Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

80 
Süni su hövzələrinin yaradılması, havanın nisbi rütubətinin art-
masına və qrunt sularının səviyyəsinin yüksəlməsinə  səbəb olur. 
Bundan başqa  ərinti və sel sularını su hövzələrində toplamaq və 
həmin sudan bitkilərin böhranlı dövrlərində suvarma məqsədilə 
istifadə etmək olar. Su rejiminin fəal yolla nizamlanmasında tor-
paqda nəmliyin toplanmasını, qorunub saxlanmasını  və  səmərəli 
istifadə olunmasını  təmin edən xüsusi aqrotexniki tədbirlərdən 
geniş istifadə edilir. 
Suvarılmayan torpaqlarda, kifayət qədər nəmliyi olmayan və 
qeyri-sabit nəmlik  şəraitində bitkilərin məhsuldarlığı,  əsasən at-
mosfer çöküntüləri hesabına təmin olunduğuna görə, burada su 
rejiminin nizamlanmasında əsas məqsəd, torpağın su-fiziki xassə-
lərini yaxşılaşdırmaqla daha çox nəmlik ehtiyatı yaradan becərmə 
üsullarının tətbiq edilməsindən ibarətdir. 
Qarın sovrulmasının,  ərinti və yağış sularının axmasının qar-
şısını almaq üçün torpaqda qarın və ərinti sularının saxlanılmasını 
təmin edən müxtəlif üsullar vardır. Qarı, tarlada quraşdırılan müx-
təlif süni maneələrlə: - çırpı, sipər, kövşən dərzləri və s. ilə sax-
lamaq olar. Bu maneələr qarı yaxşı saxlayır, lakin onların düzəldil-
məsi üçün çoxlu material, nəqliyyat vasitəsi və əmək məsarifi tələb 
olunduğuna görə az istifadə edilir. Qarın saxlanılması üçün az 
zəhmət tələb edən və daha məhsuldar hesab olunan qar tirələrinin 
yaradılması üsulundan istifadə olunur. Bu məqsədlə hakim külək-
lərin istiqamətinə köndələn qaydada olmaqla, bir-birindən 5-9 metr 
aralı, 40-70 sm hündürlüyündə qar tirələri düzəldilir. Qarın sov-
rulmasının qarşısını almaq üçün qar kipləşdirici alətlərdən istifadə 
edilə bilər. Cərgə və ya lentlərdə saxlanılan hündür boylu bitkilər, 
qış dövründə sahədə qarın daha yaxşı saxlanılmasını təmin edir. 
Sahədə kövşən qalıqlarının saxlanılması və torpağın yastıkəsən 
alətlərlə becərilməsi ilə qarın toplanması yaxşı nəticə verir. Mailli-
yi olan sahələrdə yağmurların və ərinti sularının saxlanılması, həm 
torpağın rütubət ehtiyatını artırır və həm də eroziya prosesinin qar-
şısını alır. Yamaclarda ərinti sularını saxlamaq üçün mailliyə 
köndələn istiqamətdə qar tirəsi düzəldilir, yaxud zolaqlarla qarın 
üzəri hər hansı materialla qaraldılır. Bu üsulda qarın qaralmış his-
səsi tez əriyir, zolaqlar arasında isə su saxlayan tirələr əmələ gəlir. 


81 
Torpaqdan rütubətin buxarlanmasının qarşısını almaq üçün 
kapillyar suyun yuxarı qalxmasını  və su buxarının diffuziyasının 
zəifləməsini təmin edən əlverişli əkin qatı quruluşu yaradılmalıdır. 
Bu məqsədlə torpağın üst 0-4 sm qatı yumşaq vəziyyətdə saxlanılır, 
4-6 sm dərinlikdə isə kipləşmiş qat yaradılır ki, bu zaman qaz 
mübadiləsi və torpaqdan su buxarının diffuziyası dayanır. Torpağı 
kipləşdirmək və eyni zamanda yumşaltmaqla istənilən  əkin qatı 
quruluşunu yaratmaq üçün vərdənə və maladan istifadə olunur. 
Torpaqda rütubəti saxlamaq üçün sahə alaq otlarından mün-
təzəm təmizlənməlidir.  
Rütubətliyi yüksək olan bölgələrdə yuyulan tipli su rejimi üs-
tünlük təşkil edir. Torpaq suyunun qrunt sularına və ya su bu-
raxmayan qata süzməsi, bu bölgədə torpağın həddindən çox 
nəmlənməsinə  səbəb olur. Çox nəmlənmənin təsirindən torpaq 
kipləşir, quruma zamanı isə qalın qaysaq əmələ gətirir. Su torpağın 
bütün məsamələrini doldurduqda, hava sıxışdırılıb çıxarıldığına 
görə, aerob mikroorqanizmlərin həyat fəaliyyəti zəifləyir və bitki 
köklərinin hava ilə təmin olunması çətinləşir. 
Çox nəmlənmiş sahələrdə su rejiminin nizamlanmasında məq-
səd, artıq nəmliyi torpaqdan kənarlaşdırmaqdan ibarətdir. Bu mə-
sələ meliorativ tədbirlərlə və xüsusən bataqlıqların qurudulması ilə 
həll olunur. Torpağın qurudulmasının  ən yaxşı üsulu drenlərdən 
istifadə etməkdir. Örtülü drenlərin qurulması əkin sahələrinin həc-
mini azaltmır və tarla işlərinin yerinə yetirilməsinə mane olmur. 
Drenlərdə toplanan su, lazımi halda suvarma suyu kimi istifadə 
edilə bilər. 
Çox nəmlənmiş torpaqlarda su rejimi əkin qatının dərinləşdi-
rilməsi, yuvaaçma, yamacın eninə doğru ensiz güzlərlə  şumlama
tirəyə səpin və s. kimi xüsusi tədbirlər aparılmaqla nizamlanır. 
Kənd təsərrüfatı bitkilərinin suvarılmasında  əsas məqsəd müx-
təlif üsullarda kök sisteminin yerləşdiyi aktiv torpaq qatında mü-
vafiq nəmlik rejimi yaratmaqdır.Suvarma üsullarından hər birinin 
tətbiq dairəsi ərazinin torpaq, iqlim və təsərrüfat şəraiti ilə əlaqə-
ləndirilməsi və iqtisadi cəhətdən əsaslandırılmalıdır. 
 


82 
VI. Suvarmanın növləri və üsulları 
 
Suvarmada əsas məqsəd torpaqda çatışmayan rütubəti bərpa et-
mək, becərilən kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə 
onların inkişaf fazalarında tələb etdiyi miqdarda suyun çatışma-
mazlığını nizamlamaqdır. Bu da əsasən torpağın lazımı  qədər 
nəmliklə  təmin olunmadığı  ərazilərdə, bölgələrdə aparılır. Ümu-
miyyətlə suvarma torpağın münbitliyini artırır, torpağın fiziki-kim-
yəvi, su-fiziki, istilik və bioloji xüsusiyyətlərini, suvarılan ərazinin 
mikroiqlimini  əlverişli istiqamətdə  dəyişdirir ki, bu da becərilən 
kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına və nəhayət 
məhsulun keyfiyyətinə müsbət təsir edir. Ancaq yadda saxlamaq 
lazımdır ki, kənd təsərrüfatı bitkilərinin becərilməsi zamanı 
suvarma ilə yanaşı aqrotexniki tədbirlərə  də düzgün və vaxtında 
əməl olunmalıdır.Akademik A.N.Kostyakov qeyd edir ki, ”aqrono-
miya tədbirləri, torpaqda struktur yaradılması, növbəli əkin tətbiq 
edilməsi və suvarılan tarlalarda torpaqqoruyucu meşə zolaqları 
salınması suvarmaya sərf olunan suyu minumuma çatdırmağa, 
mövcud su sərvətlərindən qənaətlə istifadə etməyə və qənaət edil-
miş su hesabına suvarılan sahələri genişləndirməyə imkan verir”. 
Uzun müddətli suvarma əkinçiliyinin tətbiqi nəticəsində azməh-
suldar  ərazilərin yerində yeni coğrafi landşaftlar, yüksək mədəni-
ləşdirilmiş sahələr yaranmışdır. Ancaq bəzi əkinçilik mədəniyyəti 
tam həllini tapmadığı üçün dəyişiklik dövründə bir çox nöqsanlar 
ortaya çıxmış və əkinə yararlı torpaq sahələri deqredasiyaya məruz 
qalmış,  şoranlaşma, bataqlaşma  əmələ  gəlmişdir.Ona görədə su-
varma işlərinin düzgün yerinə yetirilməsi məqsədilə yeni suvarma 
üsullarının və növlərinin öyrənilməsi üzərində  tədqiqatlar aparıl-
malıdır. 
Torpağın nəmləndirilməsi, gübrələnməsi, istiləşdirilməsi, təmiz-
lənməsi və s məqsədlərlə aparılan suvarmalara suvarma növü de-
yilir. Nəmləndirmə (rütubətləndirmə) məqsədilə aparılan suvarma-
lar birdəfəlik və müntəzəm suvarmalara ayrılır.Kənd təsərrüfatı 
bitkilərinin tələb etdiyi vaxtlarda, müəyyən olunmuş normada sa-
hənin su ilə təmin edilməsi müntəzəm suvarma adlanır. Daşqınlar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə