T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
64 
yaradıcı  ziyalıların  əksəriyyəti  maarifçiliyi  nəinki  bədii  ədə-
biyyatdan  ayırmır,  əksinə,  bədii  ədəbiyyatın  ən  əsas  vəzifə-
lərindən  birini  maarifçiliyin  təbliğində,  xalqı  elmə,  biliyə, 
təhsilə  qovuşdurmaqla  onu  Qərb  və  dünya  mədəniyyətinə 
inteqrasiya etməkdə görürdü. Həmin ziyalıların fikricə, bu ədə-
biyyat  tərbiyəvi, bədii-estetik funksiya daşımaqla  yanaşı, eyni 
zamanda,  tarixi  həqiqətləri,  tarixi  keçmişi  xalqa  çatdırmağın 
və  cəhalətə,  nadanlığa  qarşı  mübarizə  aparmağın  da  ən  təsirli 
vasitəsi  idi.  Maarifçilik  onlar  üçün  həyati  bir  qayğı  idi,  ziya-
lının əsas vəzifəsi idi. Əhməd bəy Ağaoğlu “Bizim ziyalıların 
vəzifələri”  adlı  məqaləsində  yazırdı:  “Bəli,  bu  kədərli,  ağrılı 
faktdır:  Qafqazda  diplomlu  adamların  sayı  artır  və  paralel 
olaraq  ziyalı,  ideyalı-inamlı  adamların  sayı  azalır.  Bizdə 
həkimlərin, vəkillərin, müəllimlərin, mühəndislərin sayı nisbə-
tən  çoxdur,  lakin  eyni  zamanda,  biz  onları  yedirdən  və 
yetişdirən mühitin yüksəlməsi haqqında fikirləşən, bu qayğı ilə 
yaşayan adamların son dərəcə az olduğunu hiss edirik” (92). 
Bu  böyük  şəxsiyyətlərin  ən  ümdə  arzularından  biri  – 
xalqı  maarifləndirməklə  ictimai  həyatı,  sosial  mühiti  yüksəl-
dən,  Qərbin  elmi-mədəni  tərəqqisindən  nümunə  götürən, 
dünya  xalqları  ilə  ayaqlaşmağa  can  atan  yeni  ziyalı  nəslinin 
yetişməsi idi. 
 
1.3. Qərbçilik meyillərində İslam dini məsələləri 
 
XX əsrin  əvvəllərində  maarifçiliyin uğurunu  dinə istinad 
etmədən təmin etmək mümkün deyildi. Bu – həyatın, reallığın 
özündən  irəli  gəlirdi.  Maarifçiliyə  ehtiyacı  olan  xalq  kütlə-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
65 
lərinin  özündə  hələ  millət  anlayışı  dəqiq  deyildi,  qeyri-
müəyyən  idi.  “Hansı  millətdənsən?”  –  sualına  –  “müsəlman 
millətindənəm” – cavabı verilirdi. 
Belə bir şəraitdə təbii olaraq milli-mədəni dəyərlərimizin 
mühafizəsində müstəsna rol oynamış və oynayan islam dininin 
tükənməz potensialından həm də milli tərəqqi naminə istifadə 
etmək  dövrün  bütün  mütərəqqi  ziyalılarını  düşündürürdü  və 
onlar da bu istiqamətdə böyük işlər görürdülər. 
Əslində cəmiyyətdə dinə qarşı  iki tendensiya – meyil və 
münasibət  meydana  çıxmışdı:  1)  köhnə  dini  sxolastikanın 
bütün qayda-qanunlarını, ənənələrini qoruyub saxlamağı tələb 
edən,  islam  fanatizmi  mövqeyindən  olan  (Mirzə  Cəlilin, 
Sabirin  və  digər  “Molla  nəsrəddin”çilərin  böyük  ürək  yanğısı 
ilə  təsvir  və  tənqid  etdikləri)  mühafizəkar-mürtəce  münasibət; 
2) İslamın müasirləşdirilməsini, tərəqqiyə xidmət edən mənəvi 
istinadgah  olmasını  arzulayan,  yeni  platformada  birləşən 
mütərəqqi-modernist  bir  tendensiya  ki,  onun  da  başında 
Əhməd bəy Ağaoğlu dururdu. 
Əhməd bəy Ağaoğlunun həyatı və şəxsiyyəti ilə əlaqədar 
görkəmli  ədəbiyyatşünas-alim,  akademik  Kamal  Talıbzadənin 
qeydləri maraqlıdır. O yazır: “Əhməd bəy Həsən oğlu Ağayev 
(sonralar  Əhməd  Ağaoğlu)  1868-ci  ildə  Şuşa  şəhərində  bəy 
ailəsində anadan olmuşdur. Atası Mirzə Həsən bəy Qarabağın 
Qurdlar  elindən  idi,  xalis  bəy  həyatı  keçirən,  yeyib-içən,  tez-
tez  ova  çıxan  bu  əhli-kef  insan  yazıb-oxumağı  da  bacarır, 
Füzuli şeirlərinə həvəs göstərir, yeri düşəndə Abdallar kəndin-
dən  aşıq  dəstəsi  çağırtdırıb  “Koroğlu”  və  “Əsli-Kərəm”dən 
şərqilərə  də  qulaq  asardı.  Ailə-məişət  işlərinə  həvəs  göstər-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
66 
mədiyi  üçün  Mirzə  Həsən  bəyin  ailəsinin  bütün  qayğıları  ilə 
balaca Əhmədin anası Nailə xanım və böyük əmisi Hacı Mirzə 
Məhəmməd məşğul olurdu” (151, 134). 
Yaşadığı  mühitə,  din  xadimlərinə  tənqidi  münasibət 
bəsləyən  anasından  fərqli  olaraq,  əmisi  ərəb  və  fars  dillərini, 
şəriəti yaxşı bilən dindar və mütəəssüb bir müsəlman idi. Gün-
ləri  axund  və  mollalarla  keçər,  evinə  toplanan  din  nümayən-
dələri ilə saatlarla mübahisələr edərdi. Balaca Əhməd belə bir 
mühitdə göz açıb böyümüşdü. Beləliklə, iki şəxsin – anası ilə 
əmisinin  müxtəlif  mövqeləri  Əhmədin  təlim-tərbiyəsinin  iki 
ayrı-ayrı istiqamətdə davam etməsinə səbəb olur. Bir tərəfdən, 
anası  onun  atası  və  əmisindən  gizli  olaraq  evdə  rusca  təhsil 
almasını  təşkil  edir,  riyaziyyat,  tarix,  coğrafiya  fənlərindən 
ilkin  məlumata  yiyələnməsinə  nail  olur.  Digər  tərəfdən,  əmisi 
xüsusi müəllim tutaraq altı yaşından ona ərəb və fars dillərini 
öyrətməyə  çalışır,  molla  məktəbində  təhsilini  davam  etdirən 
Əhməd  Qurandan  başqa  “Leyli  və  Məcnun”u,  “Gülüstan”  və 
“Bustan”ı  oxuyur.  Bu  iki  təlim-tərbiyə  və  bilik  sistemi  bütün 
həyatı  boyu  Ə.Ağaoğlunun  ictimai-siyasi  və  ədəbi  fəaliyyəti-
nin  ümumi  ideya  məzmununu,  səciyyəsini  müəyyənləşdirmiş, 
ondakı  bu  iki  dünyagörüş  çarpışa-çarpışa,  bir-birinə  kömək 
edə-edə, bir-birinə mane ola-ola davam etmiş və gələcəkdə 67 
yaşlı  mütəfəkkir  ədibin  daxili  böhranlarının  səbəblərini  etiraf 
etmək məqamına gətirib çıxartmışdı. 
Bu arada Şuşada onsinifli litsey-gimnaziya açılır, Əhməd 
Ağaoğlu  müvəffəqiyyətlə  4-cü  sinfə  imtahan  verir,  beləliklə, 
Hacı  Mirzə  Məhəmmədin  qardaşı  oğlunu  müctəhid  etmək 
arzusu  baş  tutmur,  balaca  Əhmədin  və  anasının  sevinci  isə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə