Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

Ş əh ər bazarı.  İç görünüşii

ŞƏHƏRİN İQTİSADİ HƏYATI

Şuşa uzun  müddət Qarabağın  inzibati  mərkəzi  olmaqla yanaşı,  həm  də  çox 

mühüm  iqtisadi  m ərkəz  idi.  Şəhərin  təbii-coğrafı  şəraiti  kənd  təsərrüfatı  ilə 

m əşğul  olm aq  üçün  əlverişli  olmadığından,  burada  yaşayan  əhalinin  başlıca 

m əşğuliyyətini  ticarət  və  sənətkarlıq  təşkil  edirdi.  Əsas  ticarət  və  sənətkarlıq 

obyektləri  şəhərin mərkəzi rolunu oynayan Aşağı bazar və Meydan adlandırılan 

ərazilərdə  cəm ləşm işdi.112 Baharlı  yazır ki,  Aşağı  bazarda  çoxlu  ticarət dükanı 

və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib is- 

tifadəyə verilmişdi.113

M ərkəzi meydan.  H əftəbazarı

73



Yaqub Mahmudov,  Camal Mustafayev

Həftənin bazar günləri Şuşa şəhərinin qala qapıları yaxınlığında həftə bazar- 

lan təşkil edilirdi.  Şəhər ətrafında yerləşən kəndlərin əhalisi öz mal-qarasını və 

heyvandarlıq məhsullarını  satmaq və  lazımi  mallar almaq üçün  bu  bazarlara üz 

tuturdu.  Şəhərin daxilində daimi fəaliyyət göstərən iki bazarda aparılan ticarətdə 

kəndlilərlə  yanaşı,  tacirlər,  sənətkarlar  da  fəal  iştirak  edirdilər.  Bu  bazarlarda 

taxıl,  ipək,  pambıq,  zəfəran,  tütün,  küncüt,  xalça,  m üxtəlif parçalar,  gön-dəri 

məmulatı,  sabun,  duz,  neft və  s.  satılırdı.  Şəhərin ticarət həyatmda  bazarlarda, 

karvansaralarda və şəhər meydanlarında yerləşən dükanlar da mühüm rol oyna- 

yırdı.  XX  əsrin  əvvəllərində  burada  1464  dükan  qeydə  alınmışdı.  Elə  həm in 

dövrdə  şəhərin  həm   bazarlar,  həm  də  dükanlar  vasitəsilə  aparılan  illik  ticarət 

dövriyyəsi 6 mln.  rubla çatırdı.114

Şuşa  şəhəri  XVIII  əsrin  sonlarından  başlayaraq  bütün  Cənubi  Qafqazın 

mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi.  Şuşadan çıxan ticarət karvan- 

ları  m üxtəlif Azərbaycan  xanlıqlarına gedir,  geri  qayıdarkən  isə  həm in  xanlıq- 

larda  istehsal  olunmuş  məhsulları  Şuşa  bazarlarına  daşıyırdılar.  XIX  əsrin 

əvvəllərində  Şuşaya  Dərbənddən  qızıl  boya,  Şəki  xanlığından  silah,  ipək, 

mahud, yapıncı və xalça, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, 

Gəncədən zəy və meyvə gətirilirdi.115 XIX əsrin ikinci yarısına aid m ənbələrdən 

birində göstərilir.  «Şuşa gündən-günə yox,  saatdan-saata böyüyür,  onun ticarəti 

inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adamlar axışıb 

gəlm əkdədir».116



Dulusçu bazarı

74

M

Ş U Ş A - P Ə N A H A B A D

Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri,  xüsusilə 

Təbriz  şəhəri  mühüm  yer tuturdu.  Bu  şəhərlərdən  Şuşaya  daha çox  toxuculuq 

m əhsulları  gətirilirdi.  1830-cu  ildə  Təbrizdən  Şuşaya  300  tay  bürmet  parça, 

300 yük bez parça,  1000 arşın qanavuz parça, 200 ədəd qələmkar parça, 2000 ədəd 

ipək yaylıq,  1000 ədəd örtük və s. gətirilmişdi.117 Bu növ parçalar və digər toxu- 

culuq məmulatları, həmçinin müxtəlif növ ədviyyat, qənd, xına, dəri və s. məh- 

sullar  Şuşaya Xoy,  Ərdəbil,  Urmiya şəhərlərindən və  İrandan da  idxal  edilirdi. 

