T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   2   3   4   5   6   7   8   9   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
19 
XIX  əsrin  30-40-cı  illərində  Zaqafqaziyanın  mərkəzi 
şəhərlərində  -  İrəvanda,  Tiflisdə  teatr  həyatında  bir  canlanma 
yarandı.  “Bu  şəhərlərdə  rus  dilində  rus  və  Qərbi  Avropa 
dramaturqlarının  əsərlərindən  teatr  tamaşaları  verilməyə 
başlandı”  (38,  118).  Qriboyedovun,  Qoqolun,  başqa  rus  dra-
maturqlarının,  məşhur  fransız  komediyanəvisi  Molyerin,  dahi 
ingilis  dramaturqu  Şekspirin  əsərləri  teatr  səhnəsində  göstəri-
lirdi.  Həmin  tamaşalar  rus  və  Qərbi  Avropa  mədəniyyətinin 
yayılması, milli mədəniyyətlərin yeni realist bir istiqamət kəsb 
etməsi üçün münbit şərait yaradırdı. “Bu dövrdə Azərbaycanda 
elm,  incəsənət  və  ədəbiyyat  sahəsində  yenilik  və  inkişaf  baş-
landı.  Alimlər,  ədiblər,  incəsənət  ustaları  tədriclə  köhnə 
sxolastik  üsuldan  yeni  müasir  üsula  keçməyə,  milli  ruhda 
əsərlər yaratmağa başladılar” (38, 118-119). 
Azərbaycanın  bir  sıra  alimləri  Rusiyanın  mərkəzi 
şəhərlərinə  köçərək  elmi-pedaqoji  fəaliyyət  göstərirdilər. 
Dərbənddən olan Mirzə Kazım bəy (1802-1870) Kazan univer-
sitetində  şərqşünaslıq  üzrə  mühazirələr  oxuyurdu.  Sonralar  o, 
Sankt-Peterburq  universitetinin  professoru  oldu  və  Rusiya 
Akademiyasının müxbir üzvü seçildi. Başqa bir görkəmli azər-
baycanlı  şərqşünas  Mirzə  Cəfər  Topçubaşov  (1790-1869) 
Peterburq  universitetində  fars  ədəbiyyatı  kafedrasının  müdiri 
idi və A.S.Qriboyedov ondan Şərq dillərini öyrənirdi. 
M.F.Axundzadə  (1812-1878)  Qərb  fəlsəfəsini,  elmi-
nəzəri  fikrini,  ədəbi-tənqidi  yaradıcılıq  nümunələrini  və 
dramaturgiyasını  öyrənib  Şərqdə  və  Azərbaycanda  bir  sıra 
Avropa tipli ədəbi növ və janrların banisi oldu. 
Yuxarıda adı çəkilən ədəbi şəxsiyyətlər, alimlər Azərbay-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
20 
can  mədəniyyətinin  Rusiya  və  Avropadan  gələn  ideyalarla 
zənginləşməsi  üçün  ilkin  imkanlar  yaradırdılar.  Qərb  tipli 
mədəni  təsisatlar  qurulur,  yeni  ədəbi-bədii  forma  və  janrlara 
geniş meydan verilirdi. 
XIX  əsrin  ikinci  yarısından  başlayaraq  M.F.Axundzadə, 
S.Ə.Şirvani,  H.Zərdabi,  N.Vəzirov,  Ünsizadə  qardaşları  maa-
rifçilik  hərəkatının  yüksələn  xətlə  inkişafına  təkan  verdilər. 
Rusiya  və  Avropadan  nümunə  götürülərək  mətbuat  və  teatrın 
yaradılması üçün ədəbi-mədəni işlər görülürdü. 10 mart 1873-
cü  ildə  Azərbaycan  milli  teatrının  əsası  qoyuldu.  H.Zərdabi, 
N.Vəzirov,  Əsgərağa  Adıgözəlov  (Gorani)  və  başqaları  M.F. 
Axundzadənin “Hacı Qara” komediyasını səhnədə göstərdilər. 
XX  əsrin  əvvəllərindəki  Qərbə  meyilliliyin  təşəkkül 
tarixini,  onun  ideya-mədəni  köklərini,  məna  və  məzmununu 
aydın  təsəvvür  etmək  üçün  mütləq  M.F.Axundzadənin  və 
H.Zərdabinin şəxsiyyətləri barədə qısaca da olsa söhbət açmaq 
lazımdır. 
Böyük  mütəfəkkir  yazıçı  və  müsəlman  Şərqində 
dramaturgiyanın  banisi  M.F.Axundzadə  (1812-1878)  XIX 
əsrdə maarifçilik hərəkatının ən görkəmli siması idi (38, 253). 
O,  1834-cü  ildə  Nuxadan,  Tiflisə  köçüb  burada  dövlət 
xidmətinə  girəndən  və  pedaqoji  fəaliyyətə  başlayandan  sonra 
rus  və  Avropa  mədəniyyəti  ilə  yaxından  tanış  olmuşdu.  Şərq 
dilləri  üzrə  tərcüməçi  kimi  Qafqaz  canişinliyində  göstərdiyi 
fəaliyyətilə  yanaşı,  Axundzadə  rus  və  Qərb  ədəbiyyatını, 
tarixini və fəlsəfəsini dərindən öyrənmiş, Tiflisdə Şekspirin rus 
dilində göstərilən əsərlərinə tamaşa edəndən sonra dalbadal altı 
pyes  yazmışdı.  O,  ilk  dəfə  olaraq  sırf  Qərb  ədəbi  və  fəlsəfi 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
21 
janrlarında  komediya,  dram,  povest,  tənqidi  məqalə  və  s. 
əsərlər yaratmış, böyük rus şairi A.S.Puşkinin ölümünə yazdığı 
qəsidə  ilə  bu  faciəli  hadisəyə  dərin  təəssüf  və  kədərini  ifadə 
etmişdi.  
Realist-maarifçi  ədəbiyyatın  əsas  vəzifəsini  sosial 
problemlər  qaldırmaqla  xalqa  xidmət  etməkdə  görən  Axund-
zadəni  “Azərbaycan  Molyeri”  adlandırırdılar.  Onun  əsərlərin-
də Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Avropadan gələn 
obrazlar  da  iştirak  edir  və  hətta  “Müsyö  Jordan  və  Dərviş 
Məstəli Şah” adlı komediyasında mərkəzi yer tuturdu. Axund-
zadənin “Aldanmış Kəvakib” povesti də janr - forma xüsusiy-
yətlərinə  görə  Qərb  tipli  bir  əsər  idi.  Lakin  bütün  bunlardan 
öncə  Axundzadə  özünün  dünyagörüşünə  və  ictimai-siyasi 
fikirlərinə  görə  rus  və  Qərbi  Avropa  maarifçiliyindən  bəhrə-
lənməklə  yeni  Azərbaycan  mədəniyyətinin  özül  daşlarını 
qoymuşdur.  O,  “Kəmallüddövlə  məktubları”nda  ənənəvi  mo-
narxiya  hakimiyyətinə  qarşı  çıxaraq,  Monteskyö,  Volter  və 
başqa  Avropa  mütəfəkkirlərinin  görüşlərini  bölüşürdü. 
Maarifçi və demokrat olaraq Axundzadə xalqın ictimai şüuru-
nun  yüksəlməsi,  dünya  mədəniyyətinə  qovuşması  istiqamə-
tində həyata keçirilməli mühüm tədbirlərdən birini də əski ərəb 
əlifbasından  imtina  etməkdə  və  yeni  tipli  latın  qrafikasına 
keçiddə görürdü. Axundzadənin maarifçi-realist yaradıcılığı və 
ədəbi-ictimai  fəaliyyəti  Azərbaycan  xalqını  rus  və  Qərb 
mədəniyyətinə  inteqrasiya  etmək  məqsədi  daşıyırdı.  “Gerçək-
liyin  inikasındakı  realist  metod  Azərbaycan  ədəbiyyatını 
dərhal  ümumavropa  ədəbiyyatı  səviyyəsi  ilə  yanaşı  qoydu” 
(34,  114).  Mütəfəkkir  ədibin  Şərq  despotizminə  qarşı  çağırış-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə