Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

azərbaycanlılar üzərinə  hücuma  keçdilər.  Rus  ordusunda  xidmət  edən  erməni 

əsgər və  zabitləri  də  onlara qoşuldular.  Şuşanın Köçərli  və  X əlfəli  m əhəllələ- 

rində  yaşayan xeyli  azərbaycanlı əhali  soyqırımına məruz  qaldı.  Lakin  tezliklə 

özlərinə  gələn  azərbaycanlılar  erməni  vəhşiliklərinin  qarşısmı  nəinki  aldılar, 

hətta  əks-hücuma  keçərək,  qatillərə  ağır zərbə  vurdular.  Yalmz  qubematorun 

və erməni arximandiritinin xahişlərindən sonra avqustun  19-da hücumlar dayan- 

dınldı və ermənilərə evlərinə qayıtmağa icazə verildi.  Lakin özlərinin xəyanətkar 

xislətlərinə sadiq qalan ermənilər avqustun 21-də Cənubi Azərbaycandan gəlmiş 

21  nəfər kəsbkarın  başlarını  kəsərək amansızhqla  qətlə  yetirdilər.106  Ümumiy- 

yətlə,  bu  hadisələr  zamam  yüzlərlə  azərbaycanlı  soyqırımına  m əruz  qalmış, 

onlara məxsus 20 ev tamamilə yandınlmışdı.

1905-ci  ilin  avqust  hadisələri  zamanı  öz  çirkin  məqsədlərinə  çatmayan  er- 

mənilər bunun əvəzini  1906-cı  ildə  çıxmaq  qərarına gəldilər.  Bu  dəfə  şəhərdə 

olan  Rusiya  hakimiyyət orqanları  da aşkar şəkildə  ermənilərə  kömək  göstərir- 

dilər.  Həmin  ilin  iyun  ayında  rus  generalı  Qalaşçanov  Şuşanın  azərbaycanlılar 

yaşayan  Köçərli məhəlləsini topa tutmağı əm r etdi.  M.S.Ordubadi yazır:  «Ayın 

12-də bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan 

yığılmış  10  minə yaxın  erməni  könüllü  əsgəri,  o  biri  tərəfdən də  m üharibədən

Qış  teatrı qarşısında meydan.  Şuşa -  Pənahabad.  1873-cü  il

Ş U Ş A - P Ə N A H A B A D

qabaq  şəhərdə  nizam  altında  saxlanılmış  erməni  bölükləri  və  qaçaqlar müsəl- 

manlara qarşı hücuma başladılar.  Beş gün ərzində erməni məhəllələrinin sərhə-

dində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıdıldı».107

Yeri gəlmişkən, erməni silahlı dəstələrinin  1905-1906-cı illərdə azərbaycan- 

lılara qarşı təşkil etdikləri terror və soyqınmı Azərbaycamn digər yerlərini də əhatə 

etmişdi.  Erməni  terrorunun getdikcə  geniş miqyas alması azərbaycanlıları  birləş- 

m əyə  və  təşkilatlanmağa məcbur  edirdi.  Bu  məqsədlə  1906-cı  ildə  yaradılmış 

«Difai» təşkilatının bir şöbəsi də mərkəzi Şuşada yerləşən «Qarabağ birliyi  məc- 

lisi»  idi.  K ərim   bəy  Mehmandarovun  başçılıq  etdiyi  bu  şöbənin  400  nəfərlik 

özünümüdafıə dəstəsi var idi.108 Bu təşkilat bütün Qarabağda olduğu kimi,  Şuşada 

da erməni terrorunun qarşısının alınmasında mühüm rol oynadı.

Erm ənilər  Qarabağı  və  onun  mərkəzi  olan  Şuşa  şəhərini  ələ  keçirmək  və 

azərbaycanlılardan  təm izləm ək  siyasətini  1918-1920-ci  illərdə,  Azərbaycan 

Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər.  Erməni terrorçu təşkilatı olan 

«Daşnaksutyun» azərbaycanlılara qarşı yeridilən soyqırımı  siyasətinin  əsas təş- 

kilatçısı idi.  Yaranmış ağır vəziyyəti nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti  1919-cu  ilin yanvarında mərkəzi  Şuşa şəhəri  olmaqla Qarabağ gene- 

ral-qubematorluğu yaratdı. Qarabağın general-qubematoru təyin edilmiş Xosrov

Şuşa sakinləri İsa bulağında istirahət ed irlə r

69



Yaqub Mahmudov,  Camal Mustafayev

t

bəy Sultanov erməni terrorçu dəstələrinə ağır zərbə vurdu.  Vaxtilə Zaqafqaziya 

ölkə komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns yazırdı: 

«Daşnaksutyun»  Şuşadan qovulduqdan sonra, ancaq ermənilərin məskunlaşdıq- 

ları dağlara qalxıb  son damla qana qədər vuruşmaq,  lakin türklərə  təslim  olma- 

maq  haqqında qərar  qəbul  etdi».109  Bununla belə,  erməni  terrorçu-separatçıları 

öz məqsədlərinə çata bilmədilər. Azərbaycan Xalq Cümhuriyyəti  hökuməti on- 

lara ağır zərbə vuraraq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa nail oldu.

Azərbaycanm digər şəhərləri kimi,  Şuşada da əhalinin  sosial  tərkibi  rənga- 

rəng  idi.  Burada xan  nəslinə  mənsub  ailələrlə yanaşı,  bəylərin,  dövlət məmur- 

larınm,  din  xadimlərinin,  tacirlərin,  sənətkarların,  maafların,  hərbçilərin, 

müəllimlərin, tibb işçilərinin və başqalarınm ailələri yaşayırdı.  1830-cu il məlu- 

matma görə Şuşada 56 bəy, 64 müsəlman ruhanisi, 21  xristian din xadimi, dükanı 

olan  200  tacir və  emalatxanası  olan  266  sənətkar yaşayırdı.110  XIX  əsrin  ikinci 

yarısından başlayaraq,  şəhərin iqtisadi həyatında müşahidə edilən canlanma və 

bununla  əlaqədar  əhalinin  sayının  sürətlə  artması  əhalinin  sosial  tərkibinə  də 

ciddi  təsir  göstərmişdi.  1897-ci  ildə  keçirilmiş  ümumrusiya  siyahıyaalm asına 

görə  Şuşada  2272  nəfər  zadəgan,  270  nəfər  din  xadimi,  1416  nəfər  tacir, 

2738  nəfər  sənətkar,  97  nəfər  dövlət məmuru,  334  nəfər  hərbçi  və  başqaları 

qeydə alınmışdı.111  Göründüyü kimi, Şuşada yaşayan əhali arasında imtiyazlı sil- 

kin nümayəndələri çox  idi.  Bu,  hər şeydən əvvəl,  şəhərin yaranıb  formalaşdığı

XVIII əsrin ikinci yarısı -  XIX əsrin əw əllərində ara müharibələrinin və yadelli 

hücumların fasiləsiz davam etdiyi bir şəraitdə  şəhərin etibarlı sığınacaq yeri ol- 

ması ilə bağh olmuşdur.  Şuşamn kurort şəhəri kimi şöhrət qazanması da bu mə- 

sələdə az rol oynamamışdı.  Şəhərin külli miqdarda süfrə və müalicəvi bulaqlara 

malik  olması,  dörd  tərəfdən  alp  çəmənlikləri  ilə  əhatə  olunması,  büllur  kimi 

təmiz havası onu bütün  imkanlı adamlar üçün cəlbedici edirdi.  Elə bu səbəblər- 

dən idi  ki,  Qarabağ bəylərinin əksəriyyəti  Şuşada yaşamağa üstünlük verir,  bu- 

rada özləri üçün təmtəraqlı  imarətlər tikdirirdilər.

Ş əh ər bazarı



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə