T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
61 
realistlər  də  (N.Vəzirov,  Ə.Haqverdiyev,  N.Nərimanov), 
romantiklər  də  (M.Hadi,  Ə.Hüseynzadə,  H.Cavid,  A.Şaiq, 
A.Səhhət),  satiriklər  də  (C.Məmmədquluzadə,  M.Ə.Sabir, 
Ə.Nəzmi,  Ə.Qəmküsar),  sentimentalistlər  (Ə.Divanbəyoğlu, 
S.S.Axundov)  əqidə  etibarilə  maarifçi  olmuşlar”  (45,  120). 
Əsrin əvvəllərinin ədəbi-mədəni proseslərini  izləyən tədqiqat-
çıların,  demək  olar  ki,  hamısı  bu  və  ya  digər  şəkildə  ədəbi 
prosesin  maarifçiliklə  bağlı  olduğunu,  bir  çox  hallarda  isə  bu 
ideyaların ruporu olduğunu qeyd edirlər. 
Əsrin  əvvəllərində  xalqımızı  əhatə  edən  və  onları 
məktəbə, təhsilə, maariflənməyə sövq edən güclü oyanma dal-
ğası,  əsasən  aşağı  təbəqələrdə  və  bəylərin  dairələrində  hiss 
olunurdu.  Şübhəsiz  ki,  hələlik  bu  dalğa  cəmiyyətin  bütün 
təbəqələrini əhatə etmirdi, çünki “varlı tacir sinfi və iri mülkə-
darlar  hələlik  kənarda  dayanır,  daha  doğrusu,  öz  var-dövlət-
lərinə  güvənərək  və  öz  əqli  zənginlikləri  haqqında  qətiyyən 
düşünməyərək – guya ki, ciblərinin əbədi dolu olmaları məhz 
başlarının boş olması ilə bağlıdır – məktəb də adi həyata vəsi-
qə  kimi,  rus  dilində  söhbət  etmək,  tost  demək  və  “saratovlu 
xanımlara” eşq elan etmək bacarığı kimi baxırdılar” (93). 
Yüksək ədəbi dairələrdə yaradıcılıq proseslərinə bu və ya 
digər  dərəcədə  hopan  maarifçilik  ideyaları  praktik  həyatda 
Əhməd bəy Ağaoğlunun yuxarıda sitat gətirdiyimiz “Ağrılıdır” 
adlı  məqaləsində  göstərildiyi  kimi,  müxtəlif  təbəqələrdə 
müxtəlif səviyyələrdə qəbul olunurdu. Şübhəsiz ki, maarifçili-
yin  ən  konkret  şəkildə  geniş  xalq  kütlələrinə  çatması  məktəb 
vasitəsilə  baş  verməliydi  və  verirdi.  Hansı  məktəb  tipinin, 
təhsil  sisteminin  xalqın  maariflənməsi  prosesində  nə  dərəcədə 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
62 
səmərəli  olduğu  mübahisə  doğururdu.  Belə  bir  fikirdə  dövrün 
görkəmli ziyalıları ümumi razılığa gəlirdilər  ki, vaxtilə köhnə 
müsəlman  təhsil  sisteminin,  məktəb  və  mədrəsələrinin  çox 
böyük,  nəhəng  xidmətləri  olmuşdur,  bu  cür  məktəblərin 
Axund  İrəvani,  Fazil  Dərbəndi,  Mirzə  Əbülqasım  Qarabağlı, 
Nizami  Gəncəvi,  Xaqani  Şirvani  və  b.  yetişdirdiyi  qeyd  olu-
nurdu. 
Lakin  buna  baxmayaraq,  Azərbaycanın  şimalının  Rusiya 
tərəfindən  işğal  olunaraq  rus  imperiyasının  tərkib  hissəsinə 
çevrilməsindən  sonra  varlı  siniflər,  əvvəlcə  bəylər,  sonra  isə 
tacirlər  tədricən,  daha  həyatın  tələblərinə  cavab  vermədikləri 
üçün bu cür müsəlman tipli məktəbləri tərk etməyə başladılar 
və  nəticədə  bu  məktəblər  ən  yoxsul  təbəqələrin  sığınacağına 
çevrildi. Köhnə məktəblərdə təhsilin əvvəlki qaydada, ənənəvi 
tədris  metodikası  əsasında  aparılmasının  lüzumsuzluğu  aydın 
göründüyündən,  onlarda  dövrün  tələblərinə  cavab  verən  isla-
hatların  keçirilməsi  zəruriliyi,  artıq  heç  kəsdə  şübhə  doğur-
murdu.  Ən  azı  iki  istiqamətdə,  iki  tip  məktəblərdə  təhsil  alın-
ması arzu olunurdu. Bunların birində “rus və türk təhsili, oxu-
maq  və  yazmaq  bacarığı,  geniş  yayılmış  kitabları  dərk  etmək 
zərurəti”  qeyd  olunurdu.  Bu  arzu  gerçəkləşə  bilərdisə,  türk 
dilində oxuyub yazmağı elə köhnə molla məktəbləri də öyrədə 
bilərdilər, lakin bu şərtlə ki, “çubuq” və “falaqqa” aradan götü-
rülsün, fiziki cəza ləğv edilsin,  köhnə təhsil üsul və vasitələri-
nin  əvəzinə, daha müasir və məqsədəuyğun metodlardan isti-
fadə  olunsun.  Əhməd  bəy  Ağaoğluna  görə,  Quranın  zorla, 
mexaniki şəkildə  beyinə  yeridilməsi, Hafizin  və Sədinin zorla 
əzbərlədilməsi əvəzinə xalq eposlarından didaktik  mövzuların 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
63 
mütaliəsini öyrətmək lazım idi. 
Ənənədən  ayrılmadan  təhsilin  müasirləşdirilməsi  qayğısı 
maarifpərvər  ziyalıların  daim  diqqət  mərkəzində  dururdu. 
Lakin  millətin  bu  qədər  təhsilə,  məktəblərə  ehtiyac  duyduğu 
bir  zamanda  məktəb  yerlərinin  olmaması,  bu  qədər  savadsız-
lığın  müqabilində  Qori  və  İrəvan  seminariyalarını  qurtarmış 
bir çox diplomlu müəllimlərin “özlərini sevdikləri peşəyə həsr 
etmək  əvəzinə,  müəllim  yerləri  olmaması  üzündən  məmur  və 
ya  başqa  kargüzar  işlərinə  getmələri”  (93)  geniş  xalq  kütlə-
lərinin  maariflənməsinə  ağır  zərbə  vururdu.  Ənənəvi  mədrəsə 
tipli  məktəblərin  yaşaması  və  inkişafı  üçün  elmi  islahatlarla 
yanaşı,  çox  ciddi  təşkilati  islahatların  da  keçirilməsinin  zəru-
riliyi qeyd edilirdi: “...xəzinə əhalinin yalnız bir hissəsini əhatə 
edən məktəblər üçün pul buraxa bilir; lakin bu zahiri çətinlik-
dir;  diqqətlə  yanaşdıqda  asanca  görünür  ki,  bu  çətinliyi  dəf 
etmək  olar.  Məsələ  burasındadır  ki,  bizim  vilayət  islahatları 
həyata  keçirməyə  başladıqda  bunu  xəzinənin  vəsaiti  hesabına 
deyil,  cəmiyyətin  vəsaiti  hesabına  etməlidir.  Yuxarıda  deyil-
diyi kimi, indi mövcud olan məktəblər havayı deyil, pulludur; 
bu sistemi saxlamaq olar, yalnız haqqı natura ilə ödəməyi pulla 
ödəməklə əvəz etmək lazımdır. Bu, birinci mənbədir. İkincisi, 
şəhər  idarəsi  müsəlmanların  daşınmaz  mülkiyyətinə  bu  məq-
sədlə  xüsusi  təhsil  vergisi  qoya  bilər.  Əlbəttə,  bu  verginin 
həcmi  çox  az  olacaq  və  bizə  elə  gəlir  ki,  bu  qədər  vacib  mə-
sələdə  heç  bir  müsəlman  yaxasını  kənara  çəkə  bilməz.  Və 
nəhayət, üçüncüsü, hər bir məhəllədə varlı şəhərlilərdən ibarət 
hami şuralar yaratmaq olar” (91).  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  XX  əsrin  əvvəllərindəki 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə