T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə30/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
91 
siz də ... “Füyuzat”ınızda ingilislərə, firənglərə müraciət edirsi-
niz?  Ortaya  gah  Hötenin  “Faust”unu,  gah  Şekspirin  “Yuli 
Sezar”ını,  gah  da  nə  bilim,  hankı  əsərini  çıxarıyorsunuz? 
“Avropalaşın”,  “firəngləşin”  diyorsunuz?  Lakin,  ay  qare, 
müraciətdən müraciətə fərq vardır: biz avropalıların ədəbiyyat-
larına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtira-
larına  müraciət  etmək  istiyoruz,  özlərinə  deyil!..  Bu  gün  on-
ların mədələrində həzm olunmamaq üçün bir çarə varsa da, o 
da onların  məhsulati – dimağlarını  alıb  həzm etməkdən başqa 
bir şey deyildir!” (137). 
Avropaya meyilliliyin opponentlərinə ətraflı, tutarlı cavab 
verən  Əli  bəy  Hüseynzadə  bu  məsələ  ətrafında  başqa  bir 
yazısında  rus  mədəniyyətinin  milli  inkişafımıza  güclü  təkan 
verdiyini  söyləyirdi:  “Hindistan  bizdən  əvvəl,  Əlcəzair  isə 
demək  olar  ki,  bizimlə  eyni  vaxtda  fəth  olunmuşdur. 
Baxmayaraq  ki,  İngiltərə,  Fransa  və  Rusiyada  mədəniyyətlər 
arasında  müəyyən  fərqlər  var,  baxmayaraq  ki,  hindlilər  və 
əlcəzairlilər  bizə  nisbətən  dünyanın  yüksək  mədəniyyətlərini 
daha  yüksək  yollarla  əxz  edirlər,  biz,  qafqazlılar  Əlcəzairi  və 
Hindistanı  çox  geridə  qoymuşuq  və  bu  ölkələrin  heç  biri 
mədəniyyətcə  bizimlə  müqayisə  oluna  bilməz.  Hətta  bir  çox 
sahələrdə  biz  daxili  Rusiyanın  özünün  bir  çox  əyalətlərini, 
onun  şərqini,  şimalını,  cənubunu  qabaqlamamışıqmı?  Əlbəttə, 
bizim  bu  cür  fərqlənməyimiz  bu  axırıncının  (Rusiyanın  –  
T.A.)  xidmətidir  və  bunlar  üçün  Qafqaz  ona  həmişəlik 
minnətdardır.  Lakin  digər  tərəfdən  qeyd  etmək  lazımdır  ki, 
qafqazlılar  özləri  də  mədəni  həyata  qeyri-adi  maraq  göstər-
mişlər  və  onun  intensiv  inkişafına  öz  istedad  və  əlaqələri  ilə 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
92 
kömək etmişlər” (Bax: 160, 47). 
Rus mədəniyyətinin əsrin əvvəllərində təkanverici təsirini 
müasir  tədqiqatçılar  da  qeyd  edirlər:  “Paradoksal  olan  budur 
ki,  siyasi  cəhətdən  əsarətə  düçar  olmuş  xalq,  mədəni  təsir  və 
mübadilə  baxımından  son  dərəcə  əlverişli  şəraitə  düşmüşdü; 
çünki  Rusiya  mədəniyyəti  XIX  əsrdə  gerçəkdən  öz  qızıl 
dövrünü keçirirdi” (160, 95). 
Əhməd bəy Ağaoğlunun əksər tədqiqatçıları onun mədə-
niyyət  konsepsiyasındakı  rusçu  və  qərbçi  meyillərin  üstün-
lüyünü istisnasız olaraq qeyd etmişlər. 
Akademik K.Talıbzadə yazır ki, “Əhməd bəy Ağaoğlu və 
Əlimərdan  bəy  Topçubaşovun  əsərlərində  ədəbi...  yüksəlişə 
nail olmaq üçün dünya klassiklərinin, eləcə də rus yazıçılarının 
əsərlərinin təbliğinə xüsusi əhəmiyyət verilirdi” (62, 240). 
Ədibin  “Üç  mədəniyyət”  traktatından  bəhs  edən  tədqi-
qatçı T.Hüseynova görə, “müəllif kitabda ailə, hökumət, şəxsi, 
dövlət,  məhkəmə,  təlim-tərbiyə,  din  və  s.  mövzularla  bərabər 
mədəniyyət,  ədəbiyyat  və  incəsənətin  rolunun  açıqlanmasına 
da  böyük  yer  vermişdir.  Bütün  bu  məsələlərdə  Ə.Ağaoğlu 
işlək  bir  qərbçidir.  Onun  əsər  boyu  ən  çox  istinad  etdiyi 
filosof, mütəfəkkir, iqtisadçı və yazıçılar da Qərb maarifçiləri-
dir. Müəllifin bu mövqeyi Atatürkün Qərb mədəniyyəti zümrə-
sinə  daxil  olmaq  istəyi  ilə  uyğundur.  O,  traktatın,  müəyyən 
mənada  əsas  metodologiyasını  və  məqsədini  “gələcək  tədqi-
qatçılar  üçün  yeni  bir  müqayisə  zəmini  hazırlamaqda  görür” 
(127, 106). 
Avropa  və  dünya  klassiklərinin  əsərlərinin  Azərbaycan 
dilinə  tərcüməsini  yüksək  qiymətləndirən  Ağaoğlu  bu  cür 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
93 
əsərlərin,  xüsusilə,  Şillerin  “Qaçaqlar”  pyesinin,  Şekspirin 
“Otello”  faciəsinin  səhnəmizdə  qoyulmasını  alqışlayır  və  bu 
tamaşalara  həsr  etdiyi  rəylərdə  yüksək  təhlil  mədəniyyəti 
nümayiş etdirirdi. Lakin Ağaoğlunun Avropa və rus ədəbiyyatı 
nümunələrinin  təbliğində  bəzən  ifrata  varmaq  da  özünü 
göstərirdi. Bədbinləşmə məqamlarında müəllif yazırdı: “Oriji-
nal əsərlərə gəlincə, mənim fikrimə görə, onların böyük hissəsi 
Avropa klassiklərindən edilən tərcümələrin bir səhifəsinə belə 
dəyməz. Hər dəfə tatar (Azərbaycan – T.A.) dilində orijinal bir 
əsər  oxuyanda,  yaxud  rəy  üçün  hər  hansı  orijinal  bir  kitab 
alanda, mən onlara sərf olunan vaxta da məyus olub hayıfsıla-
nıram” (98). 
Və yaxud: “Bizim müəlliflər, yazdıqları komediya, faciə, 
dram  və  qrammatikaların  və  bunlara  bənzər  zir-zibil  ədəbiy-
yatın  yerinə,  öz  boş  vaxtlarını  təbiətşünaslığa  dair  kütləvi 
əsərləri  rus  dilindən  ana  dilinə  çevirməyə  həsr  etməlidirlər” 
(98). 
Ə.Ağaoğluna görə, Azərbaycan yazıçıları qüdrətli əsərlər 
yaratmağa  qadir  olmadıqları  üçün,  bədii  ədəbiyyatla  məşğul 
olmasalar,  millətə  daha  çox  xeyir  vermiş  olardılar.  Nəcəf  bəy 
Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri haqqında 
mülahizələrində o bildirirdi ki,  müəllifin məqsədi başlıca ola-
raq kütləni teatr ətrafına toplamaq olmuşdur. Buna görə də hər 
şey: əsərin quruluşu, bütövlüyü, məzmunu, bir sözlə, bədiiliyi 
və ideyalılığı xarici effektə qurban verilir (98). 
M.F.Axundzadənin  “Hacı  Qara”  komediyasının,  ümu-
miyyətlə, 
Axundzadə 
komediyalarının  müvəffəqiyyətini 
Ə.Ağaoğlu  müəllifin  özünün  bəzi  xüsusiyyətləri  ilə  izah 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə