Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

Oxşar proseslər Şuşa şəhərində də getmişdi.  XVIII  əsrin  sonlarında  10 min 

nəfər əhalinin yaşadığı bu şəhərdə XIX əsrin əw əllərin d ə əhalinin sayı, təxmi- 

nən,  2-3  min nəfər azalmışdı.  Bunun səbəblərindən bəhs edən  S.A.Yegiazarov 

yazırdı ki,  Şuşa əhalisinin bir qismi Ağa M əhəmməd şah Qacarla m üharibə za- 

manı qaçıb dağılmış, digər qismi isə Qarabağ xanlığı Rusiyaya qatıldıqdan sonra 

İrana köçmüşdü.93

Azərbaycanlılardan fərqli olaraq, Qarabağın xristian əhalisi  Rusiya işğal re- 

jiminin tam qayğısı və  himayəsi  ilə əhatə olunmuşdu.  Hələ Qarabağ xanlığının 

daxili  müstəqilliyi  saxlandığı dövrdə (1805-1822) general A.P.Yermolov Meh- 

diqulu  xana  müraciət  edərək  maddi  yardım  göstərmək  üçün  xanlıqda  yaşayan 

ancaq xristian əhalinin siyahısmı verməyi tələb etmişdi.94

Hətta bu ağır müstəmləkə və ayrı-seçkilik şəraitində belə, xristian əhali Qa- 

rabağ  xanlığında,  o  cümlədən  Şuşa  şəhərində  əhalinin  az  bir  hissəsini  təşkil 

edirdi.  1823-cü  ildə  Şuşada  yaşayan  1532  ailənin  1000-dən  çoxu  azərbay- 

canlılardan,  təxminən,  500-ü  isə  ermənilərdən  (yəni  erməniləşmiş  albanlardan

-  red.)  ibarət idi.95 Şuşa şəhərində əhalinin etnik tərkibinin bu nisbəti,  hətta çar 

hökumətinin  erməniləri  kütləvi  surətdə  İrandan  və  Osmanlı  imperiyasmdan 

Qarabağa  köçürdüyü  dövrdə  -   XIX  əsrin  30-cu  illərində  də  dəyişm əm işdi.

Ş U Ş A - P Ə N A H A B A D

Həmin dövrdə şəhərdə qeydə alınmış  1698 ailənin 936-sım azərbaycanlılar təşkil 

edirdi.96

Göründüyü kimi, XIX əsrin əw əllərinə qədər Qarabağm, o cümlədən Şuşamn 

əhalisinin  mütləq  əksəriyyətini  azərbaycanhlar təşkil  edirdi.  Bölgədə  yaşayan 

alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilə- 

rin sayının  sürətlə artması Rusiyanm  1828-ci  ildə İranla imzaladığı Türkmənçay 

müqaviləsindən  və  1829-cu  ildə  Osmanlı  Türkiyəsi  ilə  bağladığı  Ədimə müqa- 

viləsindən  sonra baş  verdi.  Cənubi  Qafqazın  işğalım  başa  çatdıran  çar  Rusiyası 

burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qə- 

ranna gəldi. Adlan çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və 

Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən, Qarabağ və İrəvan xanlıqlannm 

ərazisinə köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə  1828- 

1830-cu  illərdə  Cənubi  Qafqaza 40  min nəfər İran və  84  min nəfər Türkiyə  er- 

mənisi  köçürmüşdü.97  Əslində,  həmin  dövrdə  Cənubi  Qafqaza  köçürülən 

ermənilərin sayı daha çox olub, 200 min nəfəri ötürdü.  Ermənilərin Cənubi Qaf- 

qaza köçürülmələri  bundan  sonra davamlı  xarakter almış və güclənmişdi.  1895- 

1896-cı  illərdə  Türkiyədə  törətdikləri  qiyam  yatırıldıqdan  sonra  75  min  erməni 

Cənubi  Qafqaza  qaçmağa  məcbur  olmuşdu.98  Məhz  bu  kütləvi  köçürmələrin

Şuşada -  Pənahabadda  «M əhərrəm lik» dini mərasiminin  keçirilməsi. 

Rəssam  V. V. Vereşşagin



Yaqub Mahnıudov,  Camal Mustafayev

nəticəsi  idi  ki,  80  il  ərzində 

Cənubi  Qafqazda  ermənilə- 

rin  sayı,  təxminən,  4,5  dəfə 

artmışdı.  Rus  qafqazşünası 

N.Şavrov yazırdı: «Zaqafqa- 

ziyada  yaşayan  1  milyon 

300  min  nəfər  erməninin

1  milyondan  çoxu  yerli  de- 

yildir.  Və  onlar bu  vilayətə 

bizim  tərəfım izdən  (yəni 

ruslar  tərəfindən  -   Y.M ., 

C.M.) köçürülüb»."

K öçürülən  erm ənilərin 

xeyli  hissəsi  Qarabağda, 

xüsusilə onun xristian-alban 



«Sarı Baba» yaylağında gəzinti 

əhali  yaşayan  dağliq  hissə-

sində yerləşdirilir və bu zaman yerli əhalidən alınmış ən yaxşı torpaqlarla təmin 

edilirdilər.  A.S.Qriboyedov  yazırdı  ki,  köçürülmüş  erm ənilərin  əksəriyyəti 

müsəlman mülkədarların torpaqlarında məskunlaşdırılır və  az  sonra köçkün er- 

m ənilər onlan  sıxışdırmağa başlayırdılar.100

Ermənilərin  kütləvi  şəkildə  köçürülməsi  nəticəsində  Qarabağda  Marağa, 

Canyataq, Aşağı Çaylı, Yuxan Çaylı kimi erməni kəndləri meydana gəlm işdi.101 

Ermənilər sonralar özlərinin Azərbaycan torpaqlarma köçürülməsinin  150  illiyi 

münasibətilə Qarabağda abidə ucaltmış,  lakin keçən əsrin 80-ci  illərində Azər- 

baycana qarşı ərazi  iddiaları  qaldırdıqlan  zaman onu dağıtmışdılar.102

XIX 


əsrin əw əllərində baş vermiş Rusiya işğallan  Şuşa şəhərinin də  inzibati 

statusuna və demoqrafik vəziyyətinə ağır təsir göstərdi.  Rusiya hökuməti  1822-ci 

ildə Qarabağ xanlığını ləğv etdikdən sonra Şuşa yeni yaradılmış Qarabağ əyaləti- 

nin,  eyni  zamanda  Şəki,  Şirvan,  Qarabağ  və  Lənkəran  əyalətlərini  əhatə  edən 

müsəlman hərbi  dairə rəisliyinin mərkəzi oldu.  Rus çarizminin  1840-cı ildə ke- 

çirdiyi  inzibati-ərazi  islahatı  nəticəsində  Şuşa yeni  yaradılmış  Şuşa  qəzasmın 

mərkəzinə çevrildi.  Qəza isə Azərbaycan torpaqlannm bir hissəsini əhatə edən 

Xəzər vilayətinin tərkibinə daxil edildi.  1846-cı ildə Cənubi Qafqazda keçirilmiş 

yeni  inzibati  bölgüyə  əsasən  Şuşa  qəzası  Şamaxı  qubemiyasınm,  1868-ci  ildə 

isə yeni  yaradılmış Yelizavetpol (Gəncə) qubemiyasımn tərkibinə qatıldı.



64

H eyd ər Əliyevin  Şuşa -  P ən ahabad sakinləri ilə görüşü.  Yanvar,  1982-ci il

Cıdır düzündə mahnı  bayramı


Hacı  Qulunun zalı.  1865-ci il

Rəsmlər  V. 

Vereşşaginindir

Ş U Ş A - P Ə N A H A B A D

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Şimali Azərbaycanda ya- 

ranmış siyasi sabitlik Şuşada əhalinin artmasına müsbət təsir göstərdi. XIX əsrin 

70-ci  illərindən  başlayaraq  yeni  sənaye  müəssisələrinin  işə  salınması  şəhərdə 

işçi qüvvəsinə tələbatı xeyli artırmışdı.  Bu isə şəhərdə əhalinin sayımn xeyli art- 

masına  gətirib  çıxardı.  XIX  əsrin  əvvəli  ilə  müqayisədə  Şuşada  əhalinin  sayı 

2,5 dəfə artaraq əsrin sonunda 25881  nəfərə çatdı. XX əsrin əvvəllərində isə bu 

artım daha sürətlə getmiş və  1917-ci ildə şəhər əhalisinin sayı 43869 nəfərə çat- 

mışdı.103  Lakin  Şuşada  müşahidə  edilən  bu  artım  heç  də  şəhərin  ən  qədim  sa- 

kinləri  olan  azərbaycanlıların  hesabına  baş  vermədi.  Rusiya  imperiyasınm 

yeritdiyi milli ayrı-seçkilik siyasəti nəticəsində şəhərin bütün hərbi-inzibati və- 

zifələri  ermənilərin  və  onları  himayə  edən  rus  məmurlarınm  əlində  cəmləşdi. 

Bununla  şəhərdə  həm in  dövrə  qədər mövcud  olmuş  etnik  balans  pozuldu.  Er- 

mənilərin sayı sürətlə artdı. Azərbaycanlılann sayı isə azalmağa başladı.  Bununla 

bağlı təkcə onu göstərmək kifayətdir ki,  Şuşada əhalinin ümumi sayı  1897-ci  il- 

dəki  25881  nəfərdən  artaraq,  1913-cü  ildə  42568  nəfərə  çatdığı  halda  (artım 

64,5%),  azərbaycanlıların  sayı  (10  min nəfər)  dəyişməz  qalmışdı.104 XIX  əsrin 

sonu -  XX  əsrin əw əllərində  şəhərdə əhalinin mexaniki  artımı  təbii  artımı  bir 

neçə dəfə üstələmişdi.  Belə 

ki,  1870-ci ildən  1917-ci ilə 

qədər 

m üşahidə 



edilən 

23924 nəfər əhali  artımının 

9400 nəfəri təbii artımın pa- 

yına  düşdüyü  halda,  15524 

nəfəri mexaniki artımın (da- 

ha doğrusu, köçkün erməni- 

lərin) payına düşürdü.105

Çar  hökumətinin  hima- 

yəsi  və  fəal  köməyi  ilə  Şu- 

şada  say  üstünlüyünə  nail 

olan ermənilər həmin şəhə- 

rin  köklü  sakinləri  olan 

azərbaycanlıları  sıxışdırma- 

ğa  başladılar.  1905-ci  il  av- 

qustun  16-datəpədən dımağa

qədər silahlanmış ermənilər 



Küçə  b ərb ərlə ri

67


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə