T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
103
Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi, ictimai-siyasi,
elmi-fəlsəfi yaradıcılığına daha dərindən nüfuz etdikcə, əsər-
lərini daha dərindən araşdırdıqca, bu böyük mütəfəkkirin şəx-
siyyətinin, çoxşaxəli, universal fəaliyyətinin yalnız mürəkkəb
zaman-məkan koordinatları müstəvisində obyektiv dərk oluna-
cağı qənaətinə gəlirik; zamanın özünün stixiyası və tələbinə
görə hələ hər bir fəaliyyət sahəsində mütəxəssis kadrların
yetişmədiyi bir vaxtda o dövrün böyük elm və mədəniyyət
xadimlərinin hər birinin fəaliyyət sahəsi çox geniş idi. Bu,
təkcə özünüifadə, özünü reallaşdırma tərzi olmayıb, daha çox
zamanın tələbi ilə diqtə olunan bir proses idi. Məsələn, təkcə
Üzeyir Hacıbəyovun yaradıcılığında neçə fəaliyyət sahəsinin
birləşdiyini göstərmək kifayətdir. O cümlədən, Əhməd bəy
Ağaoğluna istisnasız olaraq hər cür bəsit, birmənalı münasibət,
bizcə, nəinki onun bir mütəfəkkir, ictimai-siyasi xadim kimi
tam dərkinə imkan vermir, əksinə, onun XX əsrin
əvvəllərindəki Azərbaycanın çox mürəkkəb, qaynar, ziddiyyət-
li gerçəkliyində tutduğu yeri təhrif edir. Əhməd bəyin həyatın-
dakı ziddiyyət, narahatlıq içərisində yaşadığı gerçəkliyin, mə-
kan və zaman gerçəkliyinin qütbləri arasındakı əzablı məsafə-
nin mərkəzində duran vətən, millət yanğısının doğurduğu bir
hal idi. Ondakı bu daxili ziddiyyət, narahatlıq əslində onu ilk
gəncliyindən başlayaraq ömrü boyu izləmişdi.
Ə.Ağaoğlunun tərcümeyi-halından göründüyü kimi, lap
kiçik yaşlarında ikən o, öz təhsil və tərbiyəsində ziddiyyətlə
qarşılaşmalı olmuşdu. Bir tərəfdən, anası Nailə xanım onun
dünyəvi elmləri, rus dilini öyrənməsini arzulayır və müəllim
tutaraq bu arzusunu həyata keçirir, digər tərəfdən isə Şuşada
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
104
məşhur din xadimi olan əmisi Hacı Mirzə Məhəmməd həm öz
şəxsi nümunəsi ilə, həm də xüsusi səylərlə Əhmədi uşaqlıqdan
ruhani elmlərə yönəltməyə çalışır, ona şərq dillərini öyrədirdi.
Nəticədə bu iki dünyagörüş çarpışa-çarpışa, bir-birinə kömək
edə-edə, bir-birinə mane ola-ola davam etmiş və gələcəkdə, 67
yaşlı ədibi daxili böhranlarının səbəblərini etiraf etməyə
gətirib çıxarmışdı” (151, 134).
Yeri gəlmişkən, Əhməd bəy Ağaoğlunun həyatının qısa
da olsa, Peterburq dövrü ilə bağlı bir sıra yanlışlıqlar vardır.
Əhmədbəy Ağaoğlunun həyatına və yaradıcılığına bu və ya
digər münasibətlə müraciət edən bir sıra müəlliflər istər
bioqrafik, istərsə də yaradıcılığı ilə bağlı əldə etdikləri məlu-
matlardan çıxış edərək, irəli sürdükləri mülahizələrində bir
qeyri-dəqiqlik mövcuddur. Bu, bir tərəfdən, onun həyat yolu-
nun mürəkkəb və ziddiyyətli olması, Azərbaycan, rus və fran-
sız mətbuatında dərc olunmuş yüzlərlə yazının pərakəndəliyi
(141) ilə bağlı idisə, digər tərəfdən, ona müraciət edən
müəlliflərin özlərinin məsələyə səthi münasibətləri, ya da ki,
yazılarının kampaniya xarakterli olmaları ilə bağlı idi. Tədqi-
qatçı Aygün Həşimova “Azərbaycan mühacirəti” adlı mono-
qrafiyasında Əhməd bəy Ağaoğlu ilə bağlı fraqmentdə, onun
“daha yüksək təhsil üçün Peterburqa getməsini, texnologiya
institutuna daxil olmasını” (29,17) göstərir. Halbuki, Əhməd -
bəy Ağaoğlu Peterburqa gəldikdən sonra xəyallarında
yaratdığı Peterburqda özünə qarşı qərəzli, şovnist münasibətin
nəticəsində texnologiya institutuna daxil olmur. Həm də
məsələ təkcə onunla bağlı bir bioqrafik faktın təhrif olunma-
sında deyil. Məhz bu cür faktlar və bu məqamda, həmin qeyd
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
105
olunan faktın onun gələcək dünyagörüşünün formalaşmasında
mühüm rol oynadığından, müəlliflər yuxarıda qeyd etdiyimiz
kimi, səhv məlumatlara söykəndiklərinə görə, onun dünya-
görüşündəki müxtəlif məqamları açmaqda çətinlik çəkirlər.
Prof. Şamil Qurbanovun Əhməd bəy Ağaoğlunun
Nəriman Nərimanova məktub yazıb Azərbaycanda işləmək
istədiyini bildirməsi haqqında yazısı da elmi mübahisə
doğurur. Əksinə, Əhməd bəy Ağaoğlu Malta sürgünündən
İstanbula gəldikdən sonra N.Nərimanov ona rəsmi məktub
yazır və görkəmli ədibi Azərbaycana dəvət edərək ona yüksək
vəzifə təklif edir. Ağaoğlu Nərimanova cavabında bildirir ki,
Əziz və möhtərəm Nəriman Bəyəfəndi, əski bir dost haqqında
göstərdiyiniz böyük diqqətə qarşı çox minnətdar və
mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu diqqətdən
faydalanmağa mane olur:
1. Təmsil etdiyiniz fikir sistemi ilə razı deyiləm.
2. Türklər üçün pək qurtuluş imkanının Osmanlı Türkiyə-
sində bulunduğu haqqında Sizə də bəlli olan əski fikir və
qənaətim.
3. Məni əsarətdən qurtararaq mənə yenidən can və varlıq
vermiş olan Ankaraya qovuşmağım mənim üçün bir namus
borcu olduğu fikrim” (30, 99).
Yeri gəlmişkən, Əhməd bəy Ağaoğlunun Malta sür-
günündən qızı Sürəyya xanıma yazdığı məktublarında həyatı-
nın bu çox çətin, keşməkeşli vaxtında da onun öz prinsiplərinə
sadiq qaldığını, sınmadığını, qızını da mübarizliyə, eyni za-
manda, müasir dünya mədəniyyəti və elmi səviyyəsində
biliklərə yiyəlnməyə səslədiyini görürük. Bu məktubların son
Dostları ilə paylaş: |