Ümumiyyətlə,  Cənubi Azərbaycandan və İrandan Şuşaya gətirilən məhsulların 

illik həcmi  140 min gümüş rubla bərabər idi.118

Şuşa tacirləri  Osmanlı  imperiyası,  Rusiya,  Hindistan  və  Avropa ölkələri  ilə 

də qızğın ticarət əlaqələri saxlayırdılar.  Şuşanın XIX əsrdə ticarət əlaqələrindən 

bəhs  edən  m ənbələrdən birində  göstərilirdi ki, bu şəhər «Qərbin  və  Şərqin bir 

çox ölkələri  ilə ticarət edirdi.  Həmin dövrdə  Şuşaya Qafqazın,  Osmanlı  imperi- 

yasının,  Rusiyamn,  İranın,  İraqın və Hindistanm müxtəlif şəhərlərindən tez-tez 

tacirlər  gəlirdilər.  Şuşa  tacirləri  də  həmin  ölkələrdə  olur,  hətta  Almaniyadakı 

məşhur Leypsiq yarmarkasında iştirak edirdilər. İpəklə ticarət edən şuşalı tacirlər 

Nijniy  N ovqorod  yarmarkasına  gedirdilər.  Onlara  Konstantinopol  (İstanbul— 

Y.M.,  C.M.) bazarlarında da rast gəlmək olardı».119

XIX 


əsrdə  və XX əsrin əvvəllərində  Şuşa Rusiya şəhərləri  ilə geniş ticarət 

əlaqələri  saxlayırdı.  Moskvada  və  Novqorodda  qızğın  ipək  ticarəti  ilə  məşğul 

olan şuşalı tacirlər Rusiyadan mahud, pambıq və ipək parçalar, çini və şüşə qab-

P in əçilər



Yaqub Mahmudov,  Camal Mustafayev

lar,  dəmir,  mis  və  dəm ir  mə- 

mulatları,  m ü xtəlif növ  xəz- 

lər,  kağız  və  s.  alıb  gətirir- 

dilər.120

Şuşa şəhəri özünün sənət- 

karlıq məhsulları ilə də şöhrət 

qazanmışdı.  Şuşa sənətkarları 

həm   daxili  tələbatı  ödəm ək, 

həm   də  digər  Azərbaycan 

xanlıqlarına və xarici ölkələrə 

ixrac  etmək  üçün  m üxtəlif 

növ sənətkarlıq məhsulları is- 

tehsal  edirdilər.  Ş əhər  əhali- 

sinin sənətkarlıq məhsullanna 

olan  tələbatının  ödənilm əsi 

də yerli sənətkarların üzərinə 

düşürdü. «Qarabağ əyalətinin 

təsviri»ndən  aydın  olur  ki,

XIX 


əsrin  əvvəllərində  Şu- 

şada  50-dən  artıq  sənətkarlıq 

sahəsi  üzrə  ixtisaslaşmış  sə- 

nətkarlar fəaliyyət göstərirdi. 

Onların  arasında  papaqçılar, 

çəkməçilər, dərzilər, dülgərlər, 

həllaclar çoxluq təşkil edirdilər.'2'  Bu dövrdə Şuşada ayr.-ayrı sənətkarlıq sahə-

ləri’ xususlIə toxuculuq və xalçaçıhq getdikcə daha çox əm təə xarakteri daşıyır, 

sıfarışlə məhsul ıstehsalı  ılə yanaşı, bazar üçün məhsul istehsalı da genişlənirdi. 

Sənətkarl.q  məhsullar.  istehsal.  şəhərin iqtisadi həyatın.n əsas.nı təşkil  edirdi.

Qeyd  etmək  laz.md.r  kı,  Şuşada  ev  sənətkarl.ğ.  da  yüksək  inkişaf etmişdi. 

Şəhərdə  ev şəra.tmdə çoxsaylı toxucular və xalçaç.lar fəaliyyət göstərirdi.  Ru- 

sıya-Iran  muharıbələr.mn başa çatmas.ndan az sonra tərtib olunmuş rus mənbə- 

lərındən  b.rmdə  göstərilirdi:  «Bütün  İranda  olduğu  kimi,  bizim  müsəlman 

yılayətlənndə də ıpək və pambıq parçalar fabrikdə deyil, daha çox şəh ər əhalisi 

tərəfındən  evlərdə  ıstehsal  edilir»>22 Bu,  toxuculuq istehsalmda qadın əməym- 

dən  genış  ıst.fadə  edılməs,  ilə  bağh  idi.  Şəriət  qaydalanna  görə  m üsəlman

Papaqçı dükanı.  X IX  əsr

Ş U Ş A - P Ə N A H A   B A D

qadınların şəhərin ictimai yerlərində emalatxana açıb əmək fəaliyyəti ilə məşğul 

olmalan məqbul hesab edilmirdi. Azərbaycanda qadın toxucuların əm ək və məi- 

şət  şəraiti  haqqında  ətraflı  məlumat  verən  müəlliflərdən  biri  yazırdı:  «Ev  qay- 

ğılarından  başqa  digər  məşğuliyyəti  olmayan  qadınlar bütün  sərbəst  vaxtlarmı 

yun, pambıq və ipək əyirilməsinə sərf edir, sonra isə parça toxuyurdular. Qadın- 

lar əyiricilik  və  toxuculuqdan  başqa,  daha  incə  sənətlərlə -   ipək  üzərinə  naxış 

vurmaq və digər zərif,  zəhm ət tələb edən işlərlə məşğul  olurlar».123

Şuşada  sənətkarlığın  inkişafı  və  sənətkarların  sayı  digər mənbələrdə  də  öz 

əksini  tapmışdır.  M əsələn,  Həştərxan  gömrükxana  idarəsinin  direktoru  N.İva- 

novun  1809-cu ilə aid olan məlumatından aydm olur ki, bu dövrdə Şuşada  1500 to- 

xucu dəzgahı fəaliyyət göstərirdi.124 Əslində,  1500 toxucu dəzgahı ən azı  1500 sə- 

nətkar deməkdir.  Əgər bu rəqəmin üzə- 

rinə  digər  sənət  sahiblərini,  habelə  ev 

şəraitində  fəaliyyət  göstərən xalçaçılan 

və toxucuları da əlavə etsək, XVIII əsrin 

sonu  -   XIX  əsrin  əvvəllərində  Şuşada

2  mindən  çox  sənətkarm  fəaliyyət  gös- 

tərdiyi  aydın  olar.

Göründüyü  kimi,  toxuculuq  Şuşada 

ən geniş yayılmış və  inkişaf etmiş sənət 

sahələrindən biri idi. Qarabağ xanlığında 

pambıqçılığın yüksək inkişaf səviyyəsi- 

nə  çatması  burada m üxtəlif növ pambıq 

parçaların  istehsah  üçün  daha  əlverişli 

şərait  yaradırdı.  XVIII  əsrin  sonlarmda 

Şuşada və onun ətrafında yerləşən yaşa- 

yış m əntəqələrində pambıq parça isteh- 

sal edən  1000-dək toxucu dəzgahı fəaliy- 

yət  göstərirdi.125  İstehsal  edilən pambıq 

parçalar  yerli  əhalinin  tələbatını  ödə- 

məklə  yanaşı,  Rusiya  və  İrana  da  ixrac 

edilirdi.

Şuşada  fəaliyyət  göstərən toxucula- 

nn  xeyli  hissəsi  ipək  parçalar  istehsah 

üzrə ixtisaslaşmışdı.  Rusiya-İran müha-



Şuşada toxunmuş parçalardan  tikilmiş 

qadın paltarı


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə