi. XIX əsrin əvvəllərində
Şuşada bu sahə üzrə tələbatın ödənilməsi ilə 10 nəfər zərgər məşğul olduğu
halda,147 əsrin sonunda onlarm sayı artıb 78 nəfərə çatmışdı.148 Şuşalı zərgərlər
qiymətli metallardan müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq
üçün zərgərlik məmulatı hazırlayırdılar. Bəzək əşyalarının hazırlanması və bədii
tərtibatı zamanı qəlibkarlıq, minalama, bəndləmə, aynalama, şəbəkə, qarasavad
və başqa üsullardan istifadə olunurdu. Şuşanın zərgərlik məmulatı üçün stilizə
edilmiş zoomorf və bitki motivləri daha xarakterik idi. XIX əsrin ortalarmda ya-
şamış şuşalı zərgərlərdən Hacı bəy, Həsən Hüseyn oğlu, Alış kişi zərgərliyin bu
sahəsində böyük şöhrət qazanmışdılar. Onların bu üsullarla hazırladıqlan «Ay-
nalı kəmər», «Piyaləzənt» və «Aypara» adlı kəm ər və sırğalar Şuşanın hüdud-
larından çox uzaqlarda məşhur idi.149
Şuşa sənətkarlarmın əksəriyyəti peşə prinsipinə əsaslanan təşkilatlarda - əs-
naflarda birləşirdilər. XVIII əsrin son rübündə burada qalayçıları, çəkməçiləri,
papaqçıları, dabbaqları və zərgərləri öz sıralarmda birləşdirən əsnaflar xüsusilə
seçilirdilər. Bu əsnaflarm hər birinin on nəfərdən iyirmi beş nəfərə qədər üzvü
olurdu.1''0 Hər bir əsnafın özünəməxsus bayrağı və xüsusi nişanları var idi.
M üxtəlif bayramlar zamanı keçirilən mərasimlərdə hər bir əsnaf öz bayrağı ilə
iştirak edirdi. Əsnaflarm ali orqanı olan ümumi yığıncaqda ustalığa və əsnaf
üzvlüyünə qəbul, günahkar əsnaf üzvlərinin cəzalandınlması, ehtiyacı olan əsnaf
üzvlərinə yardım göstərilməsi, vergi və mükəlləfiyyətlərin emalatxanalar ara-
sında bölüşdürülməsi kimi m əsələlər həll edilirdi.
Karvan yola düşür
M əktəblilər Cıdır düzündə
Mahnı bayramı
ŞUŞA SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ
1920-ci il 28 aprel işğalı nəticəsində Azərbaycanda Sovet hakimiyyətinin qu-
rulması ilə Qarabağın, o cümlədən Şuşanm fəlakətli günləri başlandı. Sovet rəh-
bərliyinin him ayəçiliyi ilə Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirmiş
ermənilər bu dəfə öz məkrli siyasətlərini «sinfı mübarizə» pərdəsi altında həyata
keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı repressiyalar həyata keçirir, soy-
qırımı, deportasiya siyasəti yeridirdilər. 1920—1922-ci illərdə Şuşanın yüzlərlə
azərbaycanlı sakini ermənilərin fıtvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə
məruz qalmışdı. Şəhərin bir çox adlı-sanlı adamları, o cümlədən ziyalıları əha-
linin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni
təqiblərindən xilas olmaq üçün doğma Şuşanı tərk edərək Irana və Türkiyəyə
qaçmağa m əcbur olurdu. Həyata keçirilən bu soyqırımları, repressiyalar, depor-
tasiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.151
Sovet-bolşevik rejiminin hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati sta-
tusu bir neçə dəfə dəyişdirildi. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci
il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin
(DQMV) m ərkəzi kimi müəyyən olundu. Lakin bu qərar 1923-cü il iyulun 7-də
həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xan-
kəndi seçildi. Erməni separatçıları və Kremldəki ermənipərəst qüvvələr Azər-
baycana qarşı hazırladıqları məkrli planları Şuşadan həyata keçirməyin asan
olmayacağmı başa düşərək bu addımı atdılar. Bunun ardınca isə Moskvanın gös-
tərişi ilə Şuşa şəhəri AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli
xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər
eyniadh rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çev-
rildi.152 Bununla da Şuşa 170 ilə yaxın yerinə yetirdiyi ənənəvi tarixi statusundan
— bütün Qarabağın inzibati mərkəzi statusundan məhrum edildi.
Yaquh Mahmudov, Camal Mustafayev
Şuşadan - Pənahabaddan bir görünüş
İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı taleyinə ağır
təsir göstərdi. Respublika rəhbərliyinin laqeyd münasibəti və vilayətin erməni
rəhbərliyinin separatçılıq fəaliyyəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə
başladı. Uzun müddət burada heç bir tikinti-abadhq işləri görülmədi. Əksinə,
Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu vəhşicəsinə uçurdulub
dağıdıldı. İbrahimxəlil xanın «Xəzinə qayası»nda inşa etdirdiyi nadir memarlıq
kompleksi hissə-hissə sökdürüldü. Şuşanın Azərbaycan memarlığınm inciləri
olan tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirildi.
1965-ci ildə keçmiş Lenin küçəsində xüsusi məqsədlə dördmərtəbəli yaşayış bi-
nası tikilərkən bir neçə şəxsi imarətlə yanaşı, nadir tarixi-memarlıq abidəsi olan
bir karvansara və hamam uçurduldu, 11 su quyusu-kəhriz sıradan çıxarıldı. Ümu-
miyyətlə, Şuşadakı Azərbaycan memarlığınm nadir incilərindən olan və X V III-
XIX əsrlərdə inşa edilmiş 20-yə qədər məşhur şərq hamammın əksəriyyəti Sovet
hakimiyyəti illərində ermənilər tərəfındən dağıdılıb yox edildi.
Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi bütün yuxarıda göstə-
rilən vandallıq aktları ilə kifayətlənməyib 1963-cü il yanvarın 4-də Şuşa ra-
yonunu ləğv edərək Stepanakert rayonunun tərkibinə qatdı. Y alnız 1965-ci il
yanvarın 6-da Şuşanın rayon statusunu yenidən bərpa etmək mümkün oldu.153
Sovet hakimiyyəti illərində Şuşa şəhəri ilə bağlı yeridilmiş m əqsədyönlü
ayrı-seçkilik siyasəti nəticəsində burada yaşayan əhalinin sayı sürətlə azaldı.
Vaxtilə Azərbaycanm böyük və abad şəhərlərindən biri olmuş Şuşanın əhalisi,
H evdər Ə liyev Şuşada