T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
31 
məqamda  meydana  çıxırdı.  Beləcə  zamanın  hökmü  və  diqtəsi 
ilə qarşıya qoyulan tələblər, sosial sifarişlər, günün ədəbi-bədii 
ehtiyac  və  zərurətləri  sənətin  “Füyuzat”çıların  şəxsində  və 
nümunəsində  ali,  əbədi  və  əzəli  prinsipləri,  onun  fövqəladə 
dəyərləri ilə qarşı-qarşıya gəlirdi. 
“Füyuzatçılıq” bəşəri  və  milli  dəyərlərə söykənən ideya-
estetik  platforma  və  mədəniyyət  konsepsiyasıdır.  Əli  bəy 
Hüseynzadə başda olmaqla böyük bir yaradıcı ziyalı qrupu XX 
əsrin ilk  illərindən etibarən “Füyuzat” jurnalı və onun ideya-
estetik  platformasında  duran  mətbuat  orqanları  ətrafında 
birləşməklə  bu  konsepsiyanı  yaradıb  ictimai  şüura,  islami-
türkçü  təfəkkürə,  milli  ədəbi-bədii  düşüncəyə  daxil  etməyə 
nail olmuşlar. 
Hələ  xeyli  əvvəl  ümumxalq  təfəkküründə  formalaşmış 
milli  istiqlal,  dini  və  elmi  dəyərlərin  eyni  dərəcədə  mənim-
sənilməsinin  vacibliyi,  milli  birlik  və  tərəqqi,  vətən  və  vətən-
daşlıq,  turançılıq,  azərbaycançılıq,  qərbçilik  və  s.  “Füyuzat” 
çıların  ictimai-siyasi  görüşlərində  və  mədəniyyət  konsep-
siyasında əsas  məsələlər idi. “Füyuzat”çılar ictimai inkişaf və 
tərəqqiyə təkan verəcək bu ideyaların milli düşüncənin malına 
çevrilməsi  üçün  çox  ciddi  iş  görürdülər.  Görülən  işlər  geniş 
miqyaslı  və  müxtəlif  istiqamətli  idi.  “Füyuzat”çı  jurnallarda 
çap  olunan  ədəbi-bədii,  elmi-fəlsəfi,  ictimai-siyasi  məzmunlu 
yazılarda  bu  ideyaların  tarixi  və  müasir  anlamdakı  mahiyyəti 
haqqında hərtərəfli məlumat verilirdi (148, 267). 
Vaxtilə  böyük  Mirzə  Fətəlinin  “əgər  xalq  tərbiyə  edil-
məzsə,  bütün  camaat  savadlı  olmazsa,  çəkdiyimiz  bütün  zəh-
mət heçə-puça çıxacaqdır” (4, 353)- xəbərdarlığı və ali vətən-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
32 
daş narahatlığı “Füyuzat” jurnalının doğuluşu üçün də mühüm 
milli-mənəvi stimul rolunu oynayırdı. Ziddiyyət və fərq yalnız 
bu tərbiyəyə yönəltmənin yol, üsul və vasitələrinə münasibətdə 
üzə çıxırdı. Sənətin varlığa estetik münasibəti kimi kardinal bir 
ədəbi problemin qoyuluşunda, dil məsələlərində müəyyən ifrat 
meyllərinə, yaradıcılıqda nəzəri şəkildə yalnız romantizm cərə-
yanını  qeyd-şərtsiz  müdafiə  etməsinə  baxmayaraq,  “Füyuzat” 
dövrün başqa qəzet və məcmuələri ilə müqayisədə daha geniş, 
daha  zəngin  fikir  orbitinə,  ideya  istinadları  və  mənbələrinə 
malik  idi.  Təsadüfi  deyildi  ki,  türkçülüyün  (marksist 
mənbələrdə “pantürkizm”) bir ideoloji, bir etnopsixoloji sistem 
kimi  doğuluşu  məhz  bu  jurnalın  adı  ilə  bağlıdır.  Bu  gün 
“Füyuzat”ın  naşiri  və  baş  redaktoru,  ensiklopedik  bilik  sahibi 
Əli  bəy  Hüseynzadə,  çox  haqlı  olaraq,  ümumtürk  tarixində 
“türkçülüyün” mənəvi atası kimi xatırlanır və qiymətləndirilir. 
Bizim  mövzumuzla  bağlı  deməliyik  ki,  “Füyuzat”ın  və 
“Füyuzat”çı  mətbu  orqanların  ən  böyük  tarixi  xidmətlərindən 
biri  də  odur  ki,  Qərbə  –  Avropaya  mədəni  inteqrasiya,  dünya 
elmi  və  texnikası  ilə  silahlanmaya  ən  davamlı  çağırış  –  
M.F.Axundzadənin  və  onun  ardıcılı  Həsən  bəy  Zərdabidən 
sonra  məhz  onların  səhifələrində  ifadə  olunurdu.  Qərbin  və 
Rusiyanın Şekspir, Volter, Bayron, Höte, Darvin, Şiller, Fixte, 
Şopenhauer,  Meçnikov,  Tolstoy,  Hüqo,  Mendeleyev  və  gör-
kəmli elm, sənət adamları barədə ilkin geniş informasiya, onla-
rın  əsərlərindən  nümunələr,  fikirlərindən  sitatlar  bu  jurnalın 
səhifələrində verilirdi. 
Əhməd  bəy  Ağaoğlu  Bakıda  rus  dilində  çıxan  “Kaspi” 
qəzetinin  bir  sayında  yazırdı:  “Tərbiyənin  əsasına  daxil  edil-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
33 
məli  olan  ümumbəşəri  ideya  və  hissləri  almaq  üçün  biz  hara 
müraciət etməliyik? Aydındır ki, Qərbə”. (Bax: 92)  Sonradan 
“Həyat”  qəzetinə  redaktorluq  edən  Ə.Ağaoğlu  bu  qənaətini 
həmin qəzetin səhifələrində dərc etdirdiyi silsilə məqalələrində 
daha da dərinləşdirir və müasirləşməyə, mədəniləşməyə gedən 
yolun  məhz  Avropadan  keçdiyini  dönə-dönə  xatırladırdı. 
Amma  avropalaşmaq  adı  altında  milli  və  dini  dəyərlərdən 
imtina etmək yox, əksinə, təməl olaraq onların üzərində Avro-
pa  dəyərlərinə  –  Avropanın  elminə,  maarifinə,  sənayesinə 
yiyələnmək ön plana çıxarılırdı. "İslamsız türkə nicat  yoxdur" 
şüarı füyuzatçıların başlıca amallarından biridir. Həm "Həyat" 
qəzeti,  həm  də  "Füyuzat"  jurnalının  başlıca  amalı,  milli-
mənəvi  dəyərlərin  Avropanın  mütərəqqi  dəyərləri  ilə  daha  da 
təkmilləşdirilməsi və modernləşdirilməsi idi. 
Təsadüfi  deyildir  ki,  sonradan  sovet  ədəbiyyatşünaslığı, 
marksist estetika öz ideolojisinə uyğun olaraq, ümumən həmin 
dövrün  mətbuatını  uzun  müddət,  (əsasən  XX  əsrin  90-cı 
illərinə  kimi),  “bolşevik  mətbuatı”,  “tənqidi  realist  mətbuat” 
və  “burjua  mətbuatı”  adı  altında  təsnif,  daha  doğrusu,  təftiş 
edirdi.  Hətta  bu  mətbuatda  süni,  zorakı  qarşıdurmalar  yarat-
maqdan  da  çəkinmirdi.  Və  həmin  ideologiyaya  uyğun  olaraq 
ədəbiyyatda  da  “burjua  ədəbiyyatı”  deyilən  bir  termin  icad 
edildi.  Ədəbiyyatın  bu  şəkildə  “sinifləşdirilməsi”,  həmin 
ədəbiyyatşünaslığa, ilk növbədə əsrin əvvəllərində olmayan bir 
ədəbiyyata  –  bolşevik  ədəbiyyatına  viza  vermək  üçün  lazım 
idi:  burjua  ədəbiyyatı  varsa,  deməli,  partiyalı  bolşevik  – 
inqilabi  ədəbiyyat  da  vardır.  Belə  vulqar-sosioloji  baxışlar 
sisteminin  nəticəsi  idi  ki,  həmin  “burjua  ədəbiyyatı”  ifadə-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə