T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə14/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
43 
olaraq...  buradan  özünə  doğma  görünən,  daxilən  yaxın  olan 
fikirləri,  rasional  toxumları  əxz  etməklə,  onları  öz  romantik 
təbiətindən,  mənəvi  aləmindən,  bədii  idrakından  süzüb  keçirt-
mişdir.  Onun  estetik  idealı  kimi  təzahür  edən  gözəllik  və 
məhəbbət  səltənəti  güclü  insanların,  böyük  şəxsiyyətlərin 
qəhrəmanlıq  fəaliyyəti  ilə  mümkün  olur.  Böyük  sənətkarın 
qəhrəman  insan  obrazları  özlərinin  polad  iradəsi,  aydın 
məqsədi,  zəngin  mənəviyyatı,  sönməz  ehtirası  ilə  seçilirlər 
(Şeyx  Sənan,  Peyğəmbər,  Topal  Teymur,  Səyavuş,  Xəyyam). 
Onlar  “dünyanın  qəhrəmanlıq  əhvalını”  (Hegel)  təcəssüm  et-
dirirlər” (160, 64-65). 
XX  əsrin  əvvəlləri  professional  teatrımızın  da  sürətli 
inkişafı  mərhələsi  kimi  ayrıca  maraq  doğurur.  M.F.Axund-
zadənin  səhnənin  milli  şüurun  oyanışında,  inkişafında  oyna-
dığı  müstəsna  rolu  barədə  fikir  və  mülahizələri  1873-cü  ildə 
onun  “Hacı  Qara”    komediyasının  tamaşaya  qoyulması  ilə 
reallaşdı. Axundzadənin ideyaları  öz gerçək kütləvi həllini isə 
XX əsrin əvvəllərində  tapmış oldu. Səciyyəvidir ki, o dövrün 
yaradıcı şəxsiyyətlərinin çox böyük əksəriyyəti bu və ya digər 
dərəcədə səhnə əsəri yazmaqla, dramaturgiya ilə məşğul idilər. 
C.Məmmədquluzadə, 
Ə.Haqverdiyev,  Ü.Hacıbəyov,  N. 
Vəzirov,  N.Nərimanov  və  H.Cavidin  qələmindən  çıxmış 
pyeslər  –  dram,  məzhəkə  və  faciə  əsərləri  milli  teatrın  çiçək-
lənməsində, 
professional 
rejissor 
və 
aktyor 
nəslinin 
(C.Zeynalov,  H.Ərəblinski,  H.Abbasov,  Sidqi  Ruhulla, 
M.Əliyev, H.Sarabski, Ə.Ağdamski və b.) yetişməsində misil-
siz rol oynayırdı. Maraqlıdır ki, Qərb və rus dramaturgiyasının 
Şekspir, Höte, Şiller, Qoqol, Puşkin, Ostrovski, İbsen, Tolstoy, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
44 
Qorki    kimi  korifeylərindən  tərcümələr  və  teatr  tamaşaları  da 
məhz  bu  dövrə  təsadüf  edir.  Məsələn,  Şekspirin  “Otello” 
faciəsinin  H.Vəzirov  tərəfindən  tərcümə  edilib  səhnədə 
göstərilməsi böyük bir mədəni hadisəyə çevrilmişdi. 
Şekspir  yaradıcılığından  nümunənin  Azərbaycan  dilinə 
ilk tərcüməçisi Haşım bəy Vəzirov (1868-1916) Qarabağ əsil-
zadələrindən  idi  və  dövrünün  mükəmməl  təhsilini  almışdı.  O, 
İrəvan  seminariyasını  bitirdikdən  sonra  19  il  Azərbaycanın 
müxtəlif şəhər və kəndlərində müəllimlik etmiş, eyni zamanda, 
ədəbi-publisistik  fəaliyyət  göstərmişdi.  Ədəbiyyatşünas 
Ağarəfi  Zeynalov  ədib  haqqında  apardığı  xüsusi  tədqiqatda 
(157, 3-8) göstərir ki, “imperator ikinci Nikolayın tacgüzarlığı 
münasibətilə  azəri  türkləri  tərəfindən  Şuşa  şəhərində  “Müsəl-
mani-rus”  məktəbi  açılır.  Haşım  bəyi  bu  məktəbə  müəllim  və 
məktəb  naziri  (müdiri)  dəvət  edirlər.  ...Haşım  bəy  şəhərin 
mədəni hərəkatında yaxından iştirak edirdi. 1904-cü ildə onun 
tərcüməsində  V.Şekspirin  məşhur  “Otello”  faciəsi  ilk  dəfə 
Şuşada  tamaşaya  qoyulur.  Otello  rolunda  Haşım  bəy,  Yaqo 
rolunda  isə  Məhəmməd  Həsənbəy  çıxış  edir.  Bu,  şəhərin 
ictimai həyatında görkəmli hadisəyə çevrilir” (157, 3). 
H.Vəzirov  kimi  ziyalıların  timsalında  qərbçilik  meyilləri 
getdikcə  güclənir  və  davamlı  bir  tendensiyaya  çevrilirdi.  Bu 
ziyalılar  Avropa  ədəbiyyatına,  teatrına,  fəlsəfəsinə,  ictimai 
fikrinə  can  atmaqla  Şərq  və  Qərb  mədəniyyətlərinin  qovuşa-
ğında Azərbaycanı dünya tərəqqisinə inteqrasiya etməyi qarşı-
larına  məqsəd  qoyur  və  müəyyən  mənada  istədiklərinə  nail 
olurdular.  Teatrın  tərəqqisi  öz  növbəsində  teatr  tənqidinin  də 
inkişafına  geniş  imkanlar  açmış  olurdu.  Dövrün  ədəbi 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
45 
tənqidində teatr məsələri mühüm bir qat təşkil edirdi. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  teatrında  hansı  əsər-
lərin tamaşaya qoyulması və bu tamaşaların bədii dəyərlərinin 
öyrənilməsi  baxımından  onlar  barədə  yazılmış  resenziya  və 
məqalələr  olduqca  etibarlı  və  dəyərli  qaynaqdır.  Bu  resenziya 
və məqalələrdən öyrənmək olur ki, “Yağışdan çıxdıq, yağmura 
düşdük”, “Müsibəti-Fəxrəddin”, “Ağa Məhəmməd şah Qacar”, 
“Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ədirnənin fəthi”, “Ağa Kə-
rim  xan  Ərdəbili”  kimi  dram  əsərləri,  “Leyli  və  Məcnun”, 
“Fərhad və Şirin”, “Əsli və Kərəm” kimi operalar, “Arşın mal 
alan”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Evliykən 
subay”  kimi  operettalar  o  zaman  tamaşaya  qoyulmuşdur. 
Həmin  dövrdə,  eləcə  də  Avropa,  rus  və  Türkiyə  dramaturq-
larının “Otello”, “Qaçaqlar”, “Müfəttiş”, “Vətən”, “Zavallı co-
cuq”,  “Dəmirçi  Gavə”  kimi  əsərlərinin  də  tamaşaya  qoyul-
duğunu  yenə həmin tənqidi məqalə və resenziyalardan öyrən-
miş  oluruq.  N.Nərimanov,  Ü.Hacıbəyov,  M.S.Axundov, 
H.İ.Qasımov, İ.X.İbrahimov və başqaları teatr tənqidi ilə mün-
təzəm  məşğul  olur,  bu  mühitdə  gedən  prosesləri,  baş  verən 
yenilikləri və təbii ki, qüsurlu halları operativcəsinə qeydə alır 
və realistcəsinə qiymətləndirirdilər. 
Çoxsaylı  tədqiqatlar  XX  əsr  ədəbiyyatının,  mətbuatın  və 
teatrın ictimai-milli şüurun oyanışında, xalqın özünüdərkində, 
yüksəliş  və  tərəqqisində  müstəsna  rolunu  çoxdan  sübut 
etmişdir. Böyük siyasi fırtınalara, Birinci Cahan Müharibəsinə, 
çarizmin  süqutu,  monarxizmin    iflası  və  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  yaranması    mərhələsinə  təsadüf  edən  həmin 
dövrün  ədəbi-mədəni  həyatı  coşqun  inkişaf  tapmış  və  bu  gün 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə