T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
25 
ruhlu  ziyalı  zümrəsinin  şəxsində  və  nümunəsində  baş  verirdi. 
İlk milli mətbuatı, ilk nəşr-çap qurumlarını, ilk “dərsi - üsuli-
cədid”i  (M.Ə.Sabir)  də  bu  ziyalılar  yaradır,  onu  geniş  xalq 
kütlələrinin  istifadəsinə  verirdilər.  Bu  ziyalılar  bir  tərəfdən, 
Azərbaycan  mədəniyyətinin  milli  müstəqilliyi  uğrunda,  yeni 
tarixi  mərhələdəki  adət-ənənələrilə  davam  və  inkişafı  naminə 
mübarizə  aparır,  bu  mədəniyyəti  mənəvi  aşınmadan  qoruyur, 
ona  qarşı  düşmən  hücumlarını  dəf  edir,  digər  tərəfdən  isə 
həmin mədəniyyətin dünya, xüsusilə Qərb və rus mədəniyyəti 
ilə fəal təmasının yaranmasına böyük səy göstərirdilər. 
M.F.Axundzadə  ilə  təşəkkül  etmiş  yeni  ruhlu  milli 
dünyagörüşə yiyələnmək, xalqı aparıcı elmi, sosial-fəlsəfi, mə-
dəni-mənəvi,  ədəbi-bədii  dəyərlərlə  silahlandırmaq  və  maarif-
ləndirmək  təşəbbüsləri,  bu  istiqamətdə  Avropanı  –  Qərbi,  rus 
demokratik  fikrini  oriyentir  seçmək  arzusu  və  səyləri  XIX 
əsrin  ikinci  yarısında  öz  çoxşaxəli  və  kütləvi  həllini  məhz  bu 
yaradıcı ziyalıların fəaliyyətində tapırdı. Xüsusilə əsrin 50-60-
cı  illərindən  başlayaraq  tam  bir  ədəbi-mədəni  cərəyan  kimi 
boy göstərən maarifçilik hərəkatı həmin ziyalıların yaradıcılığı 
ilə  üzvi  şəkildə  çulğaşaraq  inqilabi-demokratik  məzmun  kəsb 
etməyə başlayırdı. Bu da hər şeydən əvvəl, özünü maarifçi rea-
lizmin və bu realizmə xas olan ədəbi janrların, məsələn, dram, 
hekayə,  povest,  habelə  başqa  şeir  və  nəsr  şəkillərinin  kütlə-
viləşməsi,  yeni  mətbuat  orqanlarının  və  publisistikanın  yaran-
ması və maarifçiliyin artıq ictimai hərəkat xarakteri almasında 
göstərirdi. Maarifçilik və maarifçi realizm də elə bu məqamda 
artıq bir nəfərin – Mirzə Fətəli Axundzadənin yox, geniş dairə-
də  şair  və  yazıçıların,  yaradıcı  ziyalı  təbəqəsinin  metodu  ola 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
26 
bilir.  M.F.Axundzadə  kimi  nadir  bir  ədəbi  şəxsiyyətin  sənət 
təcrübəsinə  istinadən  artıq  yetkin,  hazırlıqlı  ədəbiyyat  nüma-
yəndələri, estetik sistemlər təşəkkül tapmağa başlayır. Drama-
turgiya,  nəsr,  tənqid,  fəlsəfi,  publisistika  –  vaxtilə  yalnız 
Axundzadə ilə təmsil və ifadə olunan sosial-mədəni quruculuq 
təşəbbüsləri XIX əsrin sonlarında və XX əsrin əvvəllərində öz 
peşəkar  ardıcıllarını  yaradır.  Bu  dövrdə  “bütünlükdə  milli 
mütərəqqi mətbuat və teatr, məktəb və pedaqoji fikir, tərcümə, 
tənqid  və  estetika  hamısı  birlikdə  maarif,  intibah  və  realizm 
uğrunda  mübarizənin  ideoloji  və  ideya  –  təşkilati  işin  fəal 
cəbbəxanasına çevrilir” (35, 126). 
İctimai-tarixi şəraitin və yeni dünya nizamının hökmü ilə 
irəli  sürülən  yeniləşmə  və  müasirləşmə  tələbinin  təsiri  altında 
orta  əsrlərdən  miras  qalmış  ortodoksal  ədəbi  təsisatlar  da  bir-
bir  sıradan  çıxmağa  başlayır;  epiqonçu,  Füzuliyə  təqlidən 
yaradılan  qəzəl  ənənəsi,  mərsiyə-mədhiyyə,  məsnəvi-qəsidə 
ədəbiyyatı  da  öz  hegemonluğundan  əl  çəkməli  olur.  “Ədəbi 
hərəkata və bədii inkişafa məxsus təzadlı, dialektik mürəkkəb-
liyin  tipoloji  spektrini  də  onun  yeni,  artıq  maarifçi-realist 
təmayüllə dini mürtəce anti-ədəbiyyat  yox, maarifçi-demokra-
tik  ədəbiyyatın  öz  daxili  yolları  və  zidd  istiqamətləri  təşkil 
edir” (35, 126). 
XX  əsrin  əvvəllərindəki  ədəbi  hərəkatın  əsas  nümayən-
dələri Y.Qarayevin qeyd etdiyi həmin “daxili yollar” və “zidd 
istiqamətlər”  M.F.Axundzadəyə  münasibətdə  həmişə  ortaq 
olublar: “molla nəsrəddinçilər” də, “füyuzatçılar” da bu böyük 
adı  həmişə  hörmət  və  ehtiramla  yad  etmiş,  ondan  məktəb  və 
mənbə  kimi  bəhrələnmişlər.  XX  əsrin  əvvəllərindəki  ədəbi-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
27 
mədəni  gerçəklik,  sözün  ən  geniş  anlamında,  milli  müəyyən-
liyin etirafı, təsdiqi və təsbiti uğrunda şüur döyüşləri gerçəkliyi 
idi. 
Çar Rusiyasında məlum siyasi-kütləvi, sosial-milli etiraz-
ların  nəticəsi  kimi  “17  oktyabr”  (1905-ci  il)  manifesti  adı  ilə 
tanınan  fərmanın  elan  edilməsindən  sonra  azlıqda  qalan  müs-
təmləkə xalqlarına müəyyən azadlıqların verilməsi bu prosesə, 
xüsusilə,  dönməz  xarakter  verdi.  Doğrudur,  “17  oktyabr” 
manifestindən – böyük ruh yüksəkliyi doğurmuş, milli azadlıq 
hərəkatına,  milli  ədəbi-mədəni  yüksəlişə  mühüm  zəmin 
yaratmış  bu  manifestdən  sonra  törədilən  qanlı  erməni-müsəl-
man  qarşıdurması  bədnam  Stolıpin  irticasının  meydana  çıx-
ması, imperiyanın öz mövqeyini möhkəmlətmək yolunda atdı-
ğı mürtəce addımlar müvəqqəti bir ruh düşkünlüyü yaratsa da, 
artıq  başlanmış  bu  möhtəşəm  tarixi,  milli-mədəni  intibah 
prosesinə nəinki  mane ola bilmədi, əksinə,  milli azadlıq hərə-
katını,    milli  istiqlal  ideyalarını  daha  da  gücləndirdi.  Bu  ba-
xımdan  Əhməd  bəy  Ağaoğlunun  Əli  bəy  Hüseynzadəyə  ün-
vanladığı  müraciət  həmin  dövrün  ab-havasını  çox  səciyyəvi 
şəkildə  ifadə  edir:  “Bəradərim  Hüseynzadə,  sehr  və  əfsunun 
olmadığını  nədən  bildiniz?  Bu  qədər  naümidlik  nədən  hasil 
oldu? Məgər haman məcmuənizdə əşari-həyat bəhsini tərcümə 
etdiginiz alman şairi-məşhuri Höte və  yainki haman  məcmuə-
nizdə  tərcümeyi-halını  bəyan  buyurduğunuz  Midhət  Paşa 
əfsunkar  sehr  degilmidilər?!  Məgər  bunlar  bir  qüvveyi-cazi-
beyi-ruhaniyyə, bir səfayi-qəlb, sədaqəti-ruh, ülviyyəti-fikir və 
hissiyat  sahəsində,  haləti-məmatda  nümayiş  edən  öz  millət-
lərinə,  öz  taifələrinə  tazə  bir  həyat,  tazə  bir  ruh  vermədilər?! 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə