T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
106
dərəcə qiymətli olduğunu nəzərə alaraq onlardan bir neçə kiçik
hissələri təqdim edirik:
“Türk qadının cocuqlarına söyləyəcəyi ninnilər vardır.
Sən də bu ninnilərlə millətinin və babanın məruz qaldığı həqi-
qətləri anlayacaqsan. Cocuqlarına intiqamı alınacaq günləri
öyrədəcəksən. Unutma”.
“Nuri – didem, Süreyya!
Son ingiliscə məktubunu aldım. Pək məzkur və məmnun
oldum. Rica edəyim, insanlara mümkün olduğu qədər, diqqət
et. Onlarda yazılmış əsəri-ədəbiyə ilə əsəri – Tarixiyeyi müta-
liə etməyə çalış. İngiliscə və fransızca müəllimlərinə mənim
tərəfimdən rica et, sənə ingilis və fransız klassiklərini, bilxassə
18-ci və 19-cu əsrin ilk nisayi mühərrirlərini oxutdursunlar”
(59, 14).
“...Cəza hüququnu xoşlarsanmış. Sənin bu halın xatirimə
otuz iki il əvvəl mənim kəndi təmayülümü gətirdi. Mən də o
zaman Paris Hüquq fakültəsində hər şeydən ziyadə hüquqi-
cəzaya meyl göstərirdim. Bunun səbəbi bilmirsən, nədir? Cəza
hüququ fəlsəfə ilə, maddiyyatdan daha çox mənəviyyatla
əlaqədardır, fəqət cəza nəzəriyyələrini iyi anlaya bilmək üçün
fəlsəfə ilə, ruhiyyat ilə məşğul olmaq lazımdır. Binaəleyh,
məktəbi-hüquqa davam etməklə bərabər, ədəbiyyat fakultə-
sində bu dərslərə sami sifətiylə davam et. Ah! Bu zamanlarda
yanında olmağı nə qədər istərdim” (59, 15).
Lakin Əhməd bəy Ağaoğlu “şərqçilərin” içərisində Qərb
elmini, mədəniyyətini, şərqşünaslığını ən yaxşı bilən, Qərb
tipli düşüncə tərzini mənimsəmiş şəxsiyyətlərdən biri idi,
nəhayət, Şərqin problemlərinə ümumdünya ictimai-siyasi,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
107
ədəbi-mədəni mənzərəsi prizmasından baxmağı bacaran bir
mütəfəkkir idi. Ona görə də çox təbii idi ki, onun yazılarında
bir “Qərb”, bir “Avropa” ruhu sezilirdi. Tədqiqatçılar, adətən,
məsələnin bu tərəfini işıqlandırır, onun yazdığı əsərlərdə
həmin tipli məqamlardan çıxış edərək onun “Qərbə aludə-
çiliyini” (Kamal Talıbzadə), “təqlidçiliyini” (Rasim Mirzə)
xüsusi vurğulayırlar.
Filologiya elmləri doktoru Şamil Vəliyevin “Füyuzat”
ədəbi məktəbindən (64) və elmlər namizədi Rasim Mirzənin
Əli bəy Hüseynzadənin yaradıcılığından (160) bəhs edən
dissertasiyaları son illər XX əsrin əvvəllərinin ədəbi-nəzəri,
tarixi-publisistik araşdırmalarına həsr olunmuş tədqiqatlar
içərisində öz yüksək elmi səviyyəsi və obyektivliyi ilə seçilir.
R.Mirzənin dissertasiyasında dövrün ziyalıları şərti olaraq iki
qrupa bölünür: Əli bəy Hüseynzadə başda olmaqla
“M.F.Axundov tərəfindən bütünlüklə Avropaya səmtləndiril-
miş, Azərbaycan mədəniyyəti (ədəbiyyatı) heç zaman öz
rişələrindən Şərq (islam) ənənələrindən uzaqlaşmamalıdır, ək-
sinə, ona yenidən, daha yüksək səviyyədə qayıtmalıdır” -
qənaətində olan qrupa; bir də ikinci qrupa ki, onların nəzərində
“Şərq qəflət yuxusuna qalmış, müasir mədəniyyətdən uzaq
düşmüş, azadlıqdan məhrum olan mövhumat Şərqi idi. Şərqə
ekzotik baxış, şərq təbiətini idealizə etmək bunlara yabançı
idi” (160, 17). Buraya Əhməd bəy Ağayev də daxil idi. “Şərq-
Qərb qarşıdurmasında konseptual şəkildə üstünlüyü bütövlüklə
ikincisinə verən ideoloqlar içərisində Əhməd bəy Ağayev də
seçilirdi. O, Şərq mədəniyyətini və ədəbiyyatını xarakterizə
edərkən yazırdı: “...Все формы литературы, все виды фор-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
108
мы мышления и чуствований воплащались или бесконеч-
ный усыпляющий лиризм, или же в туман и сумерки
мистицизма”. (Tərcüməsi: “Ədəbiyyatın bütün formaları,
təfəkkür və hissiyyatların bütün növləri ya sonsuz dərəcədə
uydurucu lirizmdə və yaxud da mistikanın duman və ala-
qaranlığında təcəssüm tapırdı”).
Şərqin bütün mədəniyyətində yalnız mistik bir ruhun
hakim olduğu qənaətinə gəldiyi üçün müəllif onun xilası na-
minə Qərb mədəniyyətinə təqlidi yanaşmağa çağırırdı:
“Теперь же европейская цивилизация вновь призывает нас
к этой жизни... Являсь представителями совершенно иной
цивилизации, основным девизом который служит: “жизнь,
жизнь во всех ее формах”, их произведения является
наилучшим противодействием растлевающему нас без-
жизненному квиетизму. Одни они могут призвать нас к
пробуждению от сна добровольного затуманиване мысли-
какими то призраками” (“İndi isə Avropa sivilizasiyası bizi
yenidən bu həyata çağırır. Tamamilə başqa bir sivilizasiyanın
nümayəndələri olaraq onların əsasən “həyat, bütün forma-
larında həyatdır” devizinə xidmət göstərən əsərləri bizi əhatə
edən şaxələnmiş cansız kvietizmə qarşı ən yaxşı əlacdır.
Yalnız onlar bizi yuxudan oyanmağa, hansısa kabusla duman-
lanan fikirdən ayrılmağa çağıra bilərlər”). Şərqin “qərbçi”
ideoloqunun inadla arzuladığı sivilizasiya epoxasının –
həyatı, bütün formalarında həyat – devizinə xidmət edən
mədəniyyəti, doğrudanmı, bu qədər üstünlüyə malikdir və
Şərq doğrudanmı bu dərəcədə ona möhtacdır? “(160, 21).
Məsələnin belə qoyuluşu şübhəsiz ki, müəllifin həm Əli
Dostları ilə paylaş: |