T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
79 
Məsələn,  xristianlığın  tarixi  təcrübəsinə  müraciət  edərək, 
Əhməd  bəy  papalığın  xristian  tarixindəki  mənfi,  əzici  rolunu 
göstərirdi:  “Papalıq  –  əslində  insan  ağılsızlığının  təcəssümü-
dür, onun bizim yalnız mücərrəd şəkildə təsəvvür edə biləcəyi-
miz  şeyləri  konkret  həyata  keçirmək  arzusudur,  –  yer  üzündə 
qeyri-mümkün bir mütləqlik yaratmaq cəhdidir. Həqiqətən də, 
əgər papalıq – yerdə mütləq hakimiyyət kimi mücərrəd ideyanı 
həyata  keçirmək  cəhdi,  hər  şeyi  əhatə  edərək  nəhayətsiz 
dərəcədə  müxtəlif  olan  insan  fikirləri,  hissləri,  hərəkətlərini 
qabaqcadan  görmək,  müəyyənləşdirmək  cəhdi  deyildisə,  bəs 
nədir?  Nəhəng,  ağılsız  cəhd,  o  dərəcədə  ağılsız  ki,  elə  bil, 
kimsə  gözəllik,  xeyirxahlıq,  şər  və  s.  haqqındakı  ideyanı  sim-
volik şəkildə həyata keçirmək istəyirdi. Elə gözəllik, elə xeyir, 
elə  şər  yoxdur  ki,  ondan  o  taya  insan  təxəyyülü  təsəvvür  edə 
bilməsin.  Bu  axırıncının  sərhədləri  ilahi  sahələrdədir.  Ən 
böyük ağıllar, şairlər, sənətkarlar onu dərk etmək, əhatə etmək 
istədikcə çaşıb qalmışlar, sayıqlamışlar; Papalıq isə nəinki onu 
əhatə etmək istəyir, hətta ondan o tərəfə keçmək istəyir, – bu 
isə  onu  mütləq  antropomorfizmə  gətirməliydi  və  bu  IX  Piyin 
vaxtında baş verdi” (95). 
Bu  vəziyyətin  xristianlığın  daxilindən  deyil,  onun  təhrif 
olunmuş  təqdimatından  irəli  gəldiyini  yazan  Əhməd  bəy 
Ağaoğlu  onu  da  göstərirdi  ki,  bu  ikibaşlı  proses  möminlərin 
dünyagörüşündə  o  qədər  ciddi  iz  salmışdı  ki,  onlar  özləri  də 
artıq itaətsiz keçinə bilmirdilər. 
İslam  və  xristianlıq  paralelləri  Əhməd  bəy  Ağaoğlunun 
Şərq-Qərb münasibətləri konsepsiyasında mühüm yer tuturdu. 
Bu  konsepsiya  həmin  münasibətlərin  keçmişini  araşdırmaqla 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
80 
onun gələcəyini proqnozlaşdırmaqdan tutmuş, əsrin əvvəllərin-
dəki  sxolastikadan  xilas  yollarını  aramaqda  Qərb  təcrübəsinə 
istinada qədər geniş imkanlar spektrini ehtiva etməklə, həm də 
Qərbi  Şərq  naminə,  onun  gələcəyi,  tərəqqisi  naminə  öyrən-
məyin  ən  parlaq  nümunəsini  verirdi.  O  göstərirdi  ki,  xristian-
lıqdakı  kimi  islamda  da  ifratçılıq,  təzyiq  dinin  özündən  yox, 
onun  təhrifindən,  hakim  ideologiyaların  əslində  dinin  özünü 
əsarətə  alaraq,  ondan  kütlələrə  təzyiq  vasitəsi  kimi  istifadə 
etmək cəhdindən irəli gəlirdi. 
Əhməd bəy Ağaoğlu İslam dini ilə, İslam mədəniyyəti ilə 
bağlı  köklü  məsələlərin  izahında  qəsdən  bir  dolaşıqlıq 
yaradıldığını da aydın dərk etdiyindən, öz ədəbi-fəlsəfi yaradı-
cılığında  bu  məsələləri  elmi-tarixi  istiqamətdə,  konseptual 
şəkildə  araşdırır  və  bu  araşdırmaların  ilk  növbədə  xristian 
dünyasının  özündə  yayılmasına  çalışırdı.  O,  dövrünün  dünya, 
Avropa  dini-fəlsəfi  fikrini,  mədəniyyətini  dərindən  öyrəndiyi 
üçün  xristian  aləmində  İslama  qarşı  çox  vaxt  haqsız  olaraq, 
tarixi  həqiqətlərlə  hesablaşmadan  mübarizə  aparıldığını  yaxşı 
bilirdi  və  bu  vəziyyəti  aradan  qaldırmaq  üçün  bir  insan 
qüvvəsi xaricində olan işlər görürdü. 
Orta  əsrlərdən  başlamış  XX  əsrin  əvvəllərinə  qədər 
xristianlıq dünyasının  bir çox  alim,  yazıçı və filosofları islam 
dininə  mənfi  münasibət  bildirirdilər.  Əhməd  bəy  Ağaoğlu 
vaxtilə Parisdə müəllimi olmuş fransız filosofu Ernest Renanın 
bu sözlərini misal gətirirdi ki, orta əsrlər öz qəzəbini heç vaxt 
yarımçıq  bildirmirdi.  Karvan  bələdçisi  Məhəmməd  papa 
olmağa  müyəssər  olmayan  kardinal  idi,  –  öz  yoldaşlarından 
intiqam  almaq  üçün  yeni  din  fikirləşmişdi  və  s.  Əsrlər  keçir, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
81 
lakin kütlə dedi-qoduları əvvəlki kimi ən  yaxşı ağıllara təzyiq 
göstərməkdə davam edir. Bibliander, Qottinger, Marat və baş-
qaları  bəri  başdan  inkarçılıq  mövqeyi  tutaraq  Quranla  məşğul 
olmağa  başlayırlar.  Leybniç  və  Şekspir  kütlələri  məzələndir-
mək  üçün  müsəlman  peyğəmbərini  ələ  salırlar.  Volter  öz 
məşhur  “Məhəmməd”  pamfletində  Papanın  əfvini  diləyir. 
Pamfletdə  o,  Məhəmmədin  dininin  xarakterinə  tam  yad  olan 
aşağıdakı şeiri onun dili ilə söyləyir: 
 
Mən dünya üzərində Allah kimi hökmranlıq etməliyəm, 
Əgər insanı saysam, imperiyam dağılar. 
    (95) 
 
Heç bir bəşər övladının yanından onun dərdini bölüşmə-
miş  keçməyən,  şəxsiyyəti,  həyat  yolu  ilə  qayğıkeşlik,  əzab-
keşlik  mücəssəməsi  olan  islam  peyğəmbəri  haqqında  belə 
demək  –  orta  əsrlər  Avropa  şüuruna  hakim  kəsilmiş  fikirlərin 
ifadəsi  idi.  Lakin  çox  təəssüf  ki,  İslama  qarşı  aparılan  bu 
mübarizələr  orta  əsrlərlə  bitmirdi  və  daha  incə,  riyakar  üsul-
larla  ən  müasir  dövrdə  də  davam  etdirilirdi.  Əhməd  bəy 
Ağaoğlu  buna  səciyyəvi  misal  olaraq  fransız  yazıçısı 
Şatelyenin  “İslam  XX  əsrdə”  kitabının  xanım  Kalmıkova 
tərəfindən tərcüməsi üzərində dayanırdı. Hər iki dili: fransız və 
rus  dillərini  mükəmməl  bilməsi  Əhməd  bəyə  tərcüməni 
orijinalla müqayisə etməyə imkan verdiyi üçün o, tərcümədən, 
tərcümə  etmək  imkanından  istifadə  etməklə  islama  qarşı  öz 
ləyaqətsiz  münasibətini  bildirən  xanım  barədə  yazırdı: 
“Kalmıkovanın  tərcüməsi  uğurlu  sayıla  bilməz.  Biz  onu 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə