T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
46 
tam  inamla  demək  olar  ki,  XIX  əsrin  sonlarında  və  XX  əsrin 
əvvəllərində  yetişmiş  ziyalılar  nəsli  öz  tarixi  missiyasını 
şərəflə  yerinə  yetirmiş,  mənsub  olduqları  xalqa  vicdanla  xid-
mət  göstərmiş,  epoxanın  sosial-mənəvi  gerçəkliklərini  doğru 
və dürüst əks etdirmişlər. 
Ə.Hüseynzadə  dövləti  idarəetmə  və  siyasət  haqqında 
“Siyasəti-fürusət” əsərini yazıb, məsələyə dövrünün təfəkkürü 
zirvəsindən  baxırdı  (31).  Əsərdə  qaldırılan  bütün  problemlər, 
yəni  ədibin  milli  əsarətin,  istibdadın  ifşası  ilə  əlaqədar  irəli 
sürdüyü siyasi-ictimai məqamın müvafiq nəticələri son dərəcə 
bədii  vasitələrlə,  rəmzi  işarələrlə,  incə  eyhamlarla  ifadə 
edilmişdir. Əsər sərlövhədən tutmuş son sözə qədər simvolika 
ilə  yazılmışdır.  Əsərin  hətta  sərlövhəsi  də  rəmzi  mənada 
“Siyasəti-fürusət”  –  “at  minmək  siyasəti”  adlandırılmışdır 
(31,30).  
Ədəbiyyatşünas  Ofelya  Bayramlı  kitaba  yazdığı  müqəd-
dimədə  göstərir  ki,  “Oxucuların  “canım,  məmləkətlərin  idarə 
üsulu  ilə  atların  nə  münasibəti  var?”  sualına  Əlibəy  Hüseyn-
zadənin  cavab  olaraq  Conatan  Sviftin  “Qulliverin  səyahəti” 
əsərində atlar ölkəsinin azadlıq və demokratik dövlət quruluşu 
ideyasını  yada  salmasından  belə  bir  fikir  hasil  olur  ki, 
“fürusət”in  rəmzi  mənası  atların  azadlıq  və  demokratiyası 
deməkdir” (31, 31). 
Əsər belə başlayır: “Hər bir sənənin xitamında qəzetlərin 
geriyə  ətfi-nəzərlə  bir  sənəlik  vüquata  bir  icmal  yazmaq 
adətləri  vardır.  Mən  də  keçən  səneyi-qəməriyyə  zərfində 
gördüklərimizi,  eşitdiklərimizi  xülasə  etmək  istərdim.  Bu  isə 
uzun  bir  şey  olub,  qarelərimizi  nafilə  yerə  yoracağından 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
47 
sənənin  son  ayları  ilə,  bilxassə  “Füyuzat”  məcmuəsi  müvəq-
qətən qapandığı andan bəri keçən müddətlə iqtifa edəcəyəm. 
Məqaləmin  sərlövhəsinə  gəlincə  orada  sadə  “İcmal”  ya 
“Xulasə”  yazacağıma,  doğrudan-doğruya  bu  icmalın  nədən 
ibarət  bulunacağını  iki  kəlmə  ilə  göstərməyi  təfhim  etməyi 
tərcih  etdim.  Ancaq  “Siyasəti-fərasət”  yazmaqdan  qorxdum: 
Çünki mürəttiblərimiz ehmal göstərirlərsə, kim anlaya bilir ki, 
“fərasət”dən  muradım  fa-nın  kəsrəsi  ilə  deyil,  fəthəsi  ilə  olan 
“fərasət”dir.  Hal  belə  olduqca  “fürusət”,  ya  “fürusiyyət”  yaz-
maq daha münasib olmazmı? 
Bunun  isə  “at”  yetişdirmək,  və  “ata  minmək”  elm  və 
sənəti  olduğunu  və  çox  kərrə  də  ümuri-siyasətdə  lazım  gələn 
“zehn  açıqlığı”  ilə  “fərti-idrak”  ilə  bir  münasibəti  bulunma-
dığını  hər  kəs  bilir.  Qaldı  ki,  “siyasət”  kəlməsi,  burada  nə 
fəthə,  nə  kəsrə  və  nə  mütəradif  bir  lüğət  yardım  edəmi-
yəcəyindən kəlmeyi olduğu kimi mühafizə ilə haqqında bir az 
izahat  verməyə  məcburam.  Siyasətin  bir  mənası  cəza,  cəza 
xüsusunda ibrazi, şiddət və hətta edam cəzası deməkdir. 
“Russkoye  znamya”  isə  həmavazı  olan  sair  irtica  qəzet-
ləri  ilə  siyasətə  bundan  başqa  zatən  bir  məna  da  vermiyorlar. 
Bunlarca  “siyasət”  demək  təziyanə,  ya  təziyanə  ilə  döyüb 
öldürmək  və  “siyasəti-fürusət”  demək  atı  ölüncəyə  qədər 
qamçılamaq, qırbaclamaq deməkdir. Lakin  ərəblər cildləri əs-
mər, ya siyah olmaqla bərabər Rusiya “qaraüz”lərinə bu xüsus-
da  iştirak  edəmiyorlar.  Onlar  diyorlar  ki,  “siyasət”  ləfzinin 
idareyi-məmləkət və münasibəti-düvəl (dövlətlərin münasibəti 
- Red) elmi kimi digər mənaları daha vardır. 
İştə  mənim  də  murad  etdiyim  bu  mənalardır.  Ehtimal, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
48 
burada  qarelərim  təəccüb  edib  deyəcəklər  ki,  canım,  idareyi-
məmləkət ilə, hikməti-hökumət ilə atların nə münasibəti var?! 
Qarelər  ingilis  olsa  idi,  buna  heç  təəccüb  etməzlər  idi”  (31, 
35). 
Əli  bəy  sözünə  davam  edərək  yazırdı: “İngilislərə  ədibi-
məzhəkənəvis  məşhur  Svift  “Siyahətnameyi-Qulliver”də 
İngilis  hökumətindən  daha  adil,  daha  məqul  (ağıllı -  Red)  bir 
natiq  və  mədəni  əfras  hökumətinin  mövcud  bulunduğunu 
anlatmış  idi.  Ancaq  gedib  bunların  ölkəsini  istimlak  etməmə-
lərini və əsla işlərinə müdaxilə eləməmələrini şədidən tövsiyə-
də dəxi bulunmuş idi. Çünki ingilislər öylə bir xəyalda bulun-
duqları təqdirlə ingilis səltənətinin, ingilis sərvətinin  məhv və 
münqəriz (tükənmiş – Red.) olacağı mühəqqəqdir diyordi. 
Şimdi  rus  mühərrirlərindən  Doroşeviç  iddia  ediyor  ki, 
hökumət  üçün  qeyri-natiq  və  qeyri-mədəni  atların  dəxi 
ümuruna  müdaxilə  az  təhlükəli  deyildir.  Əxirən  rus  qəzetə-
lərinin  birində  bu  zat  il  başı  münasibətilə  keçən  1907  səneyi-
miladiyyəsi  zərfindəki  vüquata  bir  nəzər  yolu  “Oktyabrist”lə-
rin  vücuda  gətirdikləri  üçüncü  dövlət  dumasının,  iki-üç  aylıq 
məsai  və  xədəmatını  xülasə  ediyordu,  diyordu  ki,  bütün  bu 
məsai ancaq kazak atları quyruqlarının uzadılmasına, ya qısal-
dılmasına  dair  olan  uzun-uzun  mübahisat  və  münaqişatdan 
ibarətdir!.. 
Hər  nədənsə  quyruq  mübahisatı  bu  günlərdə  moda 
hökmünə  keçmişdir.  Bir  dərəcədə  ki,  bizim  “Doğru  söz”lü 
Əhməd Kamal bəy əfəndi həzrətləri belə modaya tabe olmaq-
dan  bir  türlü  kəndini  alamıyor.  “Məktəb”  kəlməsinin  yerli 
naqis şivəmizdə dəmbali-təbiisi olan “xanə” ləfzinə dair açdığı 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə