T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
43
olaraq... buradan özünə doğma görünən, daxilən yaxın olan
fikirləri, rasional toxumları əxz etməklə, onları öz romantik
təbiətindən, mənəvi aləmindən, bədii idrakından süzüb keçirt-
mişdir. Onun estetik idealı kimi təzahür edən gözəllik və
məhəbbət səltənəti güclü insanların, böyük şəxsiyyətlərin
qəhrəmanlıq fəaliyyəti ilə mümkün olur. Böyük sənətkarın
qəhrəman insan obrazları özlərinin polad iradəsi, aydın
məqsədi, zəngin mənəviyyatı, sönməz ehtirası ilə seçilirlər
(Şeyx Sənan, Peyğəmbər, Topal Teymur, Səyavuş, Xəyyam).
Onlar “dünyanın qəhrəmanlıq əhvalını” (Hegel) təcəssüm et-
dirirlər” (160, 64-65).
XX əsrin əvvəlləri professional teatrımızın da sürətli
inkişafı mərhələsi kimi ayrıca maraq doğurur. M.F.Axund-
zadənin səhnənin milli şüurun oyanışında, inkişafında oyna-
dığı müstəsna rolu barədə fikir və mülahizələri 1873-cü ildə
onun “Hacı Qara” komediyasının tamaşaya qoyulması ilə
reallaşdı. Axundzadənin ideyaları öz gerçək kütləvi həllini isə
XX əsrin əvvəllərində tapmış oldu. Səciyyəvidir ki, o dövrün
yaradıcı şəxsiyyətlərinin çox böyük əksəriyyəti bu və ya digər
dərəcədə səhnə əsəri yazmaqla, dramaturgiya ilə məşğul idilər.
C.Məmmədquluzadə,
Ə.Haqverdiyev, Ü.Hacıbəyov, N.
Vəzirov, N.Nərimanov və H.Cavidin qələmindən çıxmış
pyeslər – dram, məzhəkə və faciə əsərləri milli teatrın çiçək-
lənməsində,
professional
rejissor
və
aktyor
nəslinin
(C.Zeynalov, H.Ərəblinski, H.Abbasov, Sidqi Ruhulla,
M.Əliyev, H.Sarabski, Ə.Ağdamski və b.) yetişməsində misil-
siz rol oynayırdı. Maraqlıdır ki, Qərb və rus dramaturgiyasının
Şekspir, Höte, Şiller, Qoqol, Puşkin, Ostrovski, İbsen, Tolstoy,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
44
Qorki kimi korifeylərindən tərcümələr və teatr tamaşaları da
məhz bu dövrə təsadüf edir. Məsələn, Şekspirin “Otello”
faciəsinin H.Vəzirov tərəfindən tərcümə edilib səhnədə
göstərilməsi böyük bir mədəni hadisəyə çevrilmişdi.
Şekspir yaradıcılığından nümunənin Azərbaycan dilinə
ilk tərcüməçisi Haşım bəy Vəzirov (1868-1916) Qarabağ əsil-
zadələrindən idi və dövrünün mükəmməl təhsilini almışdı. O,
İrəvan seminariyasını bitirdikdən sonra 19 il Azərbaycanın
müxtəlif şəhər və kəndlərində müəllimlik etmiş, eyni zamanda,
ədəbi-publisistik fəaliyyət göstərmişdi. Ədəbiyyatşünas
Ağarəfi Zeynalov ədib haqqında apardığı xüsusi tədqiqatda
(157, 3-8) göstərir ki, “imperator ikinci Nikolayın tacgüzarlığı
münasibətilə azəri türkləri tərəfindən Şuşa şəhərində “Müsəl-
mani-rus” məktəbi açılır. Haşım bəyi bu məktəbə müəllim və
məktəb naziri (müdiri) dəvət edirlər. ...Haşım bəy şəhərin
mədəni hərəkatında yaxından iştirak edirdi. 1904-cü ildə onun
tərcüməsində V.Şekspirin məşhur “Otello” faciəsi ilk dəfə
Şuşada tamaşaya qoyulur. Otello rolunda Haşım bəy, Yaqo
rolunda isə Məhəmməd Həsənbəy çıxış edir. Bu, şəhərin
ictimai həyatında görkəmli hadisəyə çevrilir” (157, 3).
H.Vəzirov kimi ziyalıların timsalında qərbçilik meyilləri
getdikcə güclənir və davamlı bir tendensiyaya çevrilirdi. Bu
ziyalılar Avropa ədəbiyyatına, teatrına, fəlsəfəsinə, ictimai
fikrinə can atmaqla Şərq və Qərb mədəniyyətlərinin qovuşa-
ğında Azərbaycanı dünya tərəqqisinə inteqrasiya etməyi qarşı-
larına məqsəd qoyur və müəyyən mənada istədiklərinə nail
olurdular. Teatrın tərəqqisi öz növbəsində teatr tənqidinin də
inkişafına geniş imkanlar açmış olurdu. Dövrün ədəbi
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
45
tənqidində teatr məsələri mühüm bir qat təşkil edirdi.
XX əsrin əvvəllərində Azərbaycan teatrında hansı əsər-
lərin tamaşaya qoyulması və bu tamaşaların bədii dəyərlərinin
öyrənilməsi baxımından onlar barədə yazılmış resenziya və
məqalələr olduqca etibarlı və dəyərli qaynaqdır. Bu resenziya
və məqalələrdən öyrənmək olur ki, “Yağışdan çıxdıq, yağmura
düşdük”, “Müsibəti-Fəxrəddin”, “Ağa Məhəmməd şah Qacar”,
“Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ədirnənin fəthi”, “Ağa Kə-
rim xan Ərdəbili” kimi dram əsərləri, “Leyli və Məcnun”,
“Fərhad və Şirin”, “Əsli və Kərəm” kimi operalar, “Arşın mal
alan”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Evliykən
subay” kimi operettalar o zaman tamaşaya qoyulmuşdur.
Həmin dövrdə, eləcə də Avropa, rus və Türkiyə dramaturq-
larının “Otello”, “Qaçaqlar”, “Müfəttiş”, “Vətən”, “Zavallı co-
cuq”, “Dəmirçi Gavə” kimi əsərlərinin də tamaşaya qoyul-
duğunu yenə həmin tənqidi məqalə və resenziyalardan öyrən-
miş oluruq. N.Nərimanov, Ü.Hacıbəyov, M.S.Axundov,
H.İ.Qasımov, İ.X.İbrahimov və başqaları teatr tənqidi ilə mün-
təzəm məşğul olur, bu mühitdə gedən prosesləri, baş verən
yenilikləri və təbii ki, qüsurlu halları operativcəsinə qeydə alır
və realistcəsinə qiymətləndirirdilər.
Çoxsaylı tədqiqatlar XX əsr ədəbiyyatının, mətbuatın və
teatrın ictimai-milli şüurun oyanışında, xalqın özünüdərkində,
yüksəliş və tərəqqisində müstəsna rolunu çoxdan sübut
etmişdir. Böyük siyasi fırtınalara, Birinci Cahan Müharibəsinə,
çarizmin süqutu, monarxizmin iflası və Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması mərhələsinə təsadüf edən həmin
dövrün ədəbi-mədəni həyatı coşqun inkişaf tapmış və bu gün
Dostları ilə paylaş: |