Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

Ağa Məhəmməd xan Qacar Azərbaycanm şimal xanlıqlarım tabe etmək üçün 

ilk cəhdi  1793-cü ildə göstərdi.  Həmin vaxt Təbrizə göndərilmiş  Süleyman xan 

Qacar Azərbaycan xanlarmı könüllü olaraq Ağa M əhəmməd xanın hakimiyyətini 

qəbul  etməyə  razı  salmalı  idi.  Lakin Azərbaycan  xanlarının  əksəriyyəti  onunla 

danışıqlar  aparmağa  belə  meyil  göstərmədilər.  Qarabağ  xanı  İbrahim xəlil  xan 

isə Ağa Məhəmməd xanın təklifıni nəinki qəbul etmədi, hətta onu hökmdar kimi 

tanımaqdan belə imtina etdi.67

Qarşısına  qoyduğu  m əqsədə  dinc  yolla  nail  olmayan  Ağa  M əhəm m əd  xan

1794-cü  ildə hərbi əməliyyatlara başladı.  Qacar ordusu Xudafərin körpüsündən 

Arazı  keçib Qarabağa hücum etdi.  Lakin İbrahimxəlil xanın və  K artli-K axetiya 

çarı II İraklinin birləşmiş qü w ələri Ağa M əhəmm əd xanın ordusunu m əğlubiy- 

yətə  uğradıb,  Araz çayından cənuba doğru geri çəkilməyə məcbur etdi.68  Lakin 

bu uğursuzluq Ağa M əhəm m əd xanın  Qarabağ xanlığmı  işğal  etmək planmdan 

əl çəkməsi demək deyildi.

Əskəran  qalası

Xan  atı



Xanlıq atı

Ş U Ş A - P Ə N A H A B A D

Bu dövrdə  Şimali Azərbaycanda vahid dövlətin olmaması ölkənin müdafiə- 

sini  olduqca  çətinləşdirirdi.  Azərbaycan  xanlarının  əksəriyyəti  Osmanlı  Türki- 

yəsi,  Rusiya  və  Qacarlar  dövləti  arasında  manevr etməklə  öz  hakimiyyətlərini 

qorumağa çalışırdılar. Ağa M əhəmməd xanın hücum təhlükəsindən böyük təlaş 

keçirən yerli  hakimlərin bir qismi silahlı  müqavimət göstərmək üçün yollar ara- 

yır,  digər qismi  ona  hədiyyələr hazırlayır,  üçüncülər isə  heç  nəyə  ümid bəslə- 

m əyərək  ailələri  ilə  birlikdə  müdafıə  olunmaq  üçün  sığınacaq  axtarırdılar. 

Bununla belə, Azərbaycan xanlannın bir çoxu kimi, Şuşa qalasını alınmaz qalaya 

çevirmiş  İbrahimxəlil  xan  da  müstəqilliyini  qoruyub  saxlamaq  üçün  silahlı 

qüvvələrini  möhkəmləndirirdi.

1795-ci ilin iyulunda 85 min nəfərlik Qacar ordusu Araz çayını keçərək Şimali 

Azərbaycana  hücum  etdi.  Öz  ordusunu  üç  hissəyə  bölən  Ağa  M əhəmməd  xan 

onun  birinci  hissəsinə  İrəvan,  ikinci  hissəsinə Muğan,  üçüncü  hissəsinə  isə Qa- 

rabağ  istiqamətində  hərəkət  etmək  əmri  verdi.  Ordunun  Qarabağ  istiqamətində 

h ərəkət edən hissəsinə Ağa M əhəmməd xanın özü başçılıq edirdi.  Sürətlə hərə- 

kət edən bu ordu  1795-ci il iyulun sonlannda Şuşaya yaxınlaşdı.  Hadisələrin müa- 

siri olmuş P.Q.Butkovun verdiyi məlumata görə, bu ordunun ayn-ayrı hissələrinə 

fransız  zabitləri  rəhbərlik  edirdi  və  onlar  fransız  silahları  ilə  silahlanmışdılar.69 

Q acar ordusunun  çox  böyük  üstünlüyünə  baxmayaraq,  Ağa  M əhəm m əd  xanın 

Şuşam  hücumla ələ keçirmək cəhdi baş tutmadı.  Bir tərəfdən  şəhərin çox  güclü 

hərbi-strateji  mövqeyə  və  müdafiə  qurğularına  malik olması,  digər tərəfdən  isə 

Qarabağ  əhalisinin  öz  doğma  torpaqları  uğrunda  ölüm-dirim  savaşına  qalxması 

Qacara öz planını  həyata keçirmək imkanı vermədi.  Vəziyyəti  belə görən Qacar 

Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qəra- 

rına  gəldi.  Eyni  zamanda  düşmən  artilleriyası  Şuşanın  qala  divarlarını  fasiləsiz 

atəşə tutmaqla onu dağıtmağa çalışırdı. Lakin bu da gözlənilən nəticəni vermədi. 

Jan  Gevr yazırdı:  «Ağa M əhəmməd xan  ilk baxışda müşahidə etdi  ki,  bu  hasara 

onun  topları  kar etməyəcək.  Bir müddət  toplardan  atəş  açıb  bir daha  əmin  oldu 

ki, toplar qalanın hasarını  dağıtmağa qadir deyil,  bu işdən əl götürdü, nəticəsi ol- 

mayan  işə  vaxt  və  barıt  sərf etmək  istəmədi».70  Şuşalıların  iradəsini  qırmağın 

mümkün  olmadığını  görən  Qacar  İbrahimxəlil  xanı  dilə  tutmağa  cəhd  göstərdi. 

Lakin  bu da uğursuz oldu.  Otuz üç gün davam edən  hücumun  heç bir nəticə ver- 

mədiyini  və  şuşalıların  müqavimətini  qırmağın  mümkün  olmadığını  görən  Ağa 

M əhəmm əd  xan  şəhərin  mühasirəsindən  əl  çəkməyə  məcbur oldu  və  öz  ordu- 

sunu Gürcüstana yeritdi.  1795-ci  il sentyabnn  12-də Qacar Tiflisi  ələ keçirdi.



49


Yaqub Mahmudov,  Camal Mustafayev

Qacar ordusu  1795-ci  ilin  noyabrmda  Gürcüstanı  tərk  edərək  Muğana  gəldi. 

Ağa Məhəmməd xan burada düşərgə salmaqla Azərbaycanın tabe olmaqdan im tina 

edən  bütün  şimal  xanlıqlarım,  ilk növbədə  isə  Qarabağ  xanlığını  itaətə  m ə cb u r 

etmək məqsədi güdürdü.  Lakin o, öz məqsədinə bu dəfə də nail ola bilmədi.  Ək- 

sinə,  xeyli  itkilər  verdi.  Bu  dövrdə  Azərbaycanda  geniş  miqyas  almış  partizan 

müharibəsi nəticəsində  Qacann çoxlu əsgəri qüw əsi məhv edildi.  Qacar ordusu 

Qarabağda daha böyük itkilərə məruz qaldı. Qacann hərbi qüw ələrinə qarşı m üba- 

rizəyə şəxsən rəhbərlik edən İbrahimxəlil xan döyüşlərin birində Qacar ordusuna 

ağır zərbə  vuraraq  8  min  nəfər gürcünü əsirlikdən  azad  etdi.71  Bir tərəfdən  yerli 

əhalinin ciddi müqaviməti ilə qarşılaşan, digər tərəfdən isə Rusiya ordusunun C ə- 

nubi Qafqaza hücumunun başlanması xəbərini alan Ağa M əhəmməd xan  1796-cı 

ilin əw əllərində Azərbaycanm şimal torpaqlarını tərk etməyə məcbur oldu.

1796-cı  ildə  Rusiya  qoşunlarının  Azərbaycanm  X əzərsahili  v ilay ətlərin ə 

yürüşü  iflasa  uğradıqdan  sonra  artıq  şah  titulunu  qəbul  etmiş  Ağa  M əh əm m əd  

şah  Qacar yenidən  Cənubi  Qafqazı  itaət  altına almaq qərarına gəldi.  Y ü rü şdən 

əvvəl  Azərbaycan xanlarına ünvanlanmış şah fərmanmda onlardan qeyd-şərtsiz 

tabe  olmaq  tələb  olunur,  əks  halda amansız şəkildə  cəzalandırılacaqları  ilə  h ə - 

dələnirdilər.  1795-ci  ildə  Şuşa  ətrafındakı  uğursuzluğu  unutmayan  Qacarın  İb- 

rahimxəlil  xana  ünvanlanmış  fərmanı  daha  qəzəbli  tonda  yazılmışdı:  « Ə g ər  o, 

sağ qalmaq istəyirsə, hakimiyyəti oğluna təhvil verib Məkkə ziyarətinə getsin».72 

Hadisələrin  sonrakı  gedişi  göstərdi  ki,  İbrahimxəlil xan Ağa M əhəm m əd  şah ın  

bu hədələrindən nəinki qorxmadı, əksinə, onunla döyüşmək üçün daha ciddi  h a- 

zırhqlar görməyə başladı.

1797-ci  ilin  ilk  baharmda Ağa M əhəmməd  şah  güclü ordu  ilə  növbəti  d ə fə  

Qarabağ istiqamətində hücuma başladı. Qacar ordusunun hərəkətini diqqətlə iz- 

ləyən  Qarabağ  xanı  qabaqlayıcı  zərbələr  endirməklə  onun  irəliləm əsinə  m ane 

olmağa  çalışdı.  Beləliklə,  Qacar  ordusu  qarabağlılardan  ilk  zərbəni  hələ  A raz 

çaymı keçməzdən ə w ə l aldı.  İbrahimxəlil xanın əmri ilə Xudafərin körpüsü uçu- 

rulduğundan Ağa M əhəm m əd şah ordusunu Arazdan keçirmək üçün qayıqlardan 

istifadə  etmək qərarına gəldi.  Qayıqları  isə  ölkənin  içərilərindən  Araz qırağına 

gətirm ək üçün  bir neçə  gün  vaxt  lazım  olduğundan  Qacar ordusu  Arazın  cən u b  

sahilində düşərgə salıb gözləm əyə məcbur oldu.  Bundan istifadə edən İbrahim - 

xəlil  xan  öz  sərəncamında  olan  bir neçə  qayığı  daşla doldurub  Arazın  qabağını 

kəsdirdi.  Gecə vaxtı həyata keçirilən bu əməliyyat nəticəsində Araz çayı  Q acar 

ordusunun düşərgəsinə yönələrək onun ərzaq və sursat ehtiyatınm xeyli hissəsini



Ş U Ş A - P Ə N A H A B A D

A ğ a   M əh əm m əd şah  Q acarın   hücumu dövründə Q arabağ xanı İbrahimxəlil xanın sıl- 

dırım   q ayalar qoynundakt sığınacaq evi

51


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə