T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
34 
sindən antielmi və habelə antimilli anlayışlar icad etmək müm-
kün olurdu; “pantürkist”, “panislamist ədəbiyyat” belə anlayış-
lardan  idi.  Məlum  olduğu  kimi,  keçən  əsrdə  37-ci  illərin  rep-
ressiyalarında  bu  anlayışlar  irəli  sürülən  ittihamların  əsasında 
dururdu. 
Müşahidə və tədqiqat göstərir ki, XX əsr ədəbiyyatımızda 
iki  əsas  ədəbi  cərəyan  –  romantizm  və  realizm  yanaşı,  qoşa 
mövcud olmuşdur. Aydın  məsələdir ki, gerçəkliyə  münasibət-
də  həmin  cərəyanlar  arasında  ideya-bədii  fərqlər  mövcud  idi. 
Romantizm ədəbi cərəyanının nümayəndələrində bəzən Qərbə 
ifrat meyli, qibtə hissi də özünü göstərirdi. 
Görkəmli  ədəbiyyatşünas,  akademik  M.C.Cəfərov  özü-
nün “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyasının 
II  fəslinin  (“Romantizmin  ideya  xüsusiyyətləri”)  3-cü  bölmə-
sində  (“Şərq  və  Qərb  məsələsi”)  XX  əsrin  əvvəllərində 
qərbçilik  meyillərinin  təzahürünə  xüsusi  yer  ayırmışdır  (11, 
103-111).  O  yazırdı:  “Romantiklər  Şərqdən,  Şərq  xalqlarının 
ictimai-siyasi  inkişaf  və  mədəni  səviyyəcə  geridə  qaldığından 
çox yazır, bu xalqlara acıyır, onları intibaha, tərəqqiyə çağırır-
dılar.  Onların  nəzərində...  Şərqdə  azadlıq  yoxdur,  cismani  və 
ruhani  despotizmin  amansızlığı  nəticəsi  olaraq,  Şərq  xalqları 
hər  tərəfdən  əsarətdə  və  qolu  bağlıdırlar.  Azadlıq  olmadığın-
dan,  Şərq  mədəniyyət  sahəsində  də  çox  geridədir.  Yüksək 
mədəniyyətə  nail  olmaq  üçün  hürriyyətin  qanadları  lazımdır 
ki, mədəniyyətin zirvələrinə doğru uça biləsən. Belə bir hürriy-
yət  isə  Şərqdə  yoxdur.  Ruhanilər  tərəfindən  mövhumat, 
xurafat  və  cəhalətin  təbliğ  edilməsi  Şərqin  mədəniləşməsinə, 
maariflənməsinə  mane  olan  səbəblərdəndir.  Qərbdə  həyatın 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
35 
hər  sahəsində  “hərarət,  fəaliyyət,  çalışqanlıq”  göründüyü  hal-
da,  Şərq  fəaliyyətsizdir,  ətalət  içərisindədir”.  Məmməd  Cəfər 
müəllim  romantiklərin  Qərbə  münasibətində  ifratçılığı, 
yanlışlığı da qeyd edirdi: “Onların nəzərində çox zaman Qərb 
artıq  azadlığa,  yüksək  demokratik  mədəniyyətə,  həqiqi  demo-
kratiyaya,  rifah  həyata,  ağılauyğun  dövlət  qurumuna  malik 
olan  cazibədar  bir  ölkə  kimi  görünürdü”(11,  104).  Məsələn, 
M.Hadi Qərbdə feodal əlaqələrinin ləğv edilməsini, texnika və 
sənayenin  inkişafını  əsas  götürüb,  elə  güman  edirdi  ki,  bu 
ölkələrdə  xalqlar  artıq  azadlığa,  demokratiyaya  nail  olmaq 
üzrədirlər. Bu nöqteyi-nəzərdən də şair: 
 
Məğribdə var məarif, Məşriqdə var cəhalət, 
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət. 
Yaxud: 
Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab, 
Qərbin həyatı şəndi, bizimki, yazıq, xərab!  
(26, 87)  
 
    –  deyə Qərb ilə Şərqi hər cəhətdən bir-birinə qarşı qoyurdu. 
A.Şaiq  müsbət  qəhrəmanlarının  dililə:  “bizim  xalqımızın 
içinə  Qərb  mədəniyyəti  girərsə,  gələcəkdə  böyük  adamlar 
yetişəcəyinə inamım var” – deyirdi. “Bu, XX əsrin Qərb həya-
tına, çox birtərəfli baxış idi” (11, 104-105). 
Ancaq o da məlum idi ki, Şərq haqqında düşündükcə, bu 
şair, yazıçı və publisistlər Qərbin tərəqqisini, maarifini, Qərb-
də feodalizm, orta əsr zehniyyatinə və mənəviyyatına qarşı baş 
verən  ictimai-tarixi  hərəkatı  və  sairəni,  bir  sözlə,  Qərbin 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
36 
inqilabi cəhətlərini nəzərdə tuturdular. Məsələn, M.Hadi Paris-
Berlin  ilə  Buxara-Tehranı  müqayisə  edib,  göstərirdi  ki,  Paris 
və Berlin sənət məktəblərini qurtaranlar dünyəvi elmləri öyrə-
nir, sənayenin, texnikanın inkişafına xidmət edirlər, Buxara və 
Tehranda təhsil alanlar isə  mədrəsə və təkyələrdə dini elmləri 
əzbərləməklə  məşğul  olur,  dünyəvi  təhsil  almadıqlarından 
seyidlik, dərvişlik edir, nəhayət,  dilənçiliyə məcbur olurlar. 
Qərbə  münasibətdə  romantiklər  realistlərdən  kəskin 
surətdə fərqlənirdilər. Realistlər də Qərbin mədəni yüksəlişinə 
qibtə  edirdilər.  Lakin  onlar  heç  yerdə  Qərb  həyatını  cənnət 
saymırdılar.  Hətta  onların  bəziləri,  Qərbə,  Avropaya  tənqidi 
yanaşır,  Avropa  burjuaziyasının  təcavüzkar  hərəkətlərini  və 
cinayətkar  niyyətlərini  görüb  “xəbərdarlıq”  etməklə,  roman-
tiklərə  nisbətən  həyat  həqiqətinə  az-çox  açıq  gözlə  baxa 
bilirdilər.  Məsələn,  Avropa  tipli  milli  operamızın  banisi 
Ü.Hacıbəyov  yazırdı:  “Yevropa  sərvətdarları  sairələrinin, 
məsələn:  mədəniyyət  və  mərifətcə  Yevropadan  dala  qalmış 
Asiyanın  torpaqlar  altında  pünhan  qalmış  sərvət  xəzainindən 
istifadə  etmək  üçün  məxluqu  yer  üzündən  məhv  və  nabud 
etməyə hazırdır” (109). 
Beləliklə,  romantiklərdə  Qərb  həyatına,  Qərb  mədəniy-
yətinə, maarifinə, ədəbiyyatına, fəlsəfəsinə bir romantik müna-
sibət,  hədsiz  heyranlıq  vardı.  Onların  bəslədikləri  ən  şirin, 
romantik  arzulardan  biri  də  məhz  Şərqdə  Qərb  mədəni  həya-
tına  bənzər  bir  həyat  görmək,  müasir  mədəniyyətə  qovuşmaq 
idi. Heç şübhəsiz ki, Şərq və Qərb həyatına bu baxış zamanına 
görə mütərəqqi görüş idi. 
Realistlər də üzlərini Qərbə tuturdular. Lakin onlar Qərbi 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə