Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

83 
sellər, subasmalar yolu ilə sahənin birdəfə suvarılması birdəfəlik 
və ya liman suvarması adlanır. Kənd təsərrüfatı bitkilərinin su-
varılması su çatışmamazlığından çirkab sularla suvarılır. Baxma-
yaraq bu sular təmizlənərək suvarılan sahələrə verilir, yenə də tər-
kibində xeyli miqdarda makro və mikro qida maddələri qalır ki, bu 
da torpağın, bitkinin qida ilə təmin olunması üçün şərait yaradır. 
Torpağı istiləşdirmək üçün torpaq temperaturundan daha artıq 
istilikdə olan su ilə sahə suvarılır. Belə suvarmalar istər bitkilərə, 
istərsədə torpağa müsbət təsir edir. Rütubətlə  təmin olunmuş 
torpaqlar ilin isti vaxtlarında daima soyuq, əksinə soyuq vaxtlarda 
isti olur.Suyun istilik tutumu və istilik keçirmə qabiliyyətinin çox 
olması  nəticəsində suvarma zamanı quru torpağa nisbətən su-
varılmış torpağın istilik tutumu və istilik keçirmə qabiliyyəti artır, 
yəni torpağın istilik rejimi nizamlanır. Torpağın və bitkilərin istilik 
rejimini nizamlanmasında suvarmanın böyük rolu vardır. 
Təmizləyici suvarmaya əsasən arat suvarması, şoran torpaqların 
yuyulması zamanı verilən suvarmalar aiddir.Arat suvarması 
zamanı torpaqda olan zərəvericilər, gəmiricilər məhv olaraq sırada 
çıxır.  Şoran torpaqların yuyulması zamanı  tətbiq edilən suvarma 
normaları  zərərli duzların həll olunaraq aşağı qatlara, oradanda 
kollektor-drenaj şəbəkələrinə yuyulmasına şərait yaradır. 
Yuxarıda göstərilən suvarma növləri müxtəlif üsullar tətbiq et-
məklə torpağa verilir. Hazırda aşağıdakı suvarma üsulları geniş 
tətbiq edilir. 
1.Yerüstü üsulla suvarma 
2.Torpaqaltı suvarma 
3.Yağışyağdırma ilə suvarma 
4.Damcılarla suvarma 
5.Aerozol (kiçik dispersli) suvarma 
Kənd təsərrüfatı bitkilərinin suvarılmasında hansı üsuldan isti-
fadə olunmasından asılı olmayaraq aşağıda göstərilən təlabatlar 
ödənilməlidir. 
- Suvarma normalarına və vaxtlarına düzgün riayət olunmalıdır; 
- Suvarılan sahələrin su rejiminin nizamlanması üçün əlverişli 
şərait yaratmaq;  


84 
- Suvarma suyundan qənaətlə istifadə etməklə, sudan istifadə 
əmsalını artırmaq lazımdır; 
- Su itkisini minumuma endirməli və ya tamamilə yol veril-
məməlidir; 
- Toprpaq sahələrindən istifadə əmsalını yüksəltmək; 
- Suvarma suyunun sahədə bərabər paylanmasını təmin etmək-
lə, aktiv torpaq qatının nəmləndirmək; 
- Aqrotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsini təmin 
etməli; 
- Suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmalı, 
onu şoranlaşmadan, bataqlaşmadan qorumalı;  
- Suvarma proseslərini avtomatlaşdırmaq və mexanikləşdirmək-
lə, suçunun əmək məhsuldarlığını yüksəltmək; 
- Aqronomiki, ekoloji və iqtisadi cəhətdən əlverişli olmalıdır. 
-  İrriqasiya tədbirlərinin həyata keçirilməsi  ətraf mühitin 
vəziyyətini pisləşdirməməlidir. 
Ancaq qeyd etmək lazımdır ki, hər bir suvarma üsulunun özü-
nün məfi və müsbət cəhətləri vardır. Bunları  nəzərə alaraq aqro-
nomiki, ekoloji və iqtisadi cəhətdən  əlverişli olan suvarma üsul-
larından istifadə etmək lazımdır. 
 
6.1. Yerüstü üsulla suvarma 
 
Suvarma  əkinçiliyinin çoxillik təcrübəsi göstərir ki, insanların 
qədimdən başlayaraq apardıqları selləmə suvarma ərazilərdə ilkin 
təbii şəraitin dəyişilməsində çox mühüm bir rol oynamışdır.  
Dünyada suvarma əkinçiliyində ən qədim və geniş yayılmış su-
varma üsullarından əsası yerüstü üsulla suvarmadır. Yerüstü üsulla 
suvarmada  əsas məqsəd torpağı lazımı  nəmliklə  təmin etmək, 
torpaq strukturunu pozmamalı, kənd təsərrüfatı bitkilərini optimal 
normada su ilə  təmin etmək, suvarma suyundan səmərəli istifadə 
edilməsinə şərait yaratmaqdır. 
Yerüstü üsulla suvarma aparılan sahədə ilk növbədə düzgün 
hamarlama işləri getməlidir. Çünki ərazinin relyefinin böyük əhə-
miyyəti vardır. Yerüstü üsulla suvarma zamanı ərazinin relyefi nə 


85 
qədər hamar olsa bir o qədərdə suvarma suyu sahədə  bərabər 
paylanar, nəticədə torpağın aktiv qatı normal həddində  nəmlənər. 
Ərazidə irriqasiya eroziyası baş verməz və ya proses zəif gedər. 
Yerüstü üsulla suvarmada suvarma texnikasının düzgün əsas-
landırılması becərilən kənd təsərrüfatı bitkilərinin suvarma rejimi-
nə uyğun olaraq istənilən vaxtda tələb edilən miqdarda suvarma 
suyunu suvarılacaq  əraziyə vermək mümkün olur.Bu da öz növ-
bəsində suvarılan  ərazilərdə  kənd təsərrüfatı bitkilərinin normal 
inkişafı üçün torpağın aktiv qatında optimal su rejimi və bununla 
əlaqədar digər həyat amillərinin (istilik, qida və hava) rejimlərinin 
nizamlanması üçün şərait yaradır. 
Yerüstü üsulla suvarma digər suvarma üsullarından sadə və tex-
niki cəhətdən daha asanlıqla həyata keçirilir.Respublikamızda 
becərilən kənd təsərrüfatı bitkilərinin əksəriyyəti yerüstü üsulla su-
varılır. Bu üsulla suvarmanın xarakterindən asılı olaraq suvarma 
zamanı müəyyən nöqsanlarla rastlaşırıq: torpaqlarda irriqasiya ero-
ziyası baş verir, əkin sahələrində daha dəqiq hamarlama işlərinin 
aparılması  tələb olunur, suvarma suyu sahədə  bərabər paylanmır, 
suvarmanın keyfiyyəti aşağı olur, torpaqdan və sudan istifadə əm-
salı aşağı düşür, həddindən artıq su itkilərinə yol verilir ki, bu da 
ərazinin şorlaşmasına, ekoloji tarazlığın pozulmasına səbəb olur. 
Yerüstü üsulla suvarma dedikdə  ərazinin  şırımla, zolaqla və 
suya basdırma üsulu ilə suvarılması nəzərdə tutulur. 
Şırımla suvarma – vegetasiya müddətində cərgəarası becərilən 
bitkilərin, meyvə, bağ və üzümlüklərin suvarılmasında istifadə olu-
nur. Bu üsulla suvarmada suvarma suyu sahədə çəkilmiş şırımlara 
şırnaqlar şəkilində müvəqqəti arxlardan və ya ox arxlardan verilir. 
Şırımlarla axan su torpağın aktiv qatını  nəmləndirərək, bitkilərin 
su ilə təmin olunmasına şərait yaradır, torpaq strukturunu yaxşılaş-
dırır, torpaq kapilyarlala rütubətlənir, bitkilərin normal inkişafına 
müsbət təsir edir. Şırımla suvarma 4-5 saylı şəkillərdə verilmişdir. 
Şırımlarla suvarma tətbiq edilən sahələrdə  ərazinin relyefi nə 
qədər düz olsa bir o qədər də suvarmanın keyfiyyəti yüksək olar. 
Şırımlarla suvarmada icazə verilən maillik 0,002-0,007 arası gö-
türülür. Bəzi hallarda isə maillik 0,02-0,03-dən artıq olduqda da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə