T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
73 
ictimai-siyasi-mədəni  inkişafın  yeni  mərhələsində  müəyyən 
keyfiyyət  dəyişiklikləri  ilə  əlaqədar  olaraq  baş  vermişdi.  Bu 
mənada  ən  kəskin  dönüş  dinə  olan  münasibətdə  idi. 
M.F.Axundzadənin  traktatlı  əslində  ilk  dəfə  olaraq  dinə  qarşı 
çıxır,  onu  milli  tərəqqiyə  maneə  törədən,  milli  şüuru  ətalətdə 
saxlayan  bir  qüvvə  kimi  təqdim  edirdi.  Kəmallüdövlənin 
“Külli-ədyanı puç və əfsanə hesab edirəm” sözləri (“Kəmalüd-
dövlə  məktubları”)  əslində  Axundzadənin  öz  əqidəsini  ifadə 
edirdi.  Bu  zaman  o,  ifrata  vararaq  dinin  milli  mənəviyyatımı-
zın, mədəniyyətimizin tərkib hissəsi olduğunu inkar edirdi. Bu 
mənada  XX  əsrin  əvvəllərində  yetişmiş  ziyalılarımızın  bir 
qismi: Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əli 
bəy Hüseyenzadə və b. həmin məsələdə bir növ Axundzadənin 
səhvini  düzəltməyə  çalışırdılar.  Lakin  bu  məsələdə  ən  ardıcıl, 
konseptual  bir  platformadan  çıxış  edən  Əhməd  bəy  Ağaoğlu 
idi.  Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  aparıcı  ziyalılarının  ən 
yaxın  sələflərinin  –  A.A.Bakıxanov,  İ.Qutqaşınlı,  M.Ş.Vazeh, 
M.F.Axundzadə,  S.Ə.Şirvani,  H.Zərdabi  və  başqalarının  bö-
yük  xidmətləri  nəticəsində  yaranmış  bir  ideya  rəngarəngliyi  
mövcud  olsa  da,  əslində  bu  rəngarənglik    eyni  reallığın  müx-
təlif qütbləri və tərəfləri idi. Və belə bir  geniş spektrin mərkə-
zində  milli-tarixi  dəyərlərə  münasibət  bildirmədən,  onlara 
söykənmədən  nə  irəli  getmək,  nə  də  xalqın  hansı  yolla  gələ-
cəyə gedəcəyini müəyyənləşdirmək mümkün deyildi. Təsadüfi 
deyildi ki, Əhməd bəy Ağaoğlu M.F.Axundzadənin haqlı oldu-
ğu məqamları etiraf edir, lakin bunun mahiyyətcə İslam dininə 
şamil edilməyinin qəti əleyhinə çıxırdı. O, bunu ümumiyyətlə 
dinlərə  aid  edərək  belə  düşünürdü  ki,  tarixin  müəyyən 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
74 
mərhələlərində din özünün ən böyük missiyasından süni olaraq 
uzaqlaşdırılmış  və  nadanlıq  nəticəsində  doqmatik  –  rəhbər 
davranış norması kimi təqdim edilmişdir. Bu mənada mütəfək-
kir  ədib  qaragüruhların  mənəviyyata,  şüurlara  vurduğu  güclü 
zərbələri  ifşa  edirdi.  Əhməd  bəy  Ağaoğlu  “Müsəlmanın  arzu-
ları”  adlı  ədəbi-fəlsəfi  traktatında  yazırdı:  “Mən  müsəlman 
qardaşlarım  haqqında  çoxlu  xəyallara  daldım.  Və  düşün-
cələrim qəlbi ilhamlandıran, ürəyə təsəlli gətirən işıqlı, sevinc 
gətirən obrazlar  yaratmadı,  yox, qətiyyən! Onlar nə əvvəli, nə 
də  axırı  olan,  formasız,  qaranlıq,  qarma-qatışıqlarla  dolu 
uçuruma bənzəyir. Təxəyyülü qorxudan, ümidsizlik və dəhşət 
aşılayan  bu  uçurum  eyni  zamanda  məni  cəlb  etdi,  necə  ki, 
əsəbi  adamları  uçurum  cəlb  edir.  Məni  ora  nə  isə  anlaşılmaz, 
kortəbii  bir  şey  cəzb  etmişdi  və  mən  tam  ümidsizlik,  qorxu 
içərisində əsə-əsə ondan aralanmağa özümdə güc tapmırdım. 
Mən  şadlıq  və  kədər,  ümidsizlik  və  ümid,  qorxu  və 
cəsurluq kimi tam ziddiyyətli hisslərin təsiri altında durub seyr 
edirdim.  Mən  bu  qaranlıq  uçurumun  dərinliklərinə  nüfuz 
etməyə  çalışır  və  gözlərim  qaranlığa  öyrəndikcə  onların  gör-
məyi  güclənir  və  mən  qaranlığın  formasında,  kütləsində  onda 
güclə  görünən  formaları  fərqləndirməyi  bacarırdım.  Hər 
şeydən əvvəl, sxolastikanın nəhəng, əcaib forması göründü. O, 
necə  dəhşətli  və  iyrəncdir!  Nəhəng,  iyrənc  sxolastika  ağzını 
açıb məni udmaq üçün yaxınlaşırdı. Mən instinktiv olaraq geri 
çəkildim. 
– Budur, o əcaib! 
O deyir: 
 -  Rədd  ol,  sağlam  düşüncə!  Rədd  ol,  elm  və  maarif! 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
75 
Rədd ol, hər cür yenilik, irəliyə doğru hərəkət! Rədd ol, ağıl və 
ürək! 
Onun ardınca başqa tanış sifət, nadanlıq görünür” (101). 
Görkəmli  publisist,  mütəfəkkir  ədib  öz  fikirlərinə  belə 
davam edirdi: 
“O  daha  zülmətlidir,  daha  əcaibdir.  Onun  formasız, 
dəhşətli  kütləsi  nəhayətsiz  məkanlara  yayılır.  O  kütlələri  elə 
kütləşdirir  ki,  nəticəsi  güclə  görünür.  İnsan  surəti  onda  güclə 
sezilir.  Onların  bütün  fikirləri,  hissləri  və  oyanışları  şikəstləş-
mişdir, kökündən ayrılmışdır. 
Ayrı  fiqurlar  da  görünür.  Lakin  mən  dəhşətə  gəldim  və 
qaçmağa başladım. Məni bir səs qəflətən saxladı: 
- Hara qaçırsan? Ətrafına nəzər sal, sən tək deyilsən! 
Mən  ətrafıma  nəzər  saldım  və  ürəkaçan  bir  mənzərə 
gördüm.  Qabaqda  İslamın  ilk  dövrlərini  özündə  təcəssüm 
etdirən  ruhanilərin  işıqlı  çöhrəsi  görünürdü.  Onun  ətrafında 
Elm və Maarif durmuşdular” (101). 
O daha sonra  yazırdı ki, biz çox  ümidsiz bir işin dalınca 
gedirik.  Düşmən  güclü  və  qüdrətlidir.  Sxolastika  ilə  nadanlıq 
ittifaqda çətin məğlub edilən düşmənlərdir. Onlar bizim bütün 
qəlbimizi,  ağlımızı  işğal  ediblər.  Bizə  qarşı  hamı,  hətta  bizim 
öz  övladlarımız,  qardaşlarımız,  qohumlarımız,  dostlarımız 
birləşəcəklər.  lakin  ümidsizliyə  qapılmayaq,  dostlar!  Avropa 
bizə  nümunədir.  Orada  da  əvvəllər  maarifin,  işığın,  inkişafın 
tərəfdarları  hətta  bizdən  də  az  idi.  Sxolastika  və  nadanlıq  isə 
daha güclü idi və daha sıx ittifaqda idilər. Nəticəsi necə oldu? 
Müqəddəs  iş  uğrunda  cəsurlar  bir-birinin  ardınca  həlak 
oldular. Onları yandırdılar, qovdular, təqib etdilər, əzab, işgən-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə