T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
67 
hüdudsuz idi. 
Əhmədin  fikri,  mənəvi  inkişafına  Şuşa  gimnaziyasının 
güclü  təsiri  olur.  “Beşinci  və  altıncı  siniflərdə  artıq  məndən 
saklı  və  gizli  bir  şey  yoxdur.  Arkadaşlar  ilə,  müəllimlərdən 
bəziləri 
ilə 
açıqdan  görüşürdük.Yasaq  edilmiş  olan 
Çernışevskinin  məşhur  inqilabçı  romanı  “Çto  delatğ?”  –  “Nə 
yapmalıdır?” əsərini həpimiz onlar vasitəsilə əldə edirdik. 
Tarixi  materializm  nəzəriyyəsinə  aid  propoqandanın 
broşüraları  bizlərə  qədər  gəlir,  yastıqlarımızın  altında  yer 
buluyor  və  siyasətdən  memnu  yazıları  oxumaq  zövqünü  bizə 
çatdırırdı” (85, 142). 
Təbiətən  çılğın  və  bilik,  məlumat  ehtirası  ilə  yanıb-
yaxılan  Əhmədi  artıq  Şuşadakı  təhsili  də  təmin  etmir,  yeni 
tədris  ili  başlananda  valideynlərindən  gizli  Tiflisə  “qaçır”  və 
müvəffəqiyyətlə  şəhər  gimnaziyasının  yeddinci  sinfinə  imta-
han  verir.  Yeni  mühit  gəncin  fikri-mənəvi  inkişafı  üçün  daha 
geniş imkanlar yaradır. Zaqafqaziyada yaşayan xalqların, eləcə 
də  müsəlman  xalqlarının  tarixi,  siyasi,  ictimai  və  mədəni 
həyatı ilə ilk əyani tanışlıq bu dövrdən – Tiflislə ilk tanışlıqdan 
sonra  başlayır,  Əhməd  gizli  təşkilatlara  maraq  göstərir, 
buradakı çıxışlar, mübahisələr, Rusiya xalqlarının ağır, dözül-
məz  vəziyyəti,  istibdada  qarşı  mübarizə  mövzularında  dinlə-
diyi məruzələr ona güclü təsir göstərir. 
Əhməd  bəy  Ağaoğlu  Tiflis  gimnaziyasını  müvəffəqiy-
yətlə  başa  vurur,  əla  cavablarına  görə  300  manatla  mükafat-
landırılması  isə  onun  Peterburqa  getmək  arzusunu  xeyli  real-
laşdırır.  1887-ci  ilin  avqustunda  Şuşadan  Peterburqa  gəlir, 
lakin  Əhmədin  Rusiyanın  paytaxtında  oxumaq  arzusu  baş 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
68 
tutmur.  Mərkəzi  Mühəndis-Texniki  İnstitutunun  imtahan  ko-
missiyası  üzvlərinin  qərəzli  münasibəti  nəticəsində  özünə 
güvənən gənc məqsədinə nail olmur. Halbuki, o buraya böyük 
inam,  həm  də  sevinclə  gəlmişdi.  Akademik  K.Talıbzadə 
göstərir ki, Ə.Ağaoğlu “ilk tərcümeyi-hallarından birində bir il 
həmin institutda oxuduğunu yazır” (151, 134). 
Peterburqda Əhməd bəy hüquq fakültəsini yenicə bitirmiş 
Əlimərdan  bəy  Topçubaşov  ilə  tanış  olur,  Qafqaz  şeyxül-
islamının  nəvəsi  Əli  bəy  Hüseynzadənin  təhsilini  bitirib 
İstambula getməsindən xəbər tutur. 
Peterburqda  imtahanlarda  göstərilən  ədalətsizlikdən  bərk 
həyəcanlanan  on  doqquz  yaşlı  gənc  Parisə  getmək  qərarına 
gəlir və az  bir  məbləğlə  yola düşür. 1888-ci ilin 8  yanvarında 
artıq o, Parisdə idi. Qatarda rus dilini bilən bir fransız qızı ilə 
tanışlığı  Əhmədin  Avropanın  bu  əsrarəngiz  şəhərində  ilk 
günlərinin  nizama  salınmasını  xeyli  yüngülləşdirir.  Üç  ay 
içində Alfred de Müsssenin kitabından fransız dilini öyrənir. 
Parisdə  Ə.Ağaoğlu  hüquq  məktəbinə  daxil  olub  üç  il 
sonra  diplom  alır.  1891-1892-ci  illərdə  Sorbonna  Universite-
tinin tarix, şərq dilləri  və məzhəbləri şöbələrində oxuyur, din-
lər tarixini öyrənir. “Jurnal de Debat”, “Revyü Veen”, “Nouve 
Revyü”  kimi  fransız  mətbuat  orqanlarında  ilk  yazılarını  nəşr 
etdirir.  1892-ci  ildə  şərqşünasların  Londonda  keçirilən 
konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda müvəf-
fəqiyyətlə məruzə edir, həmin məruzə Kembric Universitetinin 
xərci  ilə  bir  neçə  dildə  çap  olunur.  Əhməd  bəy  Ağayev  sonra 
Şuşaya qayıdıb müəllimlik edir, həyatının Bakı dövrünü, daha 
sonra isə Türkiyə dövrünü yaşayır. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
69 
Ə.Ağaoğlunun  bioqrafiyasından  göründüyü  kimi,  onun 
təlim-tərbiyəsində,  aldığı  təhsildə  Şərq  və  Qərb  başlanğıcı 
daim paralel şəkildə getmiş və bu özünü onun mənəviyyatının, 
dünyagörüşünün  təşəkkülündə  də  bariz  şəkildə  göstərmişdir. 
Böyük  mütəfəkkir  ədibin  öz  etirafına  görə,  belə  bir  qoşa, 
yanaşı gedən mənəvi və zehni inkişaf prosesi onda daxili zid-
diyyətlərin yaranmasına səbəb olmuşdu (151, 135). 
Şərq  mədəniyyəti  məsələlərini  araşdırarkən  Əhməd  bəy 
Ağaoğlu  mənəvi  həyatımızın  ən  mühüm,  aparıcı  qüvvələrin-
dən olan İslam dini amilinə çox böyük əhəmiyyət verir və onu 
mədəniyyət  və  mənəviyyatımızın  bütövlüyünü  mühafizə  edən 
bir  qüvvə  kimi  təhlil  edirdi.  Bu  baxımdan  onun  öz  müəllimi 
Ernest  Renanla  polemikası  əslində  Şərq-Qərb  mədəni  müna-
sibətlərinin  inkişafı,  təması  yollarını  müəyyənləşdirmək  cəhd-
lərindən  biri  idi.  Bu  mənada  görkəmli  ədibin  islam  dininə  ən 
müxtəlif  məqamlarda  müraciəti  bir  tərəfdən  milli  mənəviy-
yatımızın  müəyyənləşdirici,  aparıcı  bir  amilinin  həyatımızın 
necə  bir  mövcudluq  üsulu  olduğunu  göstərmək  idisə,  digər 
tərəfdən milli varlığımızın, gerçəkliyimizin dünya, o cümlədən 
rus  və  Avropa  sivilizasiyası  ilə  təmas  prosesində  tarixi  və 
müasir  missiyasını  araşdırmaq  idi.  Bu  baxımdan  ədibin  rus 
ədəbiyyatına  dair  yazılarındakı  sabit  məqam  -  onun  Avropa 
ədəbiyyatı  ilə  təmaslarında  öz  şərqli  təbiətini  qoruyub  saxla-
masından irəli gəlmişdir.  
Ə.Ağaoğlu  rus  yazıçılarının  əsərlərində  Avropa  üçün 
qəribə, 
qeyri-adi 
görünən  mistikanı,  romantizmi  bu 
ədəbiyyatın  Şərqlə  yaxınlığında,  Şərq  mədəniyyəti  ilə  bağlı-
lığında görürdü. Azərbaycanlı mütəfəkkirin fikricə, rus ədəbiy-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə