T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə27/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
82 
orijinalla müqayisə etmək imkanına malik olduq və təəssüf ki, 
xalis statistik çatışmazlıqlardan, son dərəcə ağır dilindən başqa 
tərcüməçi  bəzi  məqamlarda  müəllifin  fikrinə  kölgə  salır, 
ifadələrdə  məna  təhriflərinə  və  s.  yol  verir.  Eyni  zamanda  o, 
müəllifin fikirlərini bəzən qeyri-dəqiq,  yersiz qeydlərlə müşa-
yiət edir. Məsələn, 95-ci səhifədə Misir əhalisi arasında savad-
lanma  dərəcəsindən  danışarkən  müəllif  bu  faktı  qeyd  edir  ki, 
“bütün dini ordenlərin rəsmi başçısı Avropa tərbiyəsi görmüş-
dür  və  yeni  ideyaların  qəti  tərəfdarıdır”.  Xanım  Kalmıkova 
skeptik bir kədər çaları ilə haşiyəyə çıxaraq qeyd edir ki, “Biz 
təəssüflə  Misir  saray  həyatının  son  kədərli  faktını  göstərməli-
yik:  Hədivin  əmoğlusu  Seyfəddin  öz  dayısı  Fuada  atəş  açmış 
və  onun  üç  gülləsi  kürəyinə  girmişdir.  Seyfəddin  həbs  olun-
muşdur”.  Maraqlıdır,  Seyfəddinin  öz  dayısının  həyatına  qəsd 
etməsinin Misir ruhanilərinin başçısının savadına nə dəxli var? 
Bu  cür  hadisələr  Avropa  həyatında  adi  hadisələr  deyilmiş  və 
onlar  avropalıların  savadına  bu  və  ya  digər  dərəcədə  təsir 
göstərə bilirmi?” (89). 
Əhməd  bəy  Ağaoğlu  avropalılar  tərəfindən  islama  qarşı 
bir  çox  hallarda  qeyri-obyektiv  olan  münasibətin  formalaşma 
tarixini  izləyərək,  bu  münasibətin  normallaşmasının  əhəmiy-
yətini dərk edən, bunun üçün böyük fədakarlıqlar göstərən bir 
mütəfəkkir idi. Əhməd bəy Ağaoğluna görə, avropalılar Şərqi 
fəth  etdikləri  dövrdə  onun  dilini  və  mənəvi  dəyərlərini,  sosial 
və  ailə-məişətini,  tarixini  və  ənənələrini  bilmirdilər.  Ona  görə 
ola  bilsin  ki,  hətta  xeyirxahlıq  arzu  etdikləri  halda  belə,  hər 
yerdə bütün şəraiti, anlayışları, dünyagörüşlərini, müəssisələri-
ni, bir sözlə,  məğlub edilmişlərin bütün əxlaqi-mənəvi dünya-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
83 
sını  dağıdırdılar;  bu  da  fəth  olunmuş  xalqların  əzab-əziyyət-
lərini  sonsuz  dərəcədə  artırır  və  itirilmiş  müstəqillikdən  irəli 
gələn narazılığa qəzəb hissini də əlavə edirdi. 
Sonralar  avropalıların  Şərqlə  tanışlığı  artdıqca  onlar  bu 
vəziyyəti  aradan  qaldırmaq  məcburiyyətində  qalır,  şərqlilərin 
adət-ənənələri,  məişətləri ilə  yanaşı, onların  dinlərini də öyrə-
nir,  istifadə  edirdilər.  Yaxından,  qərəzsiz  tanışlıq  isə  onun 
mahiyyətinə  enməyə  imkan  verir  və  istər-istəməz  ona  olan 
münasibəti dəyişməyə vadar edirdi. 
Nəhayət,  Avropada,  xristian  aləmində  dərk  etməyə 
başlamışdılar  ki,  bütün  bəşəriyyətin  yalnız  indiki  deyil,  gələ-
cək taleyində də çox böyük əhəmiyyət kəsb edən İslamdan yan 
keçmək  mümkün  deyil.  Bu  məsələni  də  yaddan  çıxarmaq  ol-
maz  ki,  İslam  çox  tez  bir  zamanda  iman  gətirənlərin  ruh  və 
hisslərinə hakim kəsilir, onların ictimai quruluşuna, ev  məişə-
tinə,  ideya  və  dünyagörüşlərinə  xüsusi,  silinməz  iz  buraxır 
(89). 
Əhməd  bəy  Ağaoğluna  görə,  təkcə  müsəlman  ölkələrini 
fəth  etmiş  apropalılarda  deyil,  hətta  “heç  bir  müsəlman 
torpağına  malik  olmayan  İsveçrədə”  belə  son  dövrlər  İslama 
böyük  marağın  əmələ  gəlməsini,  əvvəllər  daha  çox  qərəz-
çilikdən  edilən  çıxışların  getdikcə  daha  obyektiv,  elmi,  araş-
dırıcı  xarakter  almasını  tarixi  şəraitin  özü  yetişdirirdi.  Lakin 
“heç bir müsəlman torpağına malik olmayan İsveçrədən fərqli 
olaraq,  ərazisinin  çox  yerlərində,  xüsusilə  Qafqazda,  Krımda, 
Kazanda və s. bölgələrində kifayət sayda müsəlmanların yaşa-
dığı  Rusiyada  İslamın,  daha  geniş  mənada  İslam  mədəniy-
yətinin  öyrənilməsi  çox  pis  vəziyyətdə  idi  və  daha  pisi  bu  idi 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
84 
ki,  İslam  burada  çox  təhrif  edilmiş  vəziyyətdə  təqdim  olunur-
du.  Ona  görə  də  müəllif  islam  dini  ilə,  müsəlmançılıqla  bağlı 
rus ədəbiyyatında və mətbuatında az-çox obyektiv nə meydana 
çıxırdısa,  onları  böyük  rəğbətlə  qarşılayırdı.  Bu  baxımdan 
onun  yuxarıda  haqqında  qısaca  bəhs  etdiyimiz  “Qorki  və 
müsəlmanlıq” adlı  yazısı çox səciyyəvidir. Qorkinin “Həyatın 
dibində” pyesindəki Tatar Həsən surəti ilə bağlı mülahizələrin-
də  İslamın  mahiyyətini  dərk  etdiyi  və  əsərlərində  onu  obyek-
tiv,  qərəzsiz  işıqlandırdığı  üçün  Qorkiyə  minnətdarlıq  hissləri 
ifadə  etməkdən  əlavə,  Ə.Ağaoğlu  Tatar  Həsəndəki  bir  sıra 
xüsusiyyətlərin məhz İslamdan gəldiyini yazırdı: “Bütün bun-
lardan  sonra  “Həyatın  dibində”  yaşayan  Tatar  Həsənin  daha 
yaxşı gələcəyə, “daha yaxşı qanunların” gələcəyinə inanmasında 
qəribə  və  qeyri-təbii  nə  var?  Madam  ki,  Tatar  Həsən  müsəl-
mandır,  bütün  yuxarıda  deyilənlərdən  aydındır  ki,  onun  belə 
inam  və  ümid  ifadə  etməsi  təbiidir,  hətta  qaçılmazdır.  Bunları 
onun (Tatar Həsənin – T.A) şüuruna Qorki hopdurmayıb, o, on-
ları anasının südü ilə birgə içmişdir” (104). 
Bütün  elmi  müşahidələr  və  araşdırmalar  göstəriri  ki,  XX 
əsrin  əvvəlləri  Azərbaycan  ədəbi  fikrində  Qərbə  –  Avropaya 
meyillilik – milli kökdən uzaqlaşmaq hesabına yox, əksinə, milli 
adət-ənənələrə,  mənəvi-əxlaqi  və  dini  dəyərlərə  daha  möhkəm 
tellərlə  bağlanmaq,  bu  dəyərləri  qorumaq,  inkişaf  etdirmək, 
zənginləşdirmək  hesabına  olmuşdur.  Azərbaycan  maarifçi 
ziyalıları  Qərbə  üz  tutarkən,  oradakı  mədəni  tərəqqini  nümunə 
göstərrəkən Şərqin də minillərlə ölçülən mədəniyyət tarixini göz 
önündə saxlamış və böyük təəssübkeşliklə qiymətləndirmişlər.   
 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə