T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
76 
cə  verdilər.  Lakin  onlar  tərəddüd  etmədən  daima  irəlilədilər, 
bəşəriyyəti öz qanları, işgəncələri hesabına xilas etdilər. Bu isə 
sizin  Avropada  heyran  qaldığınız,  Qərbdə  bəşəriyyətin  fəxr 
etdiyi şeylər – elmlər, incəsənət, heyrətamiz hüquq mühafizəsi, 
misli  görünməmiş  maddi  və  mənəvi  zənginlik  –  bütün  bunlar 
bəşəriyyətin  ölməz  apostollarının  qanı  bahasına  başa  gəlib... 
Siz bu  yola düşərkən onlara oxşayırsınız; bunun qədrini  bilin, 
dostlar, bizim zəmanəmizdə bu hamıya qismət olmur! Bir çox 
xoşbəxt  dairələrdə  insana  daha  heç  nə  etmək  lazım  olmur, 
çünki  artıq  hər  şey  edilmişdir,  və  insan  bütün  kədəri  ilə  öz 
faydasızlığını,  öz  mövcudluğunda  boşluğunu  hiss  edir.  Bizdə 
isə,  müsəlmanlar  içərisində  ziyalı  müsəlmanın  təkcə  istəməsi 
kifayətdir  ki,  onun  həyatı  və  mövcudluğu  onun  həyatında  ən 
yüksək,  ən  xeyirxah  bir  məna  kəsb  etsin.  ...  sxolastika  və 
nadanlıq  kimi  əcaiblərlə  mübarizədəyik.  Onlar  bizim  vəzifə-
mizi artıq onunla asanlaşdırırlar ki, biz onların hansı mərhələ-
lərdən keçdiklərini, onların nələrdən istifadə etdiklərini bilirik” 
(101). 
Ağaoğlu sxolastikaya qarşı sərt və ifşaedici tarixi idrakla 
işıqlanmış  dini  və  ikiüzlülüyü  yerlə-yeksan  edən  kəskin 
satiranı  qoyurdu.  Onun  dini-fəlsəfi  konsepsiyasına  belə  bir 
fikir  hakim  idi  ki,  bəşəriyyətin  dönüş  nöqtələrində,  böhranlı 
anlarında  “Allah  insanlara  öz  tələblərini  xatırladır”  və  bu 
“xatırlama”  onun  göndərdiyi  peyğəmbərlər  vasitəsilə  həyata 
keçirilir.Hər yeni dinin göndərilməsi ərəfəsində bu böhran son 
həddə çatır, insanların  əksəriyyəti bütün  əxlaqi-mənəvi  dəyər-
ləri inkar edir və əcaib “mütləq azadlıq” pərdəsi altında əxlaq-
sızlığa, vəhşiliyə  məhkum olurlar. Onun fikricə, xristian dini-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
77 
nin  meydana  gəlməsi  ərəfəsində  Roma  belə  idi:  “Roma  – 
məğrur  və  amansız  Roma,  ətrafındakı  bütün  mənəvi  və  dün-
yəvi  hakimiyyət  prinsipcə  hər  cür  zorakılığın,  dəhşətin,  sui-
istifadənin,  pozğunluğun  mənbəyi  idi...  O  zamankı  Roma 
ağılsızlığın və şarlatanlığın nəhəng yuvası idi” (101). 
Tarixdən  məlum  olduğu  kimi,  islam  dininin  başlanğı-
cında  da  vəziyyət  təxminən  eyni  idi.  İslam  tarixinin  və 
Məhəmməd  peyğəmbərin  həyatının  tədqiqatçısı  Mahmud 
Buzuzunun  yazdığı  kimi:  “...Onun  dünyaya  gəldiyi  zaman 
Ərəbistan heç bir ölkədə təsadüf edilməyən ən düşgün və pəra-
kəndə bir vəziyyətdə idi. Bütün təbəqələr arasında böyük-kiçik 
saymamaq  geniş  yayılmışdı.  Varlı  adamlar  öz  dövlətləri  ilə 
lovğalanırdılar.  Heç  bir  əxlaq  kodeksi  fəaliyyət  göstərmirdi. 
Ehtiraslar  cilovlanmırdı,  hərəkətlər  başlı-başına  buraxılmışdı. 
İctimai  yerlərdə  ədəbsiz  şeir  və  mahnılar  oxuyurdular. 
Uşaqbazlıq nə cəzalanır, nə də pislənirdi. Fahişəlik ayıb sayıl-
mırdı. Qadınlar Hindistanda mani qanunları ilə yaşayanlardan 
daha  pis  vəziyyətdə  idilər.  Qadın  yaxşı  bir  ev  əşyasından 
fərqlənmirdi.  Onun  vərəsəlik  hüquqi  yox  idi,  varis  isə  onunla 
istədiyi  kimi  rəftar  edə  bilərdi.  Özü  necə  istərsə,  ona  elə  də 
malik ola bilərdi. Nikah və ailə qurmaq o qədər də vacib sayıl-
mırdı” (9, 3). 
Ümumiyyəilə, Şərqin də, Qərbin də tarixi onların özünə-
məxsus  spesifik  cəhətlərini  inkar  etməmək  şərti  ilə  vahid 
bəşər,  ümumdünya  tarixinin  tərkib  hissəsi  olduğundan  müəy-
yən mərhələ fərqləri ilə oxşar yollar keçdiyi şəksizdir. Tarixin 
müəyyən  mərhələlərində  dünya  sivilizasiyasının  qabaqcıl 
mövqeyinə gah Şərq,  gah da Qərb çıxmışdır. Bu  mənada XX 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
78 
əsrin  mütərəqqi  ziyalılarının  Qərbə  münasibətlərində  bəsit  bir 
“aludəçilik”  axtarmaq  qətiyyən  yolverilməzdir.  Bu,  dünya 
sivilizasiya  tarixini  bilməkdən,  bir  çox  səbəblərə  görə  milli 
tərəqqinin  çox  ləng  inkişafını  dərk  etməkdən  irəli  gəlirdi  və 
çıxış  yollarından  biri  kimi,  ümumdünya  tarixi  inkişafının  son 
mərhələsini  daha  əvvəl  keçmiş  bir  nümunədən,  mövcud 
təcrübədən bərhələnməyə əsaslanırdı. 
XX  əsrin  əvvəllərində  ictimai-siyasi,  ədəbi-mədəni 
gerçəklik  elə  bir  səviyyədə  idi  ki,  hər  hansı  bir  maarifçi 
hərəkat,  tərəqqiyə  canatma  meyilləri  dinə  münasibət  bildir-
mədən  ondan  yan  keçə  bilməzdi,  çünki  din  amili    həmin  vaxt 
fəaliyyət  göstərən    aparıcı  ziyalıların  başında  durrduqları 
hərəkatın ən mühüm tərkib hissələrindən idi. Bu mənada İslam 
dini  və  cəmiyyət,  İslam  dini  və  tərəqqi,  İslam  dini  və  müa-
sirlik,  İslam  dini  və  elm  və  s.  bu  kimi  problemləri  işıqlandır-
madan,  onları  şərh  etmədən  öz  ideyalarını  yaymaq,  təbliğ 
etmək  çox  mürəkkəb  məsələ  idi.  Xüsusilə,  Şərq-Qərb  prob-
lemlərinin  izahında  bu  məsələdə  son  dərəcə  diqqətli  olmaq 
tələb  olunurdu.  Ona  görə  də  mütərəqqi  ziyalılar  əsrin  əvvəl-
lərinin  problemlərində  sxolastikanın  da  mövcudluğunu  görür, 
onun  tərəqqiyə  maneçiliyini  dərk  edirdilər.  Onlar  tərəqqinin 
xalqa  çatdırılma  üsullarına  görə  isə  bir-birlərindən  fərqlənir-
dilər.  Məsələn,  Əhməd  bəy  Ağaoğlu  din  tarixini,  bəşəriyyətin 
həyatında  dinin  rolunu  şərh  edərək  bu  cəhətə  xüsusilə  diqqət 
yetirirdi  ki,  əsas  bəla  –  dinlərdən,  onların  təhrif  olunmuş 
formasından bir vasitə kimi istifadə edib, bu dinləri insanların 
böyük  əksəriyyətini  əzmək  alətinə  çevirməkdədir.  Bu  halı  o, 
bütün  dinlərə  xas  olan  bir  əlamət  kimi  qiymətləndirirdi. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə