T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə5/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
15 
yət tariximizin bu öyrənilməmiş səhifələrinə  yenidən  müraciıt 
etməklə  biz  Azərbaycanşünaslığın  kulturoloji  baxımdan  daha 
dolğun  elmi-nəzəri müddəalarla zənginləşməsinə imkan yara-
dırıq. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
16 
I FƏSİL 
 
XX ƏSRİN ƏVVƏLLƏRİ AZƏRBAYCAN 
ƏDƏBİ MÜHİTİNDƏ MAARİFÇİLİK HƏRƏKATININ 
QƏRBƏ MEYLLƏRİ VƏ DİNƏ MÜNASİBƏTİ 
 
1.
 
İctimai fikirdə və ədəbi-mədəni düşüncədə  
Qərbə meyllərin təşəkkül tarixi 
 
Azərbaycanda  XX  əsrin  əvvəllərindəki  qərbçilik  meyil-
ləri  XIX  əsrin  maarifçilik  ideyaları  əsasında  yaranmış  hərə-
katın  bətnində  və  o  cümlədən  maarifçi  realizm  ədəbi  məktə-
binin məcrasında təşəkkül tapmışdır. 
Bu  gün  də  tarixçi-alim  və  tədqiqatçıların  təsdiq  etdiyi 
kimi,  çarizmin  müstəmləkəçilik  siyasətinə  baxmayaraq,  Azər-
baycanın  Rusiyaya  birləşdirilməsində  heç  kimin  iradəsindən 
asılı  olmayan  bir  sıra  obyektiv-mütərəqqi  cəhətlər  də  var  idi. 
Ölkədə  yerli  –  ara  müharibələri  dayandırılmış,  sülh  şəraiti  və 
dinclik hökm sürməyə başlamış, feodal münasibətlərinin dağıl-
ması  prosesi  sürətlənmişdi.  Azərbaycan  Rusiyadakı  və  bura-
dan da dünyadakı kapitalist münasibətlərinin inkişafı prosesinə 
cəlb  olunurdu.  İqtisadiyyatın  inkişafı  ilə  xalqın  maariflənməsi 
və  mədəni  tərəqqisi  də  artırdı.  “1861-ci  ildə  çar  Rusiyasında 
təhkimçilik hüququ ləğv ediləndən sonra, bu proses imperiya-
nın  müstəmləkəsi  altında  olan  əyalətlərdə  də  davamını  tapdı. 
Qafqazda, o cümlədən Azərbaycanda 1870-ci ildə kəndli isla-
hatı  keçirildi  və  burada  kapitalizmin  sürəkli  inkişaf  yolu  baş-
ladı. Ölkə öz tarixinin yeni mərhələsinə keçmiş oldu” (7, 4). 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
17 
Tədqiqatçı-alim,  prof.  V.Quliyev  haqlı  olaraq  yazır: 
“Tarixçilərin  müxtəlif  dövrlərin  ruhuna  münasib  şəkildə 
işlətdikləri  terminoloji  anlayışlardan  (“könüllü  daxil  olma”, 
“birləşmə”,  “birləşdirilmə”,  “ilhaq  edilmə”  və  s.)  asılı 
olmayaraq,  Rusiya  imperiyasının  XIX  əsrin  başlanğıcında 
Azərbaycana  ekspansiv  münasibəti  və  torpaqlarımızı  işğal 
etməsi  fakt  idi.  Lakin  o  da  faktdır  ki,  regionun  hətta  silah 
gücünə  də  olsa,  Rusiya  imperiyasına  daxil  edilməsi  istər 
məhsuldar  qüvvələrin,  istərsə  də  mədəni  həyatın,  maarifin  və 
ictimai fikrin inkişafına ilkin mərhələdə müəyyən müsbət təsir 
göstərmişdir” (40, 5). 
Humanist  ideyalarla  zəngin  olan  XIX  əsr  rus  klassik 
ədəbiyyatı  Azərbaycan  ziyalılarının  mədəni  inkişafında,  bədii 
yaradıcılıq  təfəkkürünün  dövrün  müasirlik  elementləri  ilə 
zənginləşməsində  mühüm  rol  oynayırdı.  Bizim  yaradıcı 
ziyalılar,  yazıçı  və  sənətkarlar  ilk  növbədə  rus  dili,  daha 
sonralar  isə  Qərb  dilləri  vasitəsilə  Avropa  elm  və  mədəniy-
yətinin  ayrı-ayrı  nümunələrinə,  o  dövrün  müasir  nailiyyətləri-
nə dərindən bələd olur və yeni inkişaf səviyyəsinə qovuşurdu-
lar.  Tədricən  ümumdünya  sivilizasiyasına  inteqrasiya  olmaq 
üçün  imkan  və  şərait  yaranırdı.  Özü  Qərb  azadfikirliliyi  və 
maarifçiliyindən bəhrələnən və getdikcə zənginləşən rus mədə-
niyyəti,  elm  və  incəsənəti  müstəmləkə  boyunduruğu  altında 
olan xalqlara, o cümlədən Azərbaycan xalqına mütərəqqi təsir 
göstərirdi. Rusiya və Avropaya açılan elm, maarif və mədəniy-
yət pəncərələri Azərbaycanın Şərq ədəbi-bədii ənənələrini yeni 
istiqamətdə  daha  da  zənginləşdirir,  onu  dünya  standartlarına 
cavab verən bir səviyyəyə qovuşmağa yönəldirdi. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
18 
Görkəmli  Danimarka  estetiki,  tənqidçisi  və    ədəbiyyat-
şünası Georq Moris Brandes (1842-1900) “XIX əsr ədəbiyyatı 
və  onun  başlıca  cərəyanlar  kitabında”  yazırdı:  “Ən  istedadlı 
xalqın  dahisi  də  ilhamını  ümumdünya  –bəşəri  təcrübədən 
almalıdır.  Bu  dahi  öz  ixtiyarına  buraxılanda  solur,  öləziyir. 
Yalnız  başqa  millətlərin  dahiləri  ilə  ünsiyyət  və  yaxınlıq  ona 
həmişə təravətli qalmaq üçün qüvvə verir” (8, 1). 
Böyük  alman  mütəffəkiri  və  sənətkarı  V.İ.Höte  hələ 
XVIII  əsrin  sonlarında  dünyada  gedən  mədəni  inteqrasiya 
proseslərinə  qiymət  verərək  göstərirdi  ki,  “indi  biz  ümum-
dünya  ədəbiyyatı  epoxasına  daxil  oluruq  və  hər  kəs  bu 
epoxanın gəlişinin sürətlənməsinə yardım etməlidir” (19, 348). 
Belə  bir  fikir  doğrudur  ki,  “XIX  əsrin  ilk  onilliklərindən 
başlayaraq  Azərbaycan  ədəbiyyatının  ümumdünya  ədəbi  pro-
sesi ilə əlaqələri  yeni məzmun və xarakter almağa başlamışdı. 
Bu  isə  təkcə  milli  ədəbiyyatın  dünya  miqyasına  çıxması  ilə 
şərtlənmirdi, eyni zamanda həm də onun forma-məzmun, janr-
üslub, ideoloji-dünyagörüşü baxımından əhəmiyyətli dərəcədə 
yeniləşməsinə təkan verirdi” (40, 15). 
Görkəmli  ədəbiyyatşünas-alim,  akademik  M.A.Dadaş-
zadə  göstərirdi  ki,  “özünü  ədəbiyyat  və  incəsənətin  sonrakı 
inkişafına  həsr  etmiş  mütəfəkkir,  ictimai  xadim  və  şairlərin 
yeni  nəsilləri  yetişirdi.  Bu  yeni  nəslin  ilk  nümayəndələri 
Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Şəfi  Vazeh  və  İsmayıl  bəy 
Qutqaşınlı  idi” (18, 97). XIX əsrin birinci  yarısında  maarifçi-
realist ədəbiyyatın ilk təməl daşları qoyulurdu. Puşkin, Qoqol, 
Gertsen,  Belinski  kimi  rus  ədiblərinin  yaradıcılığı  ilə  tanışlıq 
Azərbaycan ədəbiyyatında realizmi bilavasitə gücləndirirdi. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə