T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
37 
idealizə etmirdilər (11, 110-111). Eyni zamanda, romantiklərin 
ədəbi siyasətdə hər cürə köhnəpərəstliyə, o cümlədən epiqon-
çuluğa  qarşı  mübarizəsi  çox  yerdə  realistlərin  mübarizəsi  ilə 
yaxınlaşır,  səsləşirdi.  Romantiklər  realistlərdən  fərqli  olaraq, 
sənəti,  ədəbiyyatı,  bədii  təfəkkürü  birinci  növbədə  canlı  real 
həyatla deyil, ideyalar, işıqlı fikirlərlə əlaqələndirirdilər. Onlar 
ədəbiyyatın  mənbəyini  də,  predmetini  də  birinci  növbədə 
bəşəriyyətin  xeyirxahları  saydıqları  əməlpərvər  filosofların, 
dahilərin,  kəskin  qələmi  olan  mütəfəkkir  yazıçıların  düşünüb 
irəli  sürdükləri  parlaq  fikirlərdən,  ümumbəşəri  ideyalardan 
ibarət hesab edirdilər. Bütün insanlar, eləcə də qələm sahibləri 
romantiklərin nəzərində iki cəbhəyə bölünürdülər: köhnə fikir-
lilər – mövhumat, xurafat tərəfdarları və yeni fikirlilər – elmi, 
mədəniyyəti dost tutan ağıl, idrak sahibləri! M.Hadi iddia edir-
di ki, Fransa inqilabının yaranmasının və ümumiyyətlə, Avro-
pa siyasi-ictimai həyatında inqilabların əmələ gəlməsinin əsas 
səbəbi  hər  şeydən  əvvəl,  “Volter,  Russo,  Mirabo  və 
Robespiyer  kimi  kəskin  qələmə  malik  olan  fədakar,  əməlpər-
vər, mütəfəkkir yazıçıların qələmi olmuşdur” (11, 63). 
Yeni dövrün əməlpərvər şairləri də Hadiyə görə, “Şekspir 
kimi  dünyanı  işıqlandıran  şimşəkli  fikirlər,  Şiller  kimi  həyatı 
lərzəyə  salan  bir  qələm  sahibi,  böyük  ideyalar  müğənnisi” 
olmalı  idilər.  “Romantiklərin  şeirdə  epiqonçulara  qarşı  müda-
fiə etdiyi yeni şeir hər şeydən əvvəl, azadlığa yol açan “inqilab 
sədası”, “inqilab bıçağı” olmalı idi. Yeni şeirin hər bir misrası 
xalqı  intibaha,  müasirləşməyə  çağırmalı,  ruhani,  cismani  des-
potizmə,  köhnə  adət-ənənələrə,  köhnə  fəlsəfələrə,  bədbinliyə, 
düşgünlüyə qarşı kəskin silaha çevrilməli idi. Yeni tipli, həqi-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
38 
qi,  əməlpərvər  şair  “inqilab  şimşəyi”,  böyük  məslək  sahibi, 
“ictimai yazıçı” olub yeni nəsillərə atalıq etməlidir” (11, 47). 
Mirzə  Cəlil,  Sabir,  Hadi,  Əli  Nəzmi,  Hüseyn  Cavid,  Ə. 
Haqverdiyev,  A.Səhhət,  Y.V.Çəmənzəminli,  A.Şaiq,  Ə. 
Cavad,  A.Səhhət,  M.S.Ordubadi,  Süleyman  Sani,  Ə. 
Qəmküsar, A,Divanbəyoğlu heç şübhəsiz varlığa estetik müna-
sibət  və  müdaxilədə  müxtəlif  metod  və  yollarla  hərəkət  edir, 
yazıb  yaradırdılar.  Lakin  belə  bir  hal  heç  də  onların  mənsub 
olduqları  həmin  məktəb  və  cərəyanların  barışmaz  və  düşmən 
olduğunu 
göstərmir. 
Realizm 
məktəbinin 
görkəmli 
nümayəndəsi  Sabir  əgər  “əcnəbi”lərin  göyləri  “balonlarla” 
dolaşdığı  bir  vaxtda  xalqının  “hələ  avtomobil  minmədiyinə” 
acı-acı  təəssüflənirdisə,  romantizmi  təmsil  edən  M.Hadi 
maariflənməkdə  Qərbdən,  xristianlardan  (“qövmi-nəsranı”) 
nümunə  götürməyə  çağırırdı:  “Məariflə  təməddün  eyləmişdir 
aləmi-fani,  ...Marriflə  tərəqqi  eyləmişdir  qövmi-nəsrani  (26, 
11). 
Başqa bir yerdə isə qəti olaraq yazırdı: 
 
Mən Şərqə cəhənnəm deyirəm, Qərbə də cənnət, 
Parlar, duruyor Qərbdə əlvahi-lətafət  
(26, 265). 
 
Şərq ətaləti, əsarəti, köləliyi, xurafatı, mövhumatı fonun-
da şairin bu hökmündəki səmimiyyəti, bütün ifratları ilə bəra-
bər,  başa  düşmək  çətin  deyildir;  burada  Hadi  romantizminin 
özünəməxsus  sadəlövhlüyü  göz  qabağındadır.  Amma  bizim 
XX  əsr  ədəbiyyatında  bu  iki  ədəbi  cərəyan  özlərinin  fərqli 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
39 
cəhətləri ilə  yanaşı oxşar, tamamlayıcı və qovuşdurucu ideya-
estetik  keyfiyyətləri  ilə  də  diqqəti  çəkir;  romantiklər  də 
(M.Hadi,  H.Cavid,  A.Səhhət,  A.Şaiq  və  b.),  realistlər  də 
(Mirzə  Cəlil,  M.Sabir,  Ə.Nəzmi,  Ə.Qəmküsar  və  b.)  ardıcıl 
olaraq,  yeniləşmə,  müasirləşmə,  təhsilə,  savada  yiyələnmə, 
tərəqqi  və  təkamül  tərəfdarı  idilər.  Onlar  hər  cür  buxovu, 
mühafizəkarlığı,  xurafat  və  kor  etiqadı  qətiyyətlə  rədd 
edirdilər. “Lakin,  məlumdur ki, Hadi, Səhhət, Şaiq, Süleyman 
Sani  kimi  maarifpərvər  yazıçılardan  fərqli  olaraq,  Məmməd-
quluzadə, Sabir, Nərimanov ən yaxşı əsərlərində elm və maarif 
məsələlərini siyasi azadlıq məsələləri ilə üzvi surətdə əlaqələn-
dirirdilər;  bunlarda  artıq  maarifpərvərliklə  dünya  ədəbiyyatın-
dan yaxşı tanıdığımız maarifçilik dünyagörüşünün üzvi sintezi 
yaranırdı” (36, 8). 
Ümumiyyətlə,  XX  əsr  ədəbi  hərəkatından  danışarkən  bu 
hərəkatın  təşkiledici  qüvvələrinə  xas  olan  universallığı  və 
əməlpərvərliyi xüsusi qeyd etmək lazım gəlir. İşindən, dünya-
görüşündən, ictimai idealından və sinfi mənsubiyyətindən asılı 
olmayaraq  “həpimiz  bir  günəşin  zərrəsiyiz,  həpimiz  bir  ana 
pərvərdəsiyiz!” (Abdulla Şaiq) şüarı həmin qüvvələri hərəkətə 
gətirən  ictimai  amalın  məhvərini  təşkil  edirdi.  Sosial  tələbat, 
milli ehtiyac əsrin  yaradıcı ziyalılarını bir neçə işdən eyni za-
manda  yapışmağa  məcbur  edirdi.  Məsələn,  Üzeyir  Hacıbəyov 
bir  tərəfdən,  milli  professional  musiqini  –  operanı  yaradır, 
digər tərəfdən, mühərrirliklə, başqa bir tərəfdən, dramaturgiya 
və  publisistika  ilə  məşğul  olur,  habelə  müəllimlik  fəaliyyəti 
göstərirdi.  Eyni  sözləri  bu  və  ya  digər  şəkildə  Abbas  Səhhət, 
N.Nərimanov,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  b.  haqqında  da 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə