Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

H eydər Ə liyev Şuşanın -  Pənahabadın  tarixi y e rlə ri ilə tanış olur

Ş U Ş A - P Ə N A H A B A D

təxminən,  50  il  ərzində,  3  dəfədən  də  çox  azaldı.  Belə  ki,  1917-ci  ildə  burada 

43869 nəfər əhali yaşadığı halda,  1970-ci  ildə onların sayı cəmisi  13664 nəfərə 

endi.  Bununla  belə,  Şuşamn  yerli  azərbaycanlı  əhalisi  onlar  üçün  yaradılmış 

bütün süni çətinliklərə baxmayaraq, doğma şəhərini tərk etmirdi. Onlar yenə də 

köçürülüb  gətirilən ermənilərə  nisbətən  çoxluq təşkil edirdi.  M əsələn,  1970-ci 

ildə şəhərdə yaşayan  13664 nəfər əhalinin yalnız 3577 nəfəri erməni idi.  Sonrakı 

illərdə azərbaycanlılar yenə də doğma şəhərlərinə qayıtmaqda davam edirdilər. 

1989-cu  ildə  Şuşada yaşayan  20579  nəfər əhalinin cəmisi  1377  nəfəri  erməni- 

lərdən ibarət idi.154

Qeyd etmək lazımdır ki, Azərbaycanın məşhur mədəniyyət mərkəzlərindən 

biri olan Şuşanın dağıdılmasınm qarşısmı almaq və şəhərin yenidən dirçəldilməsi 

yalnız  1969-cu  ildə  Heydər  Əliyevin  Azərbaycan  rəhbərliyinə  gəlməsindən 

sonra  mümkün  oldu.  Respublikanm  yeni  rəhbəri,  ilk  növbədə,  Şuşanın  tarixi- 

memarlıq abidələrinin dağıdılmasımn qarşısım almaq üçün qəti tədbirlər gördü. 

1977-ci  ilin  avqust  ayında onun təşəbbüsü  ilə Azərbaycan  SSR Nazirlər Soveti 

«Şuşa  şəhərinin  tarixi  hissəsini  tarix-memarlıq  qoruğu  elan  etmək  haqqında»

Şuşadan  bir görünüş



Yaqub Mahmudov,  Camal Mustafayev

m a m

 

I  qərar  qəbul  etdi.  Şəhərin  sosial-iqti-



sadi  və  mədəni  həyatm ın  dirçəldil- 

məsi üçün də mühüm tədbirlər həyata 

keçirildi.  Bütün Azərbaycanda tar, ka- 

mança, ud, nağara və s. musiqi alətləri 

istehsal  edən  yeganə  Şərq  Milli  Mu- 

siqi Alətləri Fabriki m əhz Şuşada isti- 

fadəyə verildi.  Bu fabrikin məhsulları 

Gürcüstan, Qazaxıstan,  Dağıstan, Orta 

Asiya və başqa sovet respublikalarına, 

habelə Hindistan və Yaxın Şərq ölkə- 

lərinə  ixrac  olunurdu.  On  beş  il  ər- 

zində müstəqil sənaye müəssisəsi kimi 

fəaliyyət göstərən bu fabrikin məhsul- 

ları  dəfələrlə  ümumittifaq  və  beynəl- 

xalq  sərgilərdə  yüksək  mükafatlara 

layiq görüldü.

Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Azərbaycan  mədəniyyətinin  və  incə- 



Molla Pənah  Vaqifin məqbərəsi

 

sənətinin  korifeyləri  olan  Üzeyir



Hacıbəylinin,  Bülbülün,  Xurşidbanu Natəvanın,  M .M .Nəvvabın  ev  muzeyləri 

yaradıldı və bərpa edildi.  1982-ci ilin yanvarında M.P.Vaqifın m əqbərəsi açıldı. 

Hündürlüyü 20 metr olan bu gözəl memarlıq əsəri incə və naxışlı  şəbəkə ilə bə- 

zədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üzliik çəkilmişdi.

Lakin Heydər Əliyevin təşəbbüsü və quruculuq fəaliyyəti ilə Şuşada başlan- 

mış bu mədəni oyanış uzun çəkmədi.  Sovet İttifaqmın tənəzzülü zamam Dağlıq 

Qarabağda gizli fəaliyyət göstərən silahlı erməni terrorçu dəstələri yenidən fəal- 

laşdılar.  M.Qorbaçov  tərəfındən  müdafıə  olunan  və  Dağlıq  Qarabağın  separat- 

çılarına hər cür köməklik göstərən Ermənistamn silahh qüvvələri Azərbaycanın 

sərhədlərini  pozaraq  Qarabağın  işğalına  başladılar.  1992-ci  il  mayın  8-də  Şuşa 

Ermənistanın  silahlı  qüvvələri  tərəfındən  işğal  olundu.  İşğal  prosesində  və  iş- 

ğaldan  sonrakı  20 il ərzində bütün Qarabağ ərazisində  olduğu kimi,  Şuşa şəhə- 

rindəki Azərbaycan xalqına məxsus tarixi-memarlıq abidələri erməni vandalları 

tərəfindən amansızcasına dağıdıldı.  Və bu gün də dağıdılmaqda davam edir.



96

H eydər Ə liyev  V aqifpoeziya günlərində


H eydər Əliyev  Vaqif m əqbərəsin də

ŞUŞA -  AZƏRBAYCANIN ƏVƏZOLUNMAZ 

MƏDƏNİYYƏT MƏRKƏZİ

Şuşa  şəhəri  yarandığı  gündən  «Azərbaycanın  milli  m ədəniyyət  xəzinəsi», 

«Azərbaycan  musiqisinin beşiyi»,  «Qafqazm konservatoriyası»  kimi  şöhrət qa- 

zanmışdır.  Görkəmli  musiqiçi  B.S.Vinoqradov  Şuşanın  Azərbaycanm  musiqi 

mədəniyyəti tarixində oynadığı roldan bəhs edərkən yazırdı:  «Şuşalı musiqiçilər 

Azərbaycamn musiqi tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm 

də  Şərqin  digər  ölkələrində  də  təmsil  etmişlər».155  Böyük  Azərbaycan  şairi 

Səməd Vurğun da Şuşanın Azərbaycanın mədəniyyəti tarixində mühüm rol oy- 

nadığını  xüsusi  olaraq  qeyd  edirdi.  O  yazırdı:  «Azərbaycanın,  demək  olar  ki, 

bütün  m əşhur  musiqiçi  və  müğənniləri  Şuşanın  yetirmələridir.  Təsadüfi  deyil 

ki,  Şuşanı  musiqi və poeziyanm beşiyi  adlandırırlar».156

Azərbaycan xanəndəlik sənəti məktəbinin ən görkəmli  nümayəndələri  olan 

Xarrat Qulu, Əbdül Bağı Zülalov,  Hacı Hüsü, Məşədi Məmməd Fərzəliyev, Cab- 

bar Qaryağdı,  Keçəci oğlu Məhəmməd,  Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan 

Şuşinski  və  başqaları  Şuşada  doğulub  sənətkar  kimi  püxtələşmişlər.  XIX  əsr 

Şuşa musiqi  məktəbinin ən görkəmli nümayəndələrindən  biri  olmuş Hacı  Hüsü 

ifaçılıq  sənətində  yeni  mərhələnin  başlanğıcım  qoymuşdur.  Hacı  Hüsü  yalnız 

Azərbaycanda deyil, bir çox Şərq ölkələrində də tanınıb sevilirdi.  O,  1880-ci ildə 

İran hökmdan Nəsrəddin şahın oğlunun toyu zamanı keçirilən musiqi  məclisində 

birincilik qazanmışdı.157

Şuşa musiqi məktəbinin digər görkəmli nümayəndəsi olan Cabbar Qaryağdı 

(1861-1944) bütün Qafqazda,  İranda, Orta Asiyada, hətta Avropa ölkələrində də 

şöhrət qazanmışdı. Təbrizdə, Tehranda, İstanbulda, Aşqabadda, Mahaçqalada, Vla- 

diqafqazda,  Buxarada,  Səmərqənddə  yaşayan  minlərlə  insan  Cabbar sənətinin




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